02 May 2024 19:28
232
SİYASƏT
A- A+

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib  

 

Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli mayın 2-də Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatasının Təhsil, mədəni və sosial işlər komitəsinin sədri Abdelrahman Drissi ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fəzail İbrahimli qonağın VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu bildirib. O, Prezident İlham Əliyevin forumda etdiyi çıxışındakı fikirlərin regional və qlobal təhlükəsizlik üçün aktuallığını vurğulayıb, forum çərçivəsində keçirilən müzakirələrin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Fəzail İbrahimli qonaqlara Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi qərb dairələrinin haqsız təzyiqləri ilə üzləşməsindən söz açıb, regionda təhlükəsizliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi barədə danışıb.

Mərakeşli qonaq Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda aparılan müzakirələrin, fikir mübadiləsinin beynəlxalq əməkdaşlığa verdiyi töhfələri yüksək dəyərləndirib, ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə də fikirlərini bölüşüb.

Görüşdə iştirak edən Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov Azərbaycan və Mərakeş arasında münasibətlər barədə fikirlərini açıqlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video