25 Aprel 2024 16:45
228
SİYASƏT
A- A+

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb  

 

Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova iclasda faydalı müzakirələrin aparılacağına inamını ifadə edib.

O qeyd edib ki, belə bir iclasın keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürülüb və bu gün qardaş ölkələrin parlamentlərinin, Türk Dövlətləri Parlament Assambleyasının üzvü olan parlamentlərin təmsilçiləri buradadır. Eyni zamanda, həm Türk Dövlətləri Təşkilatında, həm də TÜRKPA-da müşahidəçi statusuna malik Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin nümayəndələri də iclasda iştirak edirlər. Bu yaxınlarda Milli Məclisdə Şimali Kipr parlamenti ilə əlaqələr üzrə işçi qrupu yaradıldığını vurğulayan Sahibə Qafarova bildirib ki, bu, həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrimizin inkişaf etdirilməsində maraqlı olduğumuzu göstərir.

Prezident İlham Əliyevin andiçmə mərasimində Türk dünyası ilə əlaqələrin gücləndirilməsinin vacibliyinə dair söylədiyi fikirləri xatırladan parlamentin sədri bunun üçün lazım olan şərtlərin mövcudluğunu bildirib. Vurğulayıb ki, çoxtərəfli əsasda əməkdaşlığımızın əsas mexanizmi isə Türk Dövlətləri Təşkilatıdır. Bu gün beynəlxalq səviyyədə parlamentlərin, parlament diplomatiyasının rolunun getdikcə artdığı bir dövrdə qardaş ölkələrimizin parlamentlərini eyni çətir altında birləşdirən Türk Dövlətləri Parlament Assambleyası xüsusi əhəmiyyətə malikdir.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclasının əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş bu təşəbbüs parlamentlərimizin xarici əlaqələr komitələri arasındakı əlaqələrin institusional inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmə, qarşılıqlı dəstək baxımından mühüm əhəmiyyət kəsb edir. Fuad Oktay Türk dövlətlərinin birlikdə olmasının vacibliyindən danışaraq qeyd edib ki, güc birlikdədir.

Söhbət zamanı regionda baş verən proseslərə və Azərbaycan-Ermənistan münasibətlərinə dair fikir mübadiləsi də aparılıb. Bildirilib ki, sabah iclas iştirakçıları Şuşaya və Xankəndiyə səfər edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video