02 Dekabr 2025 21:27
3153
PARLAMENT
A- A+
Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda qəbul olunub - YENİLƏNİB

Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda qəbul olunub - YENİLƏNİB


Dekabrın 2-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda hökumət üzvləri iştirak ediblər.

Əvvəlcə iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyə 6 məsələnin – 2026-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda daxil edildiyini bildirib. O, birinci məsələnin “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi olduğunu nəzərə çatdırıb.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsi barədə məlumat verib.

O bildirib ki, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi həm komitələrdə, həm də Milli Məclisin plenar iclasında birinci oxunuşda geniş və konstruktiv şəkildə müzakirə olunub. Qeyd edib ki, müzakirələr zamanı deputatlar çıxış edərək bəzi təkliflər irəli sürüblər. Komitə sədri səsləndirilən fikirlərin sahəvi, regional və ictimai xarakter daşıdığını və bunun dövlət büdcəsi üçün əlavə maliyyə öhdəliyi yaratdığını, eyni zamanda, ölkəmizin sosial-iqtisadi inkişafına, dövlət siyasətinin müxtəlif istiqamətlər üzrə təkmilləşdirilməsinə, o cümlədən regionlarda mövcud problemlərin həllinə xidmət etdiyini söyləyib. O, deputatlar tərəfindən qaldırılan bəzi məsələlərin aidiyyəti dövlət qurumları tərəfindən nəzərdən keçirildiyini deyib.

Sonra iclasda məsələ ətrafında müzakirələr aparılıb. Müzakirələrdə komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Qüdrət Həsənquliyev, Ziyad Səmədzadə, Elçin Mirzəbəyli, Zaur Şükürov, Günay Ağamalı, Mahir Süleymanlı, Kamal Cəfərov, Tamam Cəfərova, Azər Kərimli, Vüqar Rəhimzadə, Tənzilə Rüstəmxanlı, Aydın Hüseynov, Samir Vəliyev, Səbinə Salmanova, Mehriban Vəliyeva çıxış ediblər.

Fasilədən sonra davam edən müzakirələrdə deputatlar Əminə Ağazadənin, Cavanşir Paşazadənin və Nurlan Həsənovun çıxışları olub.

Deputatlar 2026-cı il üçün nəzərdə tutulan dövlət büdcəsinin Azərbaycanın gələcək inkişafının, iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, milli maraqların qorunmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət edəcəyini bildiriblər. Qeyd olunub ki, layihədə dövlət büdcəsinin parametrlərinin, makroiqtisadi göstəricilərin yaxşılaşması, büdcənin sosialyönümlülüyü, habelə büdcə xərclərinin Ümumi Daxili Məhsulda payının artdığı müşahidə edilir. Əhalinin sosial müdafiəsinin ildən-ilə güclənməsinin strateji vəzifələrdən olduğu və bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanıb.

Sonra iclasda çıxış edən maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclaslarında 2026-cı ilin dövlət büdcəsi layihəsinin birinci və ikinci oxunuşlarda müzakirəsi zamanı qaldırılmış məsələlərə münasibət bildirib.

Nazir ölkə iqtisadiyyatının və dövlət büdcəsinin neftdən asılılığının minimuma endirilməsi, qeyri-neft sektorunun inkişafına dəstək verilməsi üçün görülmüş işlər, bu sahələrdə əldə olunmuş nailiyyətlər və proqnozlar barədə məlumat verib. Sahil Babayev Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azaldılmasının bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb, dövlət büdcəsinin cari xərclərinin qeyri-neft gəlirləri hesabına ödənilməsi, neftin və qazın qiymətlərinin proqnozlaşdırılması, qeyri-neft sektorunun inkişafı üçün vergi yükünün optimallaşdırılması, muzdla işləyən əhalinin gəlir vergisi sahəsində tətbiq edilən güzəştlər və digər məsələlər barədə deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib.

Nazir, həmçinin dövlət büdcəsinin investisiyayönümlülüyünün qorunmasının, “Böyük qayıdış” proqramının icrasının, dövlət büdcəsinin sosialyönümlülüyünün, büdcədə təhsil, sosial müdafiə, sosial təminat, səhiyyə xərclərinin artırılmasının vətəndaşların rifahının daha da yüksəldilməsinə xidmət etdiyini qeyd edib, əhalinin tibbi sığorta ilə əhatə olunması ilə bağlı görülmüş işləri diqqətə çatdırıb.

Sonra parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gündəliyin növbəti iki məsələsini – “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrini ikinci oxunuşda təqdim edib.

İclasda çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov hər iki fondun büdcələrinin icmal büdcənin və büdcə zərfinin mühüm tərkib hissəsi olduğunu deyib, hər iki layihə ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqlayıb.

