21 Avqust 2024 19:19
307
CƏMİYYƏT
A- A+
Mina problemi ilə üzləşmiş ölkələrdəki müvafiq mərkəzlərlə əməkdaşlığın genişləndirilməsi üçün işgüzar səfər təşkil olunub

Mina problemi ilə üzləşmiş ölkələrdəki müvafiq mərkəzlərlə əməkdaşlığın genişləndirilməsi üçün işgüzar səfər təşkil olunub

 

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun başçılıq etdiyi nümayəndə heyətinin Tailand Krallığı, Laos Xalq Demokratik Respublikası, Vyetnam Sosialist Respublikası və Kamboca Krallığına işgüzar səfəri təşkil olunub.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibi İdarə Heyətinin sədri Vüqar Süleymanov, Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladov, eləcə də müvafiq struktur bölmələrinin rəhbər şəxslərindən ibarətdir.

Həmin ölkələr mina və müharibənin digər partlayıcı qalıqları təhlükəsi ilə üzləşmiş və bu təhlükəyə qarşı mübarizə sahəsində uzunmüddətli təcrübəyə malik olan ölkələr sırasındadır.

Bu il mayın 30-31-də ANAMA BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə birgə təşkil etdiyi “Minaların ətraf mühitə təsirinin azaldılması - Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfrans zamanı Agentlik və BMTİP arasında “Azərbaycan Respublikası ərazisində ANAMA-BMTİP-nin “Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzi”nin yaradılmasında əməkdaşlığa dair Niyyət Bəyannaməsi imzalanıb.

Avqustun 30-dək davam edəcək işgüzar səfərin məqsədi yaradılacaq Mərkəzlə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, mina problemi ilə üzləşmiş bir sıra xarici dövlətlərdə yerləşən müvafiq mərkəzlər və bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsidir. Səfər çərçivəsində rəsmi görüşlərlə yanaşı, təlim mərkəzləri və minatəmizləmə əməliyyatlarının icra edildiyi sahələrdəki fəaliyyətlə tanışlıq məqsədilə bölgələrə səfərlər planlaşdırılır.

Səfər həm də Azərbaycanın üzləşdiyi mina problemi və onun aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər barədə həmin ölkələrin və qeyd olunan regional təşkilatın ətraflı məlumatlandırılmasına və bununla da problemə beynəlxalq diqqətin artırılmasına müsbət təsir edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

İcma: A.Mirzoyanın Azərbaycanda “erməni mədəni irsi”nin guya təhlükə altında olması barədə bəyanatını kəskin şəkildə qınayırıq

19:09
26 Sentyabr

Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

19:08
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!