15 İyul 2022 01:23
1225
İQTİSADİYYAT
A- A+
Lənkəran elə həmin Lənkərandır

Lənkəran elə həmin Lənkərandır

 

Amma daha abad, daha müasir və daha firavan

 

Lənkəran qədim zamanlardan Azərbaycanın seçilən bölgələrindən biri kimi tanınmışdır. Xanlıqlar, hətta ondan əvvəlki və ondan sonrakı dövrlər, habelə sovet dövründə Azərbaycanın ümumi inkişafında Lənkəranın öz yeri, öz payı olmuşdur.

Lənkəranın torpağı səxavətli, insanları əməksevərdir. Bir tərəfi silsilə dağlar, digər tərəfi mavigözlü Xəzər dənizi ilə əhatə olunan Lənkəran öz qoynunda nələr yetirmir? Məxməri çayı, çeşidli sitrus meyvələri, müxtəlif adda təamları, o cümlədən məşhur ləvəngisi süfrələrin bəzəyi, ağızların ləzzətidir. Hələ sovetlər zamanı respublikamıza gələn adlı-sanlı qonaqlar buraya olan səfərlərindən çox məmnun qalırdılar. Əsrarəngiz gözəlliklər diyarı haqqında onların dedikləri xoş sözlər rayonun tarix və diyarşünaslıq muzeyinin xatirə kitabında bu gün də yaşayır.

Keçən əsrin 90-cı illərində Lənkəran da çətinliklər, məhrumiyyətlərlə üzləşdi. Onilliklər boyu tikilib-qurulanlar dağıdıldı, çay plantasiyaları, sitrus meyvə bağları otlaq yerlərinə çevrildi. Amma Ulu Öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində qara buludlar ölkəmizin səmasından çəkilib getdi. Bütün işlər çətinliklə olsa da, öz yoluna düşdü.

 2004-cü il fevral ayının 11-də Prezident İlham Əliyev tərəfindən imzalanan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı illərdən bəri yığılıb qalmış məsələlərin həllində dönüş nöqtəsi oldu. Bir çox mühüm sahələrlə yanaşı, rayonlarda, qəsəbə və kəndlərdə quruculuq işləri başladı. Bu sırada Lənkəran da sürətlə inkişaf etdi. Beynəlxalq hava limanı, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, məktəblər, xəstəxanalar tikildi, əvvəlkilər əsaslı təmir edildi. Lənkəran şəhərinin bərbad hala düşmüş küçələri asfaltlaşdırıldı, əhalinin elektrik enerjisinə və təbii qaza olan tələbatı ödənildi. Yeni iş yerləri açılması üçün mərkəzi və yerli icra orqanları qarşısında vəzifələr qoyuldu.

Atalar yaxşı deyib ki, uğurlu başlanğıc işin yarısı deməkdir. Birinci dövlət proqramı çərçivəsində başlanan işlər ikinci və üçüncü proqramlarla daha geniş şəkildə davam etdirildi. İqtisadiyyatın, sosial həyatın elə bir sahəsi olmadı ki, orada əsaslı dönüş yaranmasın. Bunlar isə insanların həyat tərzində, yaşayış səviyyəsində öz əksini tapdı.

Paralel olaraq çay, çəltik, sitrus meyvələri istehsalını artırmaq üçün dövlət başçısı tərəfindən göstərişlər verildi, sərəncamlar imzalandı. Bunların sayəsində çayçılıq dirçəldi, şirkətlər çayçılığa vəsait qoymağa başladı. Rusiyadan doğma kəndinə qayıdan sahibkar Araz Yaqubov bu sahədə uğurlu nəticələr qazandı. Yetişdirdiyi çayın şöhrəti xarici ölkələrdən gəldi. Sahibkar yaşıl çay yarpağını emal etmək üçün kiçik fabrik də tikdi. İstisu qəsəbəsində yaşayan qız-gəlinlər istər plantasiyalarda, istərsə də həmin fabrikdə işləyib qazanc əldə etdilər.

