06 Iyun 2022 14:03
592
İDMAN
A- A+

Maks Ferstappen Bakıda Sebastian Fettelin rekordunu qıra bilər

Formula 1 çempionatının Azərbaycan Qran-Prisində “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen podiumların sayına görə özünün sələfi Sebastian Fettelin rekordunu qıra bilər.

AZƏRTAC xəbər verir ki, Fettel Monakoda qalib gəlmədi, lakin öz karyerasında 65-ci dəfə fəxri kürsüyə qalxaraq, nə vaxtsa “Red Bull Racing” komandasında çıxış edən, hazırda “Aston Martin”in pilotu ilə bu göstərici üzrə bərabərləşdi. Bakıda isə Maks artıq Sebastianın nailiyyətlərini üstələyə bilər.

Bununla belə, Ferstappenin Fettel qarşısında üstünlüyü tam olmayacaq, çünki Fettel özünün 65 podiumuna 113 yürüşdə nail olub, hazırkı dünya çempionuna bunun üçün 125 yürüş tələb olunur. Yeri gəlmişkən, “Red Bull Racing”in sabiq pilotu Mark Uebber də bu reytinqdə üçüncüdür. O, 110 yürüşdə 41 dəfə fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, Formula 1 çempionatının Azərbaycan Qran-Prisi 10-12 iyun tarixlərində Bakıda keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video