30 May 2023 13:13
392
DÜNYA
A- A+

Kosmosdan da elektrik alınacaq

 

ABŞ, Çin, Yaponiya və Rusiya mütəxəssisləri elektrik enerjisinin kosmosdan Yerdəki istehlakçılara ötürülməsi üzrə müxtəlif layihələr üzərində çalışırlar. Yaxın müddətdə isə onlara Avropa İttifaqı da qoşulacaq.

Yaponiya uzun məsafəyə elektrik enerjisinin ötürülməsi texnologiyalarının nə dərəcədə effektiv çalışdığını müəyyənləşdirmək üçün 2025-ci ildə müvafiq testlər aparacaq. Test çərçivəsində mütəxəssislər elektrik enerjisini kosmosdakı peyklərdən Yer kürəsindəki qəbuledici stansiyalara ötürməyə çalışacaqlar.

Əvvəllər bu sahədə tədqiqatlar Yaponiyanın Kioto Universitetinin keçmiş prezidenti Hiroşi Matsumotonun rəhbərliyi ilə aparılırdı. H.Matsumoto 1980-ci illərdə dünyada ilk dəfə enerjini mikrodalğalar vasitəsilə fəzaya ötürmüşdü. 2009-cu ildə isə Kioto Universitetinin alimləri 30 metr hündürlükdə yerləşmiş hava gəmisindən enerjini mikrodalğalar vasitəsilə mobil telefona ötürə  bilmişdilər.

 

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video