29 May 2023 10:45
409
CƏMİYYƏT
A- A+

Laçınlılar doğma yurda çox böyük sevinc və fərəh hissi ilə qədəm qoyublar

 

Mayın 28-də 30 illik Laçın həsrətinə son qoyuldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başladı. Birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürüldü. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salındı. Onlar doğma yurda çox böyük sevinc və fərəh hissi ilə qədəm qoydular.

Təxminən 30 ildən sonra ata-baba ocağına qayıdışın sevincini yaşayan laçınlılar təəssüratlarını AZƏRTAC-la bölüşüblər.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə Ordumuzun qazandığı tarixi qələbədən sonra doğma yurdlarına qədəm qoyduqlarını bildirən Qaraca Hüseynov deyir ki, sevincinin həddi-hüdudu yoxdur: “Laçın torpağındayıq. Köhnə Laçın körpüsünün üzərindəyik, Həkəri çayını gördüm, uşaqlığım yadıma düşdü, mənim uşaqlığım bu çayın yanında keçib. Laçında bu abadlığı, bu gözəlliyi yenidən bizə bəxş etdiyinə görə Prezidentimizə minnətdarlığımı bildirirəm. 50 yaşımda çıxdığım torpağıma 83 yaşımda geri qayıtdım, çox gözəl, sözlə ifadə etməkdə çətinlik çəkdiyim hisslərdi”.

Növbəti həmsöhbətimiz Ülkər İsayeva da doğma yurda qayıdışını böyük həyəcanla bölüşdü: “Bizə bu sevinc hissini yaşadan Ali Baş Komandanımıza təşəkkür edirik. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Köhnə evimizi daha müasir daha gözəl formada gördüm, çox sevincliyəm. Köhnə həyətimizdən ərik ağacımız hələ də qalıb, bu anı yaşamağın sözlə ifadəsini tapmaq çox çətindir. Belə sevinc hissini bütün yerdə qalan Laçın sakinlərinə, bütün məcburi köçkünlərimizə də arzu edirəm”.

Burda hamının deməyə sözü var. Doğma yerlərin ab-havası sanki onları ovsunlayıb. Laçınlılar sevinclərini bölüşmək, bu günün xoşbəxtliyini hamıya çatdırmaq istəyirlər.

“Bu gün ən xoş günümüzdü, hisslərimizi sözlə ifadə etmək çətindir. Keçmiş məcburi köçkünüm torpağına qayıtmaqdan başqa nə arzusu ola bilər ki. Allah da bu günü bizə qismət elədi”,- deyir Rəşad Mirzəyev.

Onun üçün 31 ildən sonra öz dədə baba yurduna qayıtmaqdan qiymətli heç nəyin olmadığını söyləyir Ruqiyyə Xəlilova: “Çox sevinc, çox qürur hissi keçirirəm. Hər kəsə öz evi, öz yurdu əziz olduğu kimə bizə də Laçınımız əzizdir. Allah bütün Azərbaycanı qorusun”.

Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinə köçən sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video