Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yaz sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak edib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (PA) yaz sessiyasında iştirak etmək üçün Sankt-Peterburqda səfərdə olub. Azərbaycan nümayəndə heyətinin üzvləri sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak ediblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, aprelin 15-də Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının şura iclasında iştirak edib. İclasda təşkilatın 52-ci plenar iclasında müzakirəyə çıxarılan sənədlərə baxılıb, qurumun fəaliyyəti ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Aprelin 16-da Azərbaycanın parlament nümayəndə heyəti MDB Parlament Assambleyasının 52-ci plenar iclasına qatılıb. İclasda Assambleya tərəfindən işlənib hazırlanmış sənədlər müzakirə edilib.
MDB PA-nın yaz sessiyası çərçivəsində qurumun daimi komissiyalarının iclasları da keçirilib.
Milli Məclisin deputatlarından Arzu Nağıyev Təhlükəsizlik və yeni çağırışlara və təhdidlərə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə Birgə Komissiya ilə Müdafiə və təhlükəsizlik üzrə Daimi Komissiyanın iclaslarında, Emin Hacıyev Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi Komissiyanın iclasında və COVID-19 pandemiyası qarşısında demokratiya məsələlərinə həsr olunmuş sessiyada, Rüfət Quliyev İqtisadiyyat və maliyyə üzrə Daimi Komissiyanın iclasında iştirak ediblər. İclasda Milli Məclisin deputatı Rüfət Quliyev MDB PA-nın İqtisadiyyat və maliyyə üzrə Daimi Komissiyasının sədr müavini seçilib.
MDB Parlamentlərarası Assambleyasının terrorizmə və ekstremizmə qarşı mübarizəyə həsr olunmuş konfransın seksiyalarında Milli Məclisin deputatları Nizami Səfərov, Arzu Nağıyev, Əminə Ağazadə müzakirə olunan məsələlərə münasibət bildiriblər.
Burada keçirilən tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və MDB-nin Parlamentlərarası Assambleyasında Milli Məclisin daimi nümayəndəsi – Baş katibin müavini Aydın Cəfərov iştirak ediblər.
Səfər aprelin 16-da başa çatıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır
27 Aprel
Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb
27 Aprel
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!