01 Sentyabr 2024 11:24
63
SİYASƏT
A- A+

Maksim Leskov: Səsvermə üçün zəruri olan bütün şərait yaradılıb, seçicilərin yüksək fəallığı müşahidə olunur

 

Biz beynəlxalq müşahidəçi qismində növbədənkənar parlament seçkilərində iştirak etməkdən çox məmnunuq. Tarixdə ilk dəfə Azərbaycanın bütün suveren ərazisində parlament seçkiləri keçirilir.

Bu sözləri Müstəqil Dövlətlər Birliyindən olan monitorinq missiyasının nümayəndəsi Maksim Leskov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

“İnsanların sevinclə, bayram əhval-ruhiyyəsi ilə səsvermədə iştirak etdiklərini görməkdən çox məmnunuq. Başa düşürük ki, bir müddət əvvəl elə bu ərazidə müharibə gedirdi və indi belə demokratik prosedurda iştirak edən insanları görmək çox vacibdir. Biz İslam dünyasının mədəniyyət paytaxtı olan ən gözəl Şuşa şəhərinə gəldik. Bu gün səhər saatlarında seçki məntəqəsinin açılmasını izlədik, demək istəyirəm ki, çoxları artıq səsvermə hüququndan istifadə edib”, -deyə M.Leskov qeyd edib.

Səsvermə üçün bütün lazımi şəraitin yaradıldığını və yüksək seçici fəallığının olduğunu vurğulayan monitorinq missiyasının nümayəndəsi ümidvar olduğunu bildirib ki, onların missiyası seçkilərdə qanunun aliliyinin qorunması baxımından böyük əhəmiyyət kəsb etməklə yanaşı, həm də dostluğun möhkəmləndirilməsi kontekstində mühümdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video