01 Sentyabr 2024 08:25
70
SİYASƏT
A- A+

Makronun ətrafında qalmaqallar bitmir

 

Fransa üç böhranla üz-üzədir

 

Fransada yeni hökumətin qurulmasının uzanması ölkədə maliyyə və sosial böhran riskləri yaradır. Bunu ölkənin keçmiş prezidenti Nikola Sarkozi "Figaro"ya müsahibəsində deyib. Onun sözlərinə görə, Fransa 45 gündür hökumətsiz qaldığından hakimiyyət vəziyyətin ciddiliyini dərk etməlidir. 
Sarkozi hesab edir ki, ölkə hazırda eyni vaxtda baş verə biləcək üç böhranla üz-üzədir. Məsələn, Fransada maliyyə böhranı yarana bilər.
Eks-prezident bildirib ki, "Fransanın borcunu, kəsirini və həddindən artıq xərclərini nəzərə alsaq, fikrimcə, büdcəsiz, hökumətsiz və ya maliyyə naziri olmadan qalmaq müdriklik deyil... Yaranmış vəziyyətdə həmçinin sosial böhran gözlənilir və bu da fransız ənənəsidir".
Sarkozi parlamentin buraxılmasının Parisi siyasi böhrana sürüklədiyini deyib: "Bütün bunlar belə qənaətə gəlməyə imkan verir ki, ölkə həqiqətən uçurumun kənarındadır".
Yada salaq ki, iyulun sonunda Fransanın solçu "Yeni Xalq Cəbhəsi" blokunun parlament seçkilərində qalib gələrək baş nazir postuna vahid namizəd - Lüsi Kaste ilə bağlı razılığa gəldiyi barədə məlumat yayılmışdı. Bununla belə, Fransanın bəzi mətbu orqanları dövlət başçısı Emmanuel Makronun  "10 dəqiqə ərzində onun namizədliyini rədd etdiyini" yazıb. 
Bu arada, BFMTV-nin sifarişi ilə keçirilmiş sorğunun nəticələrinə görə, fransızların təxminən yarısı "Yenilməyən Fransa" (LFİ) partiyasının Milli Assambleyada Prezident Emmanuel Makronun istefası ilə bağlı təklifinin tərəfdarı olduqlarını bildirib.
Respondentlərin 49 faizi təklifin tərəfdarı, 50 faizi isə əleyhinə olduğunu bildirib. Yeni Xalq Cəbhəsinə (NFP) səs verən fransalıların 64 faizi, Milli Birlik (RN) və onun müttəfiqlərinin seçicilərinin yarısı bu impiçment prosedurunun lehinə olduqlarını deyiblər. Sağçı və solçuların 74 faizi isə hesab edir ki, sözügedən təklif Prezidentin istefasına səbəb olmayacaq.
Parlament seçkilərindən yeddi həftədən çox vaxt keçməsinə baxmayaraq, yeni hökumətin formalaşmamasına gəlincə, respondentlərin 63 faizi hesab edir ki, bunun üçün ilk növbədə Makron və onun komandası məsuliyyət daşıyır. Respondentlərin 27 faizi isə Yeni Xalq Cəbhəsinin (NFP) məsuliyyət daşıdığını bildirib.
Növbəti hökumət başçısına gəlincə, fransızların 41 faizi istefa verən baş nazir Qabriel Attalın yenidən təyin olunmasını istəyir. İkinci yerdə Milli Birlik (RN) partiyasının sədri Jordan Bardella (38 faiz), 3-cü yerdə isə keçmiş baş nazir Bernard Kaznöv (28 faiz) gəlir.
Xatırladaq ki, avqustun 26-da Prezident Emmanuel Makron partiya liderləri və parlamentdəki fraksiyaların rəhbərləri ilə məsləhətləşmələrdən sonra NFP tərəfindən dəstəklənən hökumətin qurulmasını istisna edib. Makronu vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirən "Yenilməyən Fransa" partiyası onu istefaya məcbur etmək üçün Konstitusiyanın 68-ci maddəsi ilə (vəzifə səlahiyyətlərini icra edə bilməmək) hədələyir.
Qeyd edək ki, həmin maddə səlahiyyətlərin icrası ilə açıq şəkildə bir araya sığmayan pozuntular baş verdikdə, prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini nəzərdə tutur. 

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video