01 Sentyabr 2024 10:32
55
SİYASƏT
A- A+

MDB PA-nın beynəlxalq müşahidəçilər qrupu koordinatorunun iştirakı ilə mətbuata açıqlama verilib

 

Sentyabrın 1-də saat 08:00-da Bakı şəhərindəki 1 saylı seçki məntəqəsinin açılması zamanı Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) beynəlxalq müşahidəçilər qrupunun koordinatorunun iştirakı ilə mətbuata açıqlama verilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Səsvermə prosesi Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədə digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. Məntəqə lazımi əyani vəsaitlərlə təmin olunub, burada səs verən seçicilərin siyahısı tərtib edilib. 18 yaşına çatmış və səsvermə hüququna malik vətəndaşlarımız Azərbaycan Respublikasının etibarlı pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edirlər.

Seçicilərin öz iradələrini azad və müstəqil ifadə etmələri üçün lazımi şərait yaradılıb.

MDB PA-nın monitorinq qrupunun koordinatoru, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin və MDB PA Şurasının baş katibi Dmitri Kobitski Abbasqulu Ağa Bakıxanov prospekti 3 ünvanındakı Paşa Nəzərov adına orta məktəbdə yerləşən 17 saylı seçki dairəsinin 1 saylı seçki məntəqəsində müşahidəyə başlayıblar.

Məntəqənin açılmasından sonra onların iştirakı ilə mətbuata yanaşma təşkil olunub.

Bu gün Bakıdakı 1 saylı seçki məntəqəsindən bir seçicinin 18 yaşı tamam olur və bununla əlaqədar MSK onun üçün xatirə hədiyyəsi hazırlayıb.

Səsvermə yerli vaxtla saat 8:00-da başlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video