Sonra “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxış edərək, Prezident İlham Əliyevin siyasətində insan amilinin prioritet təşkil etdiyini vurğulayıb. O, ölkəmizdə sosial müdafiə, məşğulluq, əmək münasibətləri sahəsində davamlı işlərin görüldüyünü, ötən müddət ərzində 4 milyon vətəndaşımızı əhatə edən 4 sosial islahat paketinin həyata keçirildiyini söyləyib. Qeyd edib ki, bu islahatlar əhalinin sosial müdafiəsinin təmin olunmasına, gəlirlərinin artırılmasına, sosial rifahın yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib.

Nazir bildirib ki, bu islahatların davamı olaraq 2025-ci ilin əvvəlindən başlayaraq sosial sahədə 5-ci sosial islahat zərfinin icrasına başlanılıb. Bu çərçivədə 1,9 milyon şəxsi əhatə edən və 885 milyon manat vəsaiti özündə ehtiva edən, həmçinin pensiyaların indeksləşdirilməsi də nəzərə alınaraq, 1,4 milyard manatlıq sosial islahat zərfi həyata keçirilib. O, cari ildə minimum əməkhaqqının, minimum pensiyaların, sosial müavinət və təqaüd ödənişlərinin, tələbə təqaüdlərinin, ünvanlı dövlət sosial yardımının, ölkə üzrə yaşayış minimumunun, ehtiyac meyarının artımı ilə bağlı rəqəmləri də səsləndirib.

İclasda komitə sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Komitə sədri bildirib ki, layihəyə əsasən, yaşayış minimumunun məbləği ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilir. Komitə sədri qeyd edib ki, yaşayış minimumunun artım məbləğləri gələn il üçün proqnozlaşdırılan inflyasiyanın səviyyəsini üstələyir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələyə dair bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. O, gələn il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə müəyyən olunan ehtiyac meyarının həddinin 5,3 faiz artırılaraq 300 manata çatdırıldığını bildirib.

İqtisadi komitə sədri Azər Əmiraslanov məsələ barədə bu komitənin rəyini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Komitə sədri layihənin birinci oxunuşda plenar iclasda geniş müzakirə edildiyini, qaldırılan məsələlərlə bağlı həm komitə, həm də aidiyyəti qurumlar tərəfindən ətraflı şərhlərin verildiyini bildirib. O, vergi sisteminin təkmilləşdirilməsinin davamlı və uzunmüddətli xarakter daşıdığını deyib. Bu baxımdan irəli sürülən bir sıra təkliflərə perspektiv dövrdə müvafiq qaydada baxılmasının məqsədəmüvafiq hesab olunduğunu söyləyib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu məsələ ilə bağlı həmin komitələrin müsbət rəylərini diqqətə çatdırıblar.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə Suriyaya humanitar yardım göndərib  

23:54
25 Yanvar

Media: Qarşıdakı 10 il Türkiyənin ali təhsil sistemində tələb və təklif balansında köklü dəyişikliklər dövrü olacaq  

22:51
25 Yanvar

Zelenski: Müharibənin bitməsi təhlükəsizlik zəmanətləri ilə bağlıdır  

21:47
25 Yanvar

Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb

21:08
25 Yanvar

Misli Premyer Liqası: "Sabah" liderliyini möhkəmləndirib  

20:49
25 Yanvar

Milli Məclisin sədri Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşüb  

20:48
25 Yanvar

Milli Məclisin sədri Bəhreyn Krallığı Şura Məclisinin sədri ilə görüşüb

19:50
25 Yanvar

Misli Premyer Liqasında daha bir oyun keçirilib  

18:29
25 Yanvar

“Şahdağ”da snoubord üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb  

18:09
25 Yanvar

Xəzər Boru Kəməri Konsorsiumu iki yanalma qurğusundan eyni vaxtda neftin yüklənməsini bərpa edib  

17:59
25 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:58
25 Yanvar

Otuz illik həsrətin şirin bəhrəsi: Kəlbəcərdə qədim arıçılıq ənənələri yenidən dirçəlir

15:06
25 Yanvar

FHN Füzulidə buz bağlamış yollarda köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edib

13:04
25 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

12:41
25 Yanvar

ABŞ gərginliyin azaldılması yolu ilə Rusiya ilə Avropa arasında etimadı gücləndirməyi planlaşdırır  

11:24
25 Yanvar

Tramp: Çinlə razılaşma əldə olunarsa, ABŞ Kanadaya 100 faiz tarif tətbiq edəcək  

11:10
25 Yanvar

Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur

11:01
25 Yanvar

Uitkoff gələn həftə BƏƏ-də danışıqların davam etdiriləcəyini təsdiqləyib  

10:59
25 Yanvar

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

10:56
25 Yanvar

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib  

10:27
25 Yanvar

Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində xarici şirkətlərlə müqavilələr imzalanıb  

23:11
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!