Milli adətlərimizi təhrif etməyək
Hər xalqın özünəməxsus adət-ənənələri var. Heç kim də bu adət-ənənələrdən kənarda qala bilmir. Təbii ki, hər məclisin də öz qaydaları var. Ancaq təəssüflər olsun ki, əsrlərin sınağından çıxmış adət-ənənələrimizə bəzən məhəl qoyulmur.
Elə toylardan başlayaq. Süfrəyə 7-8 növ içki, 6-7 növ salat, 3-4 növ isti yeməklər düzürlər. Sonunda spirtli içkilərin təsirindən bəzən heç nədən dava-dalaş düşür, ya da qan qaraldan söz-söhbət olur. Heç onu demirəm ki, şənliyə gələnlər süfrəyə düzülənlərin cüzi bir hissəsini yeyə bilir. Bəs qalanlar nə olur? Axı, israfçılıq günahdır. Keçmişdə toylarda zurna, balaban, saz olardı. Ancaq indi zərb alətlərinin gurultusu insanların baş-beynini aparır. Bəzi yas mərasimlərində də ölü qalır bir yanda, yiyəsi gözünün yaşını silməyə macal tapmamış əl-ayağa düşür. "Bizdən əvvəl filankəs o cür edib. Biz niyə ondan geri qalaq" - deyib, hətta borca da düşür. Adət-ənənəyə görə yas mərasimləri mərhumun 1-3-7-40 günlərində keçirilməlidir. Cümə axşamları yalnız ölü sahibinin özünə aiddir. Yoxsa ki, əhali yığışır, süfrələr bəzədilir, böyük həcmdə yemək bişirilir, mollalar dəvət olunur. Son illərdə ağıçılar da dəbə minib. Heç fikirləşmirlər ki, özgəsi sənin ölünə səndən çox yana bilməz. Onda belə çıxır ki, sən ananı, atanı və yaxud başqa bir əzizini yola verirsən. Səmimi deyirəm, mərasimdə mərsiyəçi görəndə yas sahibinə yazığım gəlir. Bu, bir yana, süfrəyə baxırsan yasdan çox toya bənzəyir. Rəngli marmeladlar, çeşid-çeşid şirniyyatlar, meyvələr, mineral sular, növbənöv şirələr və s. Bunların hamısı şəriətimizə zidd olan işlərdir. Allah-təala tərəfindən nazil olunmuş "Qurani-Kərim"də onların heç birisi buyrulmayıb. Yas mərasimləri sadə şəkildə - kasıb üçün də, varlı üçün də eyni forma və məzmunda keçirilməlidir. Bər-bəzək toya yaraşır, o da həddində. Gəlin milli adətlərimizə hörmət edək, onu qoruyaq. Onlara xələl gətirən əməllərə yol verməyək! Çünki onlar bizim milli dəyərlərimizdir! Onları qoruyub gələcək nəsillərə olduğu kimi çatdırmaq bizim mənəvi borcumuzdur!
Lətafət MƏMMƏDOVA,
Bərdə şəhəri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur
27 Aprel
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel
Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi
27 Aprel
“WhatsApp”a parolsuz giriş olacaq
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!