28 May 2023 03:06
583
Nazirlər Kabineti
A- A+

“Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası”nın təsdiq edilməsi haqqında

№  166


Azərbaycan Respublikasının Nazirlər  Kabineti Qərar


“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli     883 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri,  25  may  2023-cü il

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 may

tarixli 166 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi

 

QAYDASI

 

  1.  Ümumi müddəalar

 

    1.  Bu Qayda “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 11-ci maddəsinin onuncu hissəsinə əsasən hazırlanmışdır və məhkəmə ekspertizası idarələrinin ekspertlərinə, habelə özəl məhkəmə ekspertlərinə (bundan sonra – məhkəmə eksperti) məhkəmə eksperti şəhadətnaməsinin (bundan sonra – şəhadətnamə) verilməsi qaydasını müəyyən edir.
    2.  Şəhadətnamə tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – dövlət orqanları), özəl məhkəmə ekspertlərinə isə Azərbaycan Respub-likasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən verilir.

 

  1.  Ekspert-ixtisas komissiyası

 

    1.  Məhkəmə ekspertlərinə şəhadətnamənin verilməsi və ya şəhadətnamənin verilməsindən imtina edilməsi ilə bağlı məsələlərin həlli üçün dövlət orqanlarının hər birində 7 (yeddi) nəfərdən ibarət tərkibdə daimi fəaliyyət göstərən Ekspert-ixtisas komissiyası (bundan sonra – komissiya) yaradılır.
    2.  Komissiyanın sədri, habelə komissiyanın sədrinin təqdimatı əsasında komissiya sədrinin müavini və komissiyanın digər üzvləri dövlət orqanının rəhbəri tərəfindən təsdiq edilir.
    3.  Komissiyanın tərkibinə məhkəmə ekspertizası idarəsinin rəhbəri, onun müavinləri, məhkəmə ekspertizası idarəsinin struktur qurumlarının rəhbərləri, 10 (on) ildən az olmayan iş stajına malik olan məhkəmə ekspertləri və elmi dərəcəsi olan şəxslər, habelə dövlət orqanının digər əməkdaşları daxil edilə bilərlər.
    4.  Komissiya üzvlərinin səlahiyyət müddəti 3 (üç) ildir. Səlahiyyət müddəti bitmiş üzvlər yenidən komissiyanın tərkibinə daxil edilə bilərlər.
    5.  Komissiyanın sədri məhkəmə ekspertizası idarəsinin komissiyanın üzvü olmayan əməkdaşları sırasından komissiyanın katibini təyin edir. Katib komissiyanın sədrinə hesabat verir.
    6.  Komissiyanın işinə 10 (on) ildən artıq müvafiq sahədə təcrübəyə malik olan mütəxəssislər cəlb edilə bilərlər.
    7.  Komissiyanın üzvləri komissiyanın səlahiyyətlərinə aid bütün məsələlərin həllində bərabər hüquqludurlar. Komissiya üzvlərinin hüquqları aşağıdakılardır:
      1.  komissiyanın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək və təkliflər vermək;
      2.  komissiyanın iclaslarında iştirak etmək, komissiyanın işinin təşkilinə və baxılan məsələlərə dair fikir bildirmək, suallar vermək;
      3.  komissiyanın qərarı, protokolu və digər sənədləri ilə tanış olmaq;
      4.  qəbul edilməsi təklif olunan qərarın lehinə və ya əleyhinə səs vermək, qərarla razılaşmadıqda xüsusi rəy vermək.
    8.  Komissiya üzvlərinin vəzifələri aşağıdakılardır:
      1.  öz fəaliyyətlərində Qanunu, bu Qaydanı və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını rəhbər tutmaq;
      2.  komissiyanın iclaslarını, üzrlü səbəb olduğu hallar istisna olmaqla buraxmamaq;
      3.  komissiyanın iclaslarında baxılan məsələlər üzrə səsvermədə iştirak etmək;
      4.  komissiya üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməmək, obyektiv və qərəzsiz olmaq;
      5.  komissiyanın iclaslarında baxılan məsələlər üzrə konfidensiallığa əməl etmək;
      6.  yaxın qohumları ilə bağlı məsələlər müzakirə edildikdə, habelə komissiya üzvünün obyektivliyinə və qərəzsizliyinə təsir göstərə biləcək digər hallarda özü-özünə etiraz etmək.
    9.  Komissiya üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda dövlət orqanının rəhbəri tərəfindən vaxtından əvvəl xitam verilir:
      1.  öz arzusu ilə komissiyanın üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
      2.  barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, habelə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə;
      3.  fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətli olması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
      4.  dövlət orqanlarında qulluq keçməsinə və ya fəaliyyətinə xitam verildikdə;
      5.  üzrsüz səbəbdən ardıcıl üç dəfə və ya il ərzində altı dəfə komissiyanın iclaslarında iştirak etmədikdə;
      6.  bu Qaydanın 2.8-ci bəndində göstərilən vəzifələri yerinə yetirmədikdə;
      7.  vəfat etdikdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.
    10.  Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş komissiya üzvünün yerinə yeni üzvün təyin edilməsi bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq həyata keçirilir.
    11.  Komissiyanın işi aşağıdakı qaydada təşkil olunur:
      1.  komissiyanın sədri komissiyanın işini təşkil edir, onun iclaslarına sədrlik edir. Komissiyanın sədri olmadıqda, sədrin səla-hiyyətlərini müavini, o, olmadıqda isə dövlət orqanı rəhbərinin qərarı əsasında komissiya üzvlərindən biri həyata keçirir;
      2.  komissiyanın katibi komissiyanın iclaslarının proto-kollarını tərtib edir. Komissiyanın katibi olmadıqda, iclasların protokollarını komissiya üzvlərindən biri tərtib edir;
      3.  komissiyanın sədri komissiyanın iclasının keçirilməsi gününü və vaxtını müəyyən edir;
      4.  komissiyanın katibi iclasa ən azı 3 (üç) iş günü qalmış komissiya üzvlərinə və bu Qaydanın 2.6-cı bəndində göstərilən şəxslərə komissiyanın iclasının tarixi, yeri və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verir;
      5.  komissiyanın iclası ən azı 5 (beş) üzvü iştirak etdikdə səlahiyyətlidir;
      6.  komissiyanın iclasında baxılan məsələlər üzrə qərarlar qəbul edilir və həmin qərarlar komissiyanın iclasının protokolunda əks etdirilir. Komissiyanın iclasının protokolu sədr, komissiyanın iclasında iştirak etmiş digər üzvlər və katib tərəfindən, sədr və ya katib iclasda iştirak etmədikdə isə onları əvəz etmiş komissiya üzvləri tərəfindən imzalanır;
      7.  komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar bu Qaydanın 7.10-cu bəndində nəzərdə tutulmuş halda komissiya üzvlərinin açıq səsverməsi və sadə səs çoxluğu ilə, digər hallarda isə verilmiş ballara uyğun olaraq qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledici sayılır. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə olunur.
    12.  Komissiyanın işinə qanunsuz müdaxilə və təsir yolverilməzdir.

 

  1.  Məhkəmə ekspertizası idarələrində təcrübənin keçirilməsi

 

    1.  Məhkəmə ekspertizası idarələrində məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər, habelə məhkəmə ekspertizasının başqa sahəsi üzrə şəhadətnamə almaq istəyən məhkəmə ekspertləri 6 (altı) ay müddətinə təcrübəyə cəlb olunurlar. Bu müddət ərzində həmin şəxslər məhkəmə ekspertizası idarələrinin rəhbərinin təyin etdiyi təcrübəli əməkdaşa (təcrübə rəhbərinə) təhkim olunurlar.       
    2.  Təcrübə keçən şəxsin təhsili və iş təcrübəsi nəzərə alınmaqla, ümumi ekspert ixtisas proqramları əsasında konkret ekspert ixtisası üzrə fərdi iş planı hazırlanır.
    3.  Təcrübə zamanı verilən tapşırıqlar, onların öyrənilmə ardıcıllığı və icra müddəti namizəd tərəfindən xüsusi tərtib edilmiş gündəlikdə əks olunur. Təcrübə rəhbəri ayda bir dəfədən az olmayaraq tapşırıqların yerinə yetirilməsini yoxlayır. Hazırlığın ümumi gedişi rübdə bir dəfədən az olmayaraq aidiyyəti struktur qurumun yığıncağında müzakirə olunur.

 

  1.  Məhkəmə ekspertizası idarələrinin ekspertlərinə

şəhadətnamə verilməsi qaydası

 

    1.  Təcrübə müddəti başa çatdıqdan sonra namizədə şəhadət-namə verilməsi məsələsinə məhkəmə ekspertizası idarəsinin struktur qurumu rəhbərinin təqdimatı əsasında komissiyada baxılır. Məhkəmə ekspertizası idarəsinin struktur qurumunun rəhbərinə şəhadətnamə verilməsi məsələsinə həmin idarə rəhbərinin müavininin təqdimatı əsasında komissiyada baxılır.
    2.  Şəhadətnamənin verilməsi haqqında təqdimatda irəli sürülən təklif əsaslandırılmalı və aşağıdakı sənədlərlə birlikdə komissiyaya təqdim edilməlidir:
      1.  namizədin fərdi iş planı;

4.2.2. məhkəmə ekspertizası idarəsinin struktur qurumunda məsələnin müzakirəsinə dair protokoldan çıxarış;

  1.  namizədin xasiyyətnaməsi;
  2.  namizədin yerinə yetirdiyi işlərə dair hesabatı.
    1.  Komissiya şəhadətnamənin verilməsi haqqında təqdimata komissiyaya daxil olduğu tarixdən 15 (on beş) gün müddətində baxmalıdır.
    2.  Namizədə komissiyanın iclasının keçirilməsinə azı 5 (beş) gün qalmış məlumat verilir.  
    3.  Namizədin bilik səviyyəsinin yoxlanılması fərdi qaydada və 35 (otuz beş) dəqiqəyədək aparılır.
    4.  Hər bir namizədə iddiasında olduğu ekspert ixtisası üzrə hazırlıq dərəcəsini müəyyən etmək məqsədilə 7 (yeddi) sual verilir.
    5.  İclasın gedişində təqdim edilmiş materiallar və verilən suallar vasitəsilə aşağıdakılar qiymətləndirilir:
      1.  məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericilik, tədqiqat metodları sahəsində biliklər, onları tətbiq etmək, tədqiqatlar aparmaq, habelə texniki avadanlıqlardan istifadə və ekspert rəyi tərtib etmək bacarığı;
      2.  məhkəmə ekspertizasının nəzəri və praktik problemləri ilə bağlı biliklər, elmi-məntiqi təhlil aparmaq, məsələləri ən səmərəli metodlar seçməklə həll etmək qabiliyyəti;
      3.  fikrini və rəyini sərbəst və hamıya aydın olan tərzdə ifadə etmək qabiliyyəti;
      4.  analitik düşünmək qabiliyyəti, hadisələri hərtərəfli təhlil etmək və obyektiv qiymətləndirmək, problemin həlli ilə bağlı qərar çıxarmaq bacarığı;
      5.  etik davranış kodeksinin tələblərinə dair məlumatlılığı.
    6.  İclasın nəticələri üzrə komissiya tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir:
      1.  şəhadətnamənin verilməsi barədə təqdimatın dövlət orqanının rəhbərinə verilməsinə dair;
      2.  şəhadətnamənin verilməsindən imtina edilməsi barədə təqdimatın dövlət orqanının rəhbərinə verilməsinə dair.
    7.  İclas zamanı namizədin verdiyi hər bir cavab komissiyanın üzvləri tərəfindən ən çox 5 (beş) balla qiymətləndirilir. Hər bir cavab üzrə Komissiya üzvlərinin verdiyi qiymətlərin toplanması və nəticənin iclasda iştirak edən komissiya üzvlərinin sayına bölünməsi yolu ilə həmin cavab üzrə orta bal müəyyən olunur. İclasın nəticəsi üzrə ən çox 35 bal toplamaq mümkündür. Komissiya üzvlərinin verdiyi qiymətlər və namizədin topladığı ümumi bal “Ekspert-ixtisas komissiyasının namizəd barəsində tərtib etdiyi bal cədvəli”ndə qeyd olunur (2 nömrəli əlavə).
    8.  Namizəd maksimal balın 60%-ni və daha çox bal topladıqda, müvəffəqiyyət qazanmış hesab olunur.
    9.  Komissiyanın iclasının nəticəsi komissiyanın iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir. İclas protokolunda namizədə verilən sualların və cavabların qısa məzmunu, komissiya üzvlərinin qiymətləndirmə balları, komissiyanın qərarı və digər məsələlər əks olunur (1 nömrəli əlavə).
    10.  İclasın nəticələri barədə məlumat iclasın keçirildiyi gündən 3 (üç) iş günü müddətində namizədə bildirilir.

 

  1.  Özəl məhkəmə eksperti şəhadətnaməsinin

alınması üçün müraciət

 

    1.  Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamə almaq istəyən şəxslər Ədliyyə Nazirliyinə müraciət edirlər.
    2.  Şəhadətnamə almaq istəyən şəxslərin sənədlərinin qəbul edilməsi müddəti Ədliyyə Nazirliyi tərəfindən müəyyən olunur, bu barədə mətbuatda və Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində elan verilir. Həmin müddət başa çatdıqdan sonra təqdim olunan sənədlər (elan edilmiş müddətdə sifarişli poçtla göndərilən sənədlər istisna olmaqla) qəbul edilmir.
    3.  Şəhadətnamə almaq istəyən şəxsin ərizəsinə (3 nömrəli əlavə) aşağıdakı sənədlər əlavə olunmalıdır:
      1.  şəxsiyyət vəsiqəsinin surəti;
      2.  şəxsin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
      3.  şəxsin ali təhsili haqqında sənədin (diplomun) notariat qaydasında təsdiq edilmiş surəti (xarici dövlətlərin Azərbaycan Respublikası ərazisində tanınan ali təhsil haqqında sənədi (diplom, şəhadətnamə və digər sənəd);
      4.  4x6 sm ölçüdə 2 (iki) ədəd və 3x4 sm ölçüdə 2 (iki) ədəd rəngli (ağ fonda) fotoşəkil;
      5.  Qanunun 11-ci maddəsinin beşinci hissəsinə uyğun olaraq, şəhadətnamə almaq istəyən şəxsin aşağıdakı tələblərdən birinə cavab verdiyini təsdiq edən sənəd:
  1.  ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 (on) il işlədiyi barədə (əmək müqaviləsi əsasında işlədikdə – əmək kitabçasının surəti, mülki hüquqi müqavilə əsasında fəaliyyət göstərdikdə isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi);
  2.  ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğu barədə (diplomun notariat qaydasında təsdiq edilmiş surəti, xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə);
  3.  xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin (diplom, sertifikat və s.) mövcudluğu;
      1.  Qanunun 11-ci maddəsinin yeddinci hissəsinə əsasən Ədliyyə Nazirliyi tərəfindən internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etdiyini təsdiq edən sənəd.
    1.  Bu Qaydanın 5.3-cü bəndində göstərilən sənədlərin Ədliyyə Nazirliyi tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər şəhadətnamə almaq istəyən şəxsdən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi şəhadətnamə almaq istəyən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya şəhadətnamə almaq istəyən şəxs tərəfindən təmin edilir.
    2.  Ərizə Ədliyyə Nazirliyi tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır.
    3.  Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və şəhadətnamənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, onların aradan qaldırılması barədə məlumat şəhadətnamə almaq istəyən şəxsə ərizənin qeydiyyata alındığı tarixdən 2 (iki) iş günündən gec olmayaraq təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə, yaxud elektron üsulla göndərilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir. Bütün çatışmazlıqlar şəhadətnamə almaq istəyən şəxsə eyni zamanda bildirilməlidir.
    4.  Şəhadətnamə almaq istəyən şəxs həmin çatışmazlıqları məlumatı aldığı gündən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman şəhadətnamənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət şəhadətnamənin verilməsi müddətinə daxil edilmir. Şəhadətnamə almaq istəyən şəxsin çatışmazlıqların aradan qaldırılması barədə müraciətindən sonra müddətin axımı bərpa olunur.
    5.  Şəhadətnamə almaq istəyən şəxs ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 5.7-ci bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və bu barədə şəhadətnamə almaq istəyən şəxsə 2 (iki) iş günü müddətində yazılı məlumat verilir.
    6.  Şəhadətnamə almaq istəyən şəxs aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra şəhadətnamənin verilməsi üçün təkrar ərizə ilə müraciət edə bilər.
    7.  Ərizənin qeydiyyata alındığı tarixdən 2 (iki) iş günü müddətində şəxsin Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun olub-olmadığı araşdırılır və araşdırmanın nəticə-sindən asılı olaraq, toplanmış sənədlər 1 (bir) iş günü ərzində komissiyaya təqdim edilir.
    8.  Şəhadətnamə almaq üçün təqdim edilən sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edildiyi aşkar olunduqda şəhadətnamənin verilməsindən imtina edilir. Şəhadətnamənin verilməsindən imtina edildikdə, bu barədə qərar şəhadətnamə almaq istəyən şəxsə qəbul olunduğu tarixdən 2 (iki) iş günündən gec olmayaraq təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə, yaxud elektron üsulla göndərilir.

 

  1.  Özəl məhkəmə eksperti şəhadətnaməsinin verilməsi

 

    1.  Namizədin sənədləri bu Qaydanın 5.10-cu bəndinə uyğun olaraq komissiyaya təqdim edildiyi gündən 2 (iki) iş günü müddətində onunla müsahibə keçirilir. Müsahibənin keçirildiyi yer və vaxt barədə namizədə müsahibənin keçirilməsinə ən geci 1 (bir) iş günü qalmış məlumat verilir. Müsahibəyə gələnlər özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidirlər.
    2.  Müsahibənin keçirilməsi və namizədin qiymətləndirilməsi bu Qaydanın 4.5-4.10-cu bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
    3.  Namizəd bu Qaydanın 4.10-cu bəndində nəzərdə tutulmuş balı toplamadıqda, şəhadətnamənin verilməsindən imtina edilir.

 

    1.  Komissiyanın iclas protokolu bu Qaydanın 4.11-ci bəndinə uyğun olaraq tərtib edilir.
    2.  Namizədin müraciəti əsasında müsahibənin keçirildiyi gündən 2 (iki) iş günü müddətində ona topladığı ballara dair komissiya sədrinin imzası ilə təsdiq edilmiş arayış verilir.

 

  1.  Yekun müddəalar

 

    1.  Komissiyanın iclasının keçirildiyi gündən 1 (bir) iş günü müddətində komissiyanın iclas protokolu, onun əsasında tərtib edilmiş təqdimatla birgə dövlət orqanının rəhbərinə təqdim edilir.
    2.  Komissiyanın təqdimatı və bu Qaydanın 7.4-cü bəndinin tələbi nəzərə alınmaqla, 1 (bir) iş günündən gec olmayaraq dövlət orqanının rəhbəri tərəfindən namizədə şəhadətnamə verilməsi və ya verilməsindən imtina edilməsi barədə yekun qərar qəbul edilir.
    3.  Şəhadətnamə dövlət orqanının rəhbəri tərəfindən imzalanır, həmin orqanın möhürü ilə təsdiq edilir (4 nömrəli əlavə).
    4.  Özəl məhkəmə ekspertləri qismində fəaliyyət göstərmək istəyən şəxslərə şəhadətnamə verilməsi üçün dövlət rüsumunun ödənilməsi vəzifəsi barədə şifahi və ya yazılı məlumat verilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Ədliyyə Nazirliyinə şəhadətnamə almaq istəyən şəxs tərəfindən təqdim edildikdən sonra şəhadətnamə 2 (iki) iş günündən gec olmayaraq həmin şəxsə təqdim edilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, şəhadətnamənin verilməsindən imtina edilir.
    5.  Bu Qaydanın 6.3-cü və 7.4-cü bəndlərində nəzərdə tutulmuş hallarda şəhadətnamənin verilməsindən imtina olunduqda, bu barədə qərar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.10-cu maddəsinə uyğun olaraq rəsmiləşdirilərək şəhadətnamə almaq istəyən şəxsə həmin qərarın qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Şəhadətnamənin verilməsindən imtina şəxsin yenidən müraciət etməsinə mane olmur.
    6.  Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilir.
    7.  Şəhadətnamə verilən hər bir məhkəmə eksperti üçün komissiyanın katibi tərəfindən məhkəmə ekspertinin vərəqəsi                      (5 nömrəli əlavə) tərtib edilir.
    8.  Məhkəmə ekspertinə yeni ixtisas verilməsi ilə əlaqədar ona yeni şəhadətnamə verilir. Yeni şəhadətnamənin verilməsi bu Qaydanın tələblərinə əməl etməklə, ümumi qaydada həyata keçirilir.
    9.  Məhkəmə ekspertinin fəaliyyətinə Qanunun 11-1-ci maddəsində nəzərdə tutulmuş hallarda şəhadətnamə ləğv edilməklə xitam verilir. Qanunun 11-1-ci maddəsinin birinci hissəsinin beşinci abzasında nəzərdə tutulmuş hallarda məhkəmə ekspertinin şəhadətnaməsi ləğv edilməklə fəaliyyətinə xitam verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları” ilə tənzimlənir.
    10.  Məhkəmə ekspertizası idarəsinin ekspertinin şəhadət-naməsinin ləğvi ilə əlaqədar məsələyə həmin idarənin struktur qurumu rəhbərinin təqdimatı (məhkəmə ekspertizası idarəsinin struktur qurum rəhbərinə münasibətdə həmin idarə rəhbərinin müavininin təqdimatı) əsasında, özəl məhkəmə ekspertlərinə münasibətdə isə Ədliyyə Nazirliyinin aidiyyəti qurumun rəhbərinin təqdimatı əsasında 5 (beş) iş günü müddətində komissiyanın iclasında baxılır. Qanunun 11-1-ci maddəsinin birinci hissəsinin üçüncü, dördüncü və altıncı abzaslarında nəzərdə tutulmuş hallarla əlaqədar məhkəmə ekspertinin şəhadətnaməsinin ləğv edilməsi məsələsinə baxıldıqda, məhkəmə ekspertinin həmin halların baş vermə səbəblərinə dair məlumatı öyrənilir. İclasın nəticəsindən asılı olaraq, qərar komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
    11.  Komissiyanın iclasının keçirildiyi gündən 1 (bir) iş günü müddətində iclasın protokolu onun əsasında tərtib edilmiş təqdimatla birgə dövlət orqanının rəhbərinə təqdim edilir.
    12. Komissiyanın təqdimatına komissiyanın iclasının keçiril-diyi gündən ən geci 5 (beş) iş günü müddətində dövlət orqanının rəhbəri tərəfindən baxılır və müvafiq qərar qəbul edilir.
    13.  Şəhadətnaməsi ləğv edilmiş ekspert barədə məlumat Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilir.
    14.  Şəhadətnaməsi ləğv edilmiş ekspertə qəbul edilmiş qərarla bağlı 3 (üç) iş günü müddətində yazılı bildiriş göndərilir.
    15.  Özəl məhkəmə ekspertinin soyadı, adı, atasının adı və ya fəaliyyət göstərdiyi ünvanı dəyişdikdə, şəhadətnamənin yenidən rəsmiləşdirilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.
    16.  Məhkəmə eksperti şəhadətnamə aldıqdan sonra 5 (beş) il müddətində məhkəmə eksperti qismində fəaliyyət göstərməməsi nəticəsində ekspertiza aparmaq hüququnu itirdikdə, yeni şəhadət-namənin alınması üçün bu Qaydanın tələblərinə uyğun olaraq ümumi qaydada müraciət edə bilər.
    17.  Şəhadətnamənin verilməsindən imtina və ya şəhadət-namənin ləğvi barədə qərarlardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.

 

 

 

 

 

 

_________________

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası”na

 

1 nömrəli əlavə

 

Ekspert-ixtisas komissiyasının iclas protokolu

 

 

       “______” _________ 20_____ il                                                                       ___________ şəhəri

 

 

      İclasda iştirak etdilər:

____________________________________________________________

 

____________________________________________________________

 

____________________________________________________________

 

       Ekspert-ixtisas komissiyası aşağıdakıları nəzərdən keçirdi:

____________________________________________________________

(məhkəmə ekspertizası ixtisasına namizədin (məhkəmə ekspertinin)

adı, atasının adı, soyadı, vəzifəsi)

 

____________________________________________________________(ekspertizanın növü və ixtisasın adı)

 

məhkəmə eksperti şəhadətnaməsinin verilməsi (məhkəmə eksperti şəhadətnaməsinin ləğv edilməsi) ilə əlaqədar sənədləri, o cümlədən:

 

____________________________________________________________

 

____________________________________________________________

Namizədə iddiasında olduğu məhkəmə ekspertizası ixtisası üzrə hazırlıq dərəcəsini müəyyən etmək məqsədilə aşağıdakı suallar verildi:

 

Komissiya üzvü_____________ verdiyi sual: ________________________

                              (soyadı, adı)

 

____________________________________________________________

Namizədin cavabı: ____________________________________________

(qısa məzmunu göstərilir)

____________________________________________________________

Yekun qiymətləndirmə balı və ya səsvermənin nəticəsi: ________________

____________________________________________________________

 

Ekspert-ixtisas komissiyası qərara alır:

____________________________________________________________

 

Ekspert-ixtisas komissiyasının sədri: ______________________________.

 

Ekspert-ixtisas komissiyasının üzvləri: _____________________________.

 

Ekspert-ixtisas komissiyasının katibi: ______________________________.

 

 

 

 

 

 

 

 

 

 

“Məhkəmə eksperti şəhadətnaməsinin

verilməsi qaydası”na

                     

2 nömrəli əlavə

 

Ekspert-ixtisas komissiyasının namizəd barəsində tərtib etdiyi

 

BAL CƏDVƏLİ

 

____________________________________________________________

(namizədin soyadı, adı, atasının adı)

 

 

 

Sualın №-si

Sualın məzmunu

Qiymətləndirmənin

nəticələri

Ümumi bal

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

       1. Ekspert-ixtisas komissiyasının sədri:

___________________________________________________________

 

       Ekspert-ixtisas komissiyasının üzvləri:

 

 

2. Komissiyanın sədrinin müavini: _________________________________

 

3. __________________________________________________________

 

4. __________________________________________________________

 

5. __________________________________________________________

 

6. __________________________________________________________

 

7. __________________________________________________________

 

Komissiyanın katibi: ____________________________________________

 

 

 

 

“Məhkəmə eksperti şəhadətnaməsinin

verilməsi qaydası”na

 

3 nömrəli əlavə

 

Azərbaycan Respublikasının

 _______________ Nazirliyinə

 

                                   ___________________________________yaşayan

 

                                                   __________________________________tərəfindən

 

 

Ə R İ Z Ə

 

 

Mən,____________________________________________ oğlu/qızı (doğulduğu il, ay və gün ________, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi _____) özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq istəyirəm.

Bununla əlaqədar qanunvericiliklə müəyyən edilmiş prosedurlar çərçivəsində müvafiq şəhadətnamə almaq məqsədilə sənədlərimi qəbul etməyinizi xahiş edirəm.

Bildirirəm ki, ikili vətəndaşlığım, digər dövlətlər qarşısında öhdəliklərim, barəmdə bəraətverici əsaslar olmadan cinayət işinin xitam olunması haqqında istintaq orqanı və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı yoxdur, din xadimi deyiləm, əvvəllər cinayət törətməyə görə məhkum olunmamışam, barəmdə məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmağımın məhdudlaşdırılması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarı çıxarılmayıb, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmamışam.

 

Əlavə edilmiş sənədlərin siyahısı:

____________________________________________________________

____________________________________________________________

____________________________________________________________

____________________________________________________________

____________________________________________________________

 

İmza:________________________          ____________________________                                                                                             

                                                                       (soyadı, adı və atasının adı)

 

“______” _______________ 20_____ il

 

“Məhkəmə eksperti şəhadətnaməsinin

verilməsi qaydası”na

 

4 nömrəli əlavə

 

____________________________________________________________ (dövlət orqanının adı)

 

 

MƏHKƏMƏ EKSPERTİZASI İDARƏSİNİN

EKSPERTİNİN ŞƏHADƏTNAMƏSİ

 

_______________

 

____________________________________________________________ (məhkəmə ekspertinin adı, soyadı, atasının adı)

____________________________________________________________

 

Ekspert-ixtisas komissiyasının “____” ________20_____ il  tarixli ____ №-li

 

qərarı əsasında Azərbaycan Respublikası_________ nazirinin “___” ______

 

20____   il tarixli _____ №-li əmri ilə “____”__________ 20_____ il  tarixindən

 

____________________________________________________________

(məhkəmə ekspertizasının növü)

 

ekspertizası __________________________________________________

(ixtisasın adı)

____________________________________________________________

 

məhkəmə eksperti ixtisası üzrə ekspertiza keçirmək hüququ verilmişdir.

 

Azərbaycan Respublikasının naziri    

 ____________________                   _________  ____________________

                                                           (imza)               (adı və soyadı)

 

       M.Y.

 

Bakı şəhəri, “____” _________ 20_____ il.

Şəhadətnamə xidməti vəsiqə təqdim edildikdə etibarlıdır.

 

        Qeyd. Şəhadətnamənin ölçüsü 297x210 mm olmaqla, mətbəə üsulu            ilə qırmızı rəngli cilddə hazırlanır. Cildin üz qabığında Azərbaycan Respublikasının Dövlət Gerbi əks etdirilir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

________________________

 

 

ÖZƏL MƏHKƏMƏ EKSPERTİNİN ŞƏHADƏTNAMƏSİ

 

_______________

 

____________________________________________________________ (məhkəmə ekspertinin adı, atasının adı, soyadı, VÖEN-i)

____________________________________________________________

 

Ekspert-ixtisas komissiyasının “____” _______ 20_____ il  tarixli ____ №-li

 

qərarı əsasında Azərbaycan Respublikası ədliyyə nazirinin “_____” _______

 

20____ il  tarixli _____ №-li əmri ilə “____” __________ 20_____ il  tarixindən

 

____________________________________________________________

(məhkəmə ekspertizasının növü)

 

ekspertizası _________________________________________________

(ixtisasın adı)

 

____________________________________________________________

məhkəmə eksperti ixtisası üzrə ekspertiza keçirmək hüququ verilmişdir.

 

 

 

 

Azərbaycan Respublikasının

           ədliyyə naziri                                                                       _________       ________________                               

                                                                   (imza)                  (adı və soyadı)

 

      M.Y.

 

Qeydiyyat nömrəsi________        Bakı şəhəri, “____” ________  20_____ il. 

 

 

      Qeyd. Şəhadətnamənin ölçüsü 297x210 mm olmaqla, mətbəə üsulu        ilə qırmızı rəngli cilddə hazırlanır. Cildin üz qabığında Azərbaycan Respublikasının Dövlət Gerbi əks etdirilir.

 

 

“Məhkəmə eksperti şəhadətnaməsinin

verilməsi qaydası”na

 

5 nömrəli əlavə

 

Məhkəmə ekspertinin vərəqəsi

 

Soyadı, adı, atasının adı _______ 

___________________________

 

 

Doğulduğu il _________________

 

Təhsili  _____________________

 

 

Elmi dərəcəsi  _______________

 

Vəzifəsi  ____________________

 

Məhkəmə ekspertizası sahəsində iş stajı  _____________________

Ekspert-ixtisas komissiyasının “___” _______ 20_____ il tarixli qərarı əsasında Azərbaycan Respublikası __________________ nazirinin “___” _______ 20_____ il tarixli ___ №-li əmri ilə __________ixtisası üzrə məhkəmə ekspert  şəhadətnaməsi verilmişdir.

 

Ekspert-ixtisas komissiyasının “___” _______ 20_____ il tarixli qərarı əsasında Azərbaycan Respublikası __________________ nazirinin “___” _______ 20_____ il  tarixli ___ №-li əmri ilə __________ ixtisası üzrə məhkəmə ekspert şəhadətnaməsi verilmişdir.

 

Ekspert-ixtisas komissiyasının “___” _______ 20_____ il tarixli qərarı əsasında Azərbaycan Respublikası __________________ nazirinin “___” _______20_____ il tarixli ___ №-li əmri ilə __________ ixtisası üzrə məhkəmə ekspert şəhadətnaməsi verilmişdir.

 

Ekspert-ixtisas komissiyasının “___” _______ 20_____ il  tarixli qərarı əsasında Azərbaycan Respublikası __________________nazirinin “___” _______ 20_____ il tarixli ___ №-li əmri ilə məhkəmə ekspert şəhadətnaməsindən məhrum edilmişdir.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video