Sovet dövründə tərəvəz istehsalını artırmaq, Moskvanı və Rusiyanın digər şəhərlərini tərəvəz məhsulları ilə təmin etmək üçün Kreml Azərbaycanda, o cümlədən Lənkəranda çəltiyin əkilib-becərilməsinə icazə vermirdi. Müstəqilliyimiz bərpa olunduqdan sonra isə lənkəranlılar yenidən çəltik becərməyə başladılar. Nəticəsi yaxşı oldu. Yetişdirdikləri məhsul keyfiyyətli olduğundan fermerlər onu sərfəli qiymətə satır, yaxşı gəlir götürürlər. Burada yetişdirilən "Sədri", "Ənbərbu", "Haşimi", "Akulə", "Həsəni" və digər düyülər öz ətri, tamı ilə seçilir. İndi rayonda bir neçə çəltik emalı müəssisəsi də fəaliyyət göstərir.

Sitrusçuluğun inkişafı sahəsində də Lənkəranda bir çox işlər görülmüşdür. Ayrı-ayrı fermerlər, sahibkarlar sitrus meyvələrinin istehsalını artırmaq üçün xarici ölkələrdən müxtəlif tinglər gətirib yeni bağlar salmışlar.

Artıq 2022-ci ilin yarıdan çoxu arxada qalmışdır. Bu dövr ərzində "Laran" MMC-nin Qənnadı məhsulları fabrikinin tikintisi başa çatmış, "Həyat" çörək zavodu, Gilan Lənkəran Konserv Zavodunda aylıq istehsal gücü 1500 ton olan tomatdoldurma xətti istifadəyə verilmişdir. Hazırda "LP" MMC tərəfindən plastik məmulatlar istehsalı müəssisəsində tikinti işləri davam edir.  Eyni zamanda kənd təsərrüfatı məhsulları istehsalının artımına xidmət edən infrastruktur layihələri - yeni yolların, elektrik xətlərinin çəkilişi, müasir suvarma şəbəkələrinin qurulması işləri həyata keçirilir. Çəltikçiliyin inkişafı məqsədilə Lənkəran Regional Təlim Mərkəzində İrandan gətirilmiş yüksək məhsuldarlıqlı 13 çəltik növü üzərində tədqiqat işləri aparılmış,

2 növ məhsuldar çəltik sortu dövlət sort sınağına təqdim edilmişdir.

Hazırda rayonda çəltik əkini başa çatmaq üzrədir.

2022-ci ilin 6 ayı ərzində Lənkəran şəhərinin və şəhərətrafı küçələrin müasir səviyyədə işıqlandırılması üçün ümumilikdə 70 kilometr məsafədə 2,3 mindən çox  yeni elektrik dirəkləri basdırılmış, elektrik xətləri çəkilmişdir. Bu müddət ərzində 9 çoxmərtəbəli yaşayış binasının dam örtüyü, fasad hissəsi təmir olunaraq yenilənmişdir. Lənkəran şəhərində məcburi köçkünlər üçün tikilmiş 5 mərtəbəli 45 mənzilli yaşayış binası şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə verilmişdir. Qəzalı vəziyyətdə olan 5 çoxmərtəbəli yaşayış binasının 4-də bərpa-gücləndirmə  və əsaslı təmir işləri aparılmış, qəzalı vəziyyətə düşdüyü üçün çoxmərtəbəli bina sökülərək yenisi inşa olunmuşdur.

Rayonda məktəb tikintisi də davam edir. Şıxakəran kəndində 432 şagirdlik məktəb binası tikilmiş, Heydər Əliyev Fondunun vəsaiti ilə inteqrasiya təlimli internat tipli məktəbin binası əsaslı təmir edilmişdir.

Lənkəranda turizm də ildən-ilə inkişaf edir. Cari ilin 6 ayı ərzində Haftoni qəsəbəsində "Dad" restoranı nəzdində yeni 20 kottec, Daşdatük kəndində üçmərtəbəli "Green Forest" istirahət mərkəzi tikilib istifadəyə verilmişdir. İstisu qəsəbəsində yerləşən "Sitrus vadisi" fermer təsərrüfatında "Şəhərdən kəndə" layihəsi çərçivəsində yenidənqurma işləri aparılmışdır. Bunlarla yanaşı, rayonun bir neçə kəndində çay plantasiyalarına və sitrus bağlarına səyahət etmək üçün şərait yaradılmışdır.

 

Seyran CAVADOV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!