19 Sentyabr 2025 18:47
646
İQTİSADİYYAT
A- A+
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib  

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib  

Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti kollegiya iclasında 2026-cı il dövlət və icmal büdcə layihələri və sonrakı üç il üzrə icmal büdcə göstəriciləri, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi və Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr, eləcə də cari məsələlər müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə nazirlikdən verilən məlumatda bildirilir.

Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, kollegiyanın sədri Sahil Babayev qeyd edib ki, nazirliyin növbəti kollegiya iclası əlamətdar tarixdə – Dövlət Suverenliyi Günü ərəfəsində keçirilir. Nazir bu günün tarixi əhəmiyyətindən danışaraq deyib ki, Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörən strategiyası və qətiyyətli mübarizəsi sayəsində Azərbaycan dövlətçiliyi möhkəmlənib, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub.

Kollegiyanın sədri qeyd edib ki, 2026-cı il dövlət və icmal büdcə göstəriciləri dövlətin funksiyalarının səmərəli həyata keçirilməsini təmin etməklə, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji prioritet və inkişaf istiqamətlərinə uyğun olaraq həyata keçiriləcək tədbir və layihələr üçün maliyyə təminatı yaradacaq.

2026-cı il üzrə əsas xərc istiqamətlərindən bəhs edən nazir ölkənin müdafiə qabiliyyətinin, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, sahibkarlığın dəstəklənməsi, ərzaq təhlükəsizliyi, investisiya layihələrinin həyata keçirilməsi, publik hüquqi şəxslərin dövlət sifarişi ilə gördüyü iş və göstərdiyi xidmətlər, dövlət borcuna xidmətlə bağlı xərclər, həmçinin dövlətin funksiya və vəzifələrinə aid olan digər zəruri xərclərin təmin olunacağını vurğulayıb.

Kollegiya iclasında 2026-cı il üzrə dövlət və icmal büdcələrin proqnozlaşdırılan parametrləri barədə də məlumat verilib. Qeyd olunub ki, icmal büdcənin gəlirləri 44,8 milyard manat, xərcləri 48,7 milyard manat proqnozlaşdırılır. Gələn il üçün dövlət büdcəsinin isə gəlirləri 38,4 milyard manat, xərcləri 41,5 milyard manat səviyyəsində proqnozlaşdırılır. Gəlirlərin 57,4 faizi qeyri-neft sektorunun payına düşür və bu da əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir. 2026-cı ildə dövlət büdcəsinin cari xərcləri ümumi xərclərin 59,6 faizini, əsaslı xərclər 34,5 faizini, dövlət borcuna xidmətlə bağlı xərclər isə 5,9 faizini təşkil edəcək. Büdcə kəsiri ÜDM-in 2,3 faizi həcmində müəyyən edilib ki, bu da əsasən daxili və xarici borclanma, özəlləşdirmədən daxilolmalar, həmçinin xəzinə qalığı hesabına maliyyələşdiriləcəkdir. Büdcə qaydası çərçivəsində qeyri-neft baza kəsirinin tədricən azaldılması və fiskal dayanıqlılığın gücləndirilməsi qarşıya məqsəd kimi qoyulub.

Nazir büdcə sənədlərinin məzmununun və dərc edilmə müddətinin beynəlxalq standartlara uyğunlaşdırılması, hesabatlılığı təmin edən elektron məlumat bazasının formalaşdırılması və inteqrasiyası, büdcə vəsaitlərinin uçotunun təkmilləşdirilməsi, büdcə prosesinin müxtəlif mərhələlərinin avtomatlaşdırılması ilə bağlı başlanmış işlərin qısa müddətdə başa çatdırılması ilə bağlı müvafiq struktur bölmələrə tapşırıqlar verib. O, bu tapşırıqların icrasının büdcə prosesinin müasir standartlar əsasında təkmilləşdirilməsinə, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının iştirak imkanlarının genişləndirilməsinə, həmçinin dövlət maliyyəsinin idarə edilməsində səmərəlilik, operativlik və ədalətlilik prinsiplərinin qorunmasına xidmət edəcəyini vurğulayıb.

İclasda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr üzrə məruzə dinlənilib. Qeyd olunub ki, 2022-2025-ci illər üzrə yenilənmiş Borc Strategiyasına əsasən, ümumi dövlət borcunun ÜDM-ə nisbəti 30 faizdən aşağı saxlanıb, xarici borc tədricən azaldılıb və faiz dərəcəsi riski məqbul səviyyədə qorunub. 1 iyul 2025-ci il tarixinə dövlət borcu 25,7 milyard manat təşkil edib ki, bunun 33,2 faizi xarici, 66,8 faizi daxili borcdur.

Məlumat verilib ki, funksional fəaliyyətinə uyğun olaraq agentlik tərəfindən dövlət borcalması həyata keçirilir, borc üzrə uçot və hesabatlılıq təmin edilir, təhlillər aparılır. Eyni zamanda, ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsi üçün beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq və digər aidiyyəti dövlət orqanları ilə koordinasiyalı şəkildə işlər aparılır.

Kollegiyanın sədri dövlət borcunun idarə olunması sahəsində beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsi, “Azərbaycan Respublikasında 2026-2030-cu illər üzrə dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədinin layihəsinin hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verib.

İclasda Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirlərindən də bəhs olunub. Qeyd olunub ki, cari ilin ilk 8 ayı ərzində Azərbaycan Respublikası Baş Prokurorluğunun və hüquq-mühafizə orqanlarının qərarlarına, xidmətin iş planına və plandankənar yoxlamalara əsasən ümumilikdə 85 nəzarət obyektində aparılan nəzarət tədbirləri ilə 166,9 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. Həmin vəsaitin dövlət büdcəsinə bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi üçün yoxlama materialları hüquq-mühafizə orqanlarına göndərilib.

Müzakirələrdə dövlət vəsaitlərinin təyinatı üzrə səmərəli istifadəsinə nəzarətin gücləndirilməsi, nəzarət tədbirlərinin keyfiyyətinin və şəffaflığının artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyi, nəzarət tədbirlərinin növlərindən biri kimi təhlil və monitorinqlərin əhatə dairəsinin genişləndiriləcəyi vurğulanıb.

Sahil Babayev nazirlik sistemində tətbiq olunan informasiya sistemlərindən əldə olunan məlumatlar əsasında risk əsaslı yanaşma və təhlil metodlarının tətbiqi ilə nəzarət tədbirlərinin aparılmasının vacibliyini bildirib. Nazir, həmçinin yoxlama tədbirlərinin keyfiyyətinin və şəffaflığının artırılması, dövlət büdcəsinə dəymiş ziyanın bərpasının izlənməsi mexanizminin yaradılması, həmçinin xidmətin kadr potensialının gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə müəyyən edilmiş tapşırıqların icrası ilə bağlı görülən işlərdən danışan nazir qeyd edib ki, Fərman dövlət maliyyəsinin idarə edilməsində innovativ yanaşmaların tətbiqini, rəqəmsallaşmanın genişləndirilməsini, maliyyə intizamının möhkəmləndirilməsini və dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edəcək.

Maliyyə naziri kollegiya iclasında qəbul olunmuş qərarların tam, vaxtında və keyfiyyətlə icra olunmasına dair müvafiq tapşırıqlar verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:09
28 Yanvar

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

01:08
28 Yanvar

Zelenski: Xarkovda sərnişin qatarına edilən dron hücumu nəticəsində 4 nəfər həlak olub  

00:28
28 Yanvar

Marko Yankoviç: Meydanda müsbət nəticə əldə etməyə çalışacağıq  

23:52
27 Yanvar

Qurban Qurbanov: “Liverpul”a qarşı həddindən artıq diqqətli olmalıyıq  

23:51
27 Yanvar

Gürcüstan Prezidenti son 10 gündə ikinci dəfə əfv fərmanı imzalayıb  

23:36
27 Yanvar

Qurban Qurbanov: Futbolçularıma inanıram

23:23
27 Yanvar

Lavrov Rusiyada akkreditə olunmuş MDB ölkələrinin səfirləri ilə görüşüb  

21:53
27 Yanvar

Zelenski ərazi məsələləri və Zaporojye AES-lə bağlı Putinlə görüşə hazırdı  

21:34
27 Yanvar

Rusiya ordusu dronlarla Xarkovda sərnişin qatarına hücum edib, xəsarət alanlar var  

20:26
27 Yanvar

Kanadalı politoloq: Azərbaycan daha geniş iqtisadi və siyasi müzakirələrin ciddi iştirakçısı kimi nəzərdən keçirilir 

20:13
27 Yanvar

Stiven Bay: Həm turistlər, həm də işgüzar şəxslər yüksəkkeyfiyyətli interneti əsas xidmət kimi qəbul edirlər 

19:39
27 Yanvar

Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib

19:26
27 Yanvar

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb  

19:11
27 Yanvar

Azərbaycan və Türkiyə dəmir yolu sektorunda əməkdaşlığı inkişaf etdirəcək

19:03
27 Yanvar

Türkiyə Prezidenti: Suriyadakı proseslər terror təhlükəsinin tam aradan qaldırılacağına inamı gücləndirir  

18:55
27 Yanvar

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:39
27 Yanvar

Qırmızı Qəsəbədə Holokost qurbanlarının xatirəsi anılıb

18:28
27 Yanvar

ABŞ–Azərbaycan münasibətlərində ümidverici siqnallar müşahidə olunur

18:19
27 Yanvar

Odessaya hava hücumu zamanı ölənlərin sayı 3 nəfərə çatıb  

18:14
27 Yanvar

Londonda Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun iclası keçirilib

18:11
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!