20 Mart 2022 00:59
1135
DÜNYA
A- A+
Korsika adası müstəqillik tələb edir

Korsika adası müstəqillik tələb edir

 

Fransada etiraz aksiyaları və iğtişaşlar səngimir

 

Fransanın Korsika adasