22 Noyabr 2025 09:05
513
CƏMİYYƏT
A- A+
Mədəniyyət təmizlikdən başlayır

Mədəniyyət təmizlikdən başlayır


Bakının bəzi, xüsusən gözdən uzaq küçələrində, dalanlarında atılan zibil torbalarını, səpələnmiş tullantıları kim görməyib ki?! Bu görüntülər bizi bir sualla qarşı-qarşıya qoyur: biz həqiqətən təmizliyə və sanitar mədəniyyətinə hər yerdə əməl edən xalqıqmı? Axı şərt yalnız evimizin, yaxud həyətimizin parıldaması deyil. O həm də küçəmizin, məhəlləmizin, şəhərimizin, ölkəmizin təmizliyidir.

Zibilləri küçəyə atan, yerə, üzr istəyirik, tüpürən, parklara tullantı qoyub gedən, ictimai yerlərdə ədəb-ərkan qaydalarına əməl etməyən insan, əslində, təkcə ətrafa yox, cəmiyyətin mədəni simasına da xələl gətirir, şəhərin abadlığına, təmizliyinə ləkə salır. Əslində, sanitar mədəniyyəti sadəcə gigiyenik qaydalara əməl etmək deyil. Bu, insanın özünə və yaşadığı mühitə olan hörmətinin təzahürüdür. Çünki təmizlik təkcə əllərimizi yumaq deyil, düşüncəmizi, münasibətimizi saf saxlamağımızdır.  Əgər hər birimiz evimizdən çıxmazdan əvvəl "mən bu şəhərin bir parçasıyam" deyə düşünsək, küçələrimiz, parklarımız tullantı poliqonuna çevrilməz, ayağımızın altı ağız suyu ilə sulanmaz. Yaşadığımız şəhər, qəsəbə, kənd bizim güzgüdəki əksimizdir, onun təmizliyi mədəniyyətimizi əks etdirir. Çünki təmizlik həm də mədəniyyətdir, bəlkə də daha çox mədəniyyətdir.

Təəssüf ki, bəzən elə düşünürük ki, şəhərin təmizliyi yalnız bu işlə məşğul olan qurumların işidir. Amma belə deyil. Bu, hər birimizin işidir, yaxud işi olmalıdır. Cəmiyyətin mədəni səviyyəsini bilmək üçün bəzən küçədəki zibil konteynerlərinə nəzər salmağın kifayət olması təsadüfi deyil. Zibilləri konteynerlərin içinə yox, yanına atmaq, müxtəlif tullantılar üçün ayrılmış konteynerlərə məhəl qoymamaq sadəcə ətraf mühitə laqeyd münasibətimiz yox, həm də birbaşa bizim vətəndaşlıq məsuliyyətsizliyimizə işarədir.

Bir dəfə Bakı ətrafındakı küçələrdən birində qoyulmuş zibil qutusunun üstündə bu sözlərlə rastlaşdım: "Zibili konteynerə at - mədəniyyətini göstər". Bu o demək idi ki, Bakını təmiz saxlamaq sarıdan problemimiz var. Fikirləşmirik ki, siqaret kötüyünü və ya plastik qabı  yerə atmamaqla təkcə ətraf mühiti qorumuruq, həmçinin  mədəniyyətimizi, məsuliyyətimizi göstəririk.

Bu işdə əlaqədar qurumların da üzərinə vəzifələr düşür. Məhz bu baxımdan belə hallara yol verənlərə qarşı cərimə tətbiq edilməsi təqdirəlayiq addımdır. Fərqinə varmayıb, əhəmiyyət verməyib əlindəki tullantını yerə atdığına görə cibindən pul çıxan çətin ki, növbəti dəfə ətrafı zibilləsin. Məsələn, siqaret kötüyünü küçəyə atanlar üçün 300 manat məbləğində cərimə müəyyən edilib. Avtomobildən yola və ya yol kənarına tullantı atanlar üçün isə daha çox cərimələr nəzərdə tutulur. Amma bu cərimələr insanları cəzalandırmaq üçün deyil, düşündürmək, tərbiyələndirmək  üçündür. Çünki cərimələrin tətbiq olunması birbaşa ictimai məsuliyyətin artırılması məqsədini güdür. Bu isə o deməkdir ki, hökumətin bu istiqamətdə atdığı addımlar sadəcə cəza deyil, həm də nümunəvi davranışın formalaşması üçün vasitədir. Cəmiyyət o zaman mədəni olur ki, insan öz davranışının nəticəsini dərk edir və qaydalara əməl etməyi özünə borc bilir.

Təbii ki, söz təmizlikdən gedir. O təmizlikdən ki, onu həm də ekoloji düşüncənin başlanğıcı hesab etmək mümkündür. Bugünkü plastik tullantı sabah torpağın zəhərlənməsinə, havanın, suyun çirklənməsinə səbəb olur. Ona görə də təmizliyi sadəcə "zibil" problemi kimi deyil, sağlamlıq məsələsi kimi də qəbul etməliyik.

Amma bu vacib işdə təkcə ayrı-ayrı fərdlər məsuliyyət daşımırlar. Yerli icra orqanlarının, kommunal və digər əlaqəli qurumların da bu işdə üzərlərinə az məsuliyyət düşmür. Bu gün, məsələn, hətta paytaxtın küçə və prospektlərində tullantı qabları problemi yaşanırsa və bu səbəbdən ətraf zibillənirsə, günah təkcə vətəndaşlarda deyil. Çünki əlində, yaxud cibində zibil gəzdirməyi, hətta bəzən qeyd etdiyimiz səbəbdən onu evə daşımağı hər kəs bacarmır.

Beləliklə, təmiz və mədəni şəhər yalnız cərimə ilə deyil, vətəndaşın və şəhər təsərrüfatının birgə səyləri ilə mümkündür. Araşdırmalara görə, o şəhər təmiz olur ki, orada ictimai intizam yüksəkdir. İntizamlı adam anlayır ki, cəmiyyətin nizamı onun fərdi davranışlarından başlayır. Küçədəki təmizlik, yol hərəkətində qaydalara riayət etmək, ictimai nəqliyyatda nizam-intizam bir-birini tamamlayan mədəniyyət zəncirinin halqalarıdır.

Unutmayaq ki, təmizlik imandandır. Bu, yalnız dini deyil, həm də mənəvi bir çağırışdır. Əgər hər birimiz ətrafımızda azacıq da olsa, təmizlik yaratsaq, bütövlükdə şəhərimizin siması dəyişər. Cəmiyyətin rifahı, şəhərin təmizliyi, gələcək nəsillərin sağlamlığı bizim bugünkü davranışlarımızdan asılıdır. İntizamlı vətəndaş, mədəni cəmiyyət və təmiz şəhər - bu üçlük bir-birinin davamıdır.

 

Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: Dünyanın Hörmüz boğazına ehtiyacı var, ABŞ-nin isə yox

16:41
02 Aprel

Kəlbəcərə növbəti köç: Daha 27 ailə doğma yurduna qovuşub YENİLƏNİB 2

16:18
02 Aprel

Avstraliya qumar reklamlarına qarşı sərt məhdudiyyətlər tətbiq edir

16:17
02 Aprel

İran Filippin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verəcək  

16:12
02 Aprel

Marsda mümkün həyat izləri ilə bağlı araşdırma aparılıb  

16:11
02 Aprel

“AirPods Max 2” təqdim edilib  

16:01
02 Aprel

Böyük Britaniya Aİ ilə əlaqələri gücləndirəcək

15:56
02 Aprel

Cənubi Koreya enerji böhranına qarşı 17,3 milyard dollar ayırır

15:53
02 Aprel

Qızılın qiyməti müharibə bəyanatlarından sonra azalıb  

15:45
02 Aprel

Bu kiçik şəhər dünyanın ən pis havasına malikdir

15:41
02 Aprel

Hacıqabul Sənaye Parkında yeni investisiya layihəsi: 50 iş yeri yaradılacaq   

15:36
02 Aprel

Türkiyə 224 kilometrlik yolun təmirinə başlayıb 

15:31
02 Aprel

Ay ətrafında səyahətə start verilib  

15:30
02 Aprel

Bakı-Supsa neft kəməri: xərclər və müqavilə şərtləri təsdiqləndi 

15:21
02 Aprel

Almaniyada dizel yanacağının qiyməti rekord həddə çatıb

15:14
02 Aprel

Pasxa bayramı üçün dünya miqyasında yəhudilərə 2,5 milyon dollar ianə edilib  

15:01
02 Aprel

 Ermənistan Atom Elektrik Stansiyası 5 aylıq bağlandı

14:58
02 Aprel

Moldova parlamenti ölkənin MDB-dən çıxması ilə bağlı yekun qərar qəbul edib  

14:54
02 Aprel

Almaniyada kannabis qanunu: "Qanuniləşdirmə səhv idi"  

14:49
02 Aprel

Türkiyə Müdafiə Nazirliyi C-130 təyyarəsinin qəzaya uğraması barədə dezinformasiya ilə bağlı məhkəmə iddiası qaldırır

14:48
02 Aprel

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında 1300-ə yaxın şagird iştirak edəcək

14:41
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!