09 Aprel 2025 08:40
543
İQTİSADİYYAT
A- A+
Mingəçevirdə tikilən yeni enerji nəhənginin istifadəyə verilməsinə çox qalmayıb

Mingəçevirdə tikilən yeni enerji nəhənginin istifadəyə verilməsinə çox qalmayıb


Azərbaycan bu gün regionda kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir olan azsaylı ölkələrdən biridir. Odur ki, bu gün ölkəmizdə həyata keçirilən enerji siyasətinin hədəfi dünya bazarlarına çıxış imkanlarını artırmaq və dünya dövlətləri üçün alternativ enerji mənbəyi yaratmaqdan ibarətdir. 

Öz enerji potensialından səmərəli istifadə edən ölkəmizdə daim yeni elektrik stansiyalarının işə salınması, mövcud infrastrukturun təzələnməsi Azərbaycanı enerji ixrac edən ölkəyə çevirmişdir. Ölkəmizdə elektrik enerjisinin əsas  istehsalçısı "Azərbaycan" İstilik Elektrik Stansiyasıdır (İES). Məlumat üçün bildirək ki, "Azərbaycan"  İES  Mingəçevirdə fəaliyyət göstərən, hər biri 300 MVt gücündə olan 8 aqreqatdan ibarət istilik-elektrik stansiyasıdır. Stansiyanın soyutma suyunun mənbəyi "Qarabağ" kanalıdır. İES-in tikintisinə 1974-cü ildə başlanılmışdır. Ümumi gücü 2400 meqavat olan stansiyanın birinci enerji bloku 1981-ci, 8-ci enerji bloku isə 1990-cı ildə istismara verilmişdir.

Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. Çünki o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini atəşə tuturdu. Düşmən yüzlərlə yaşayış evini tamamilə dağıtmış, 100-ə yaxın dinc insanı qətlə yetirmişdir. Ermənistanın hədəfində Mingəçevir Elektrik Stansiyası da var idi. Döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi. Çünki həmin raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi. 

Zəfərdən sonra Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başladı. 2023-cü ilin fevralında Mingəçevirdə 1280 meqavat gücündə yeni İES-in tikintisinə start verildi. Stansiyanın təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev söyləmişdi ki, 2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya Azərbaycanın enerji potensialını daha da gücləndirəcək. Burada  şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Hazırda Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır: "Çünki buna həm Azərbaycanda, həm də Avropada ehtiyac var. Biz azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdıq və artıq 10-dan çox yarımstansiya, 10-dan çox su-elektrik stansiyası inşa edilmişdir. Artıq biz iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaratdıq və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Yəni biz ancaq azad edilmiş torpaqlarda cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaratmış olacağıq. Bütün stansiyalar ümumi şəbəkəyə qoşulmuşdur. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq. Yəni bu sahə prioritet olaraq qalır".

"AzərEnerji"nin məlumatına görə, 1280 meqavatlıq yeni elektrik stansiyasında artıq işlər yekunlaşmaq üzrədir: "Mingəçevir şəhərindəki "Azərbaycan" İES-in ərazisində inşa edilən bu nəhəng enerji obyektinin qrafikə uyğun olaraq, 2025-ci ilin sonuna kimi istismara verilməsi planlaşdırılsa da, artıq proses qrafikdən əvvəl başa çatmaqdadır. Hazırda yeni elektrik stansiyasının 4 ədəd turbin və generatorlarından 3 dəsti test edilərək qoşulub və bir dəstinin isə yaxın vaxtlarda işə buraxılması həyata keçiriliəcək". Qeyd edək ki, yeni tikilən elektrik stansiyası qoyuluş gücünə görə müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyası olmaqla yanaşı, ölkədəki digər istilik-elektrik stansiyaları arasında hər kilovat-saat üçün ən az qaz yandıran elektrik stansiyası olacaq. 

Bəs bu nəhənglikdə enerji obyektinin istismarı və idarə edilməsi üçün yerli kadr təminatı necə olacaq?  "AzərEnerji"yə istinadən bildirək ki, yeni elektrik stansiyasının turbin və generatorları İtaliyanın "Ansaldo Energia", util qazanlar isə Çinin "Dongfang" şirkətinin istehsalı olduğundan dəfələrlə bu şirkətlərin mütəxəssisləri Mingəçevirdə, "AzərEnerji" mütəxəssisləri isə İtaliya və Çində olub, əyani kurslarda iştirak ediblər. Hazırda isə stansiyada qurğuların, avadanlıqların texniki sistemlərinin tam və etibarlı şəkildə istismarının təmin edilməsi, Qazan-Turbin sexinin işçilərinin bilik və peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə "Util qazan təlim proqramı" üzrə aparılan turbin, generator və avtomatika sahələri üzrə kadr hazırlığı proqramı həyata keçirilir. İtaliyanın "Ansaldo Energia" şirkətinin nümayəndələri tərəfindən keçirilən proqramda stansiyanın işçiləri iştirak edirlər. Kurs şəklində keçirilən proqrama indiyəcən "AzərEnerji" ASC-nin 130 əməkdaşı cəlb olunmuşdur.

Yeni stansiyanın tikilməsi ölkənin enerji dayanıqlığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, yüksələn enerji tələbatının qarşılanması deməkdir. Stansiya həm də ixrac imkanlarının artırılması, bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması yönümündən, önəmli olması ilə diqqət çəkir. Bundan başqa, yeni İES ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması baxımından da xüsusi əhəmiyyətə malikdir.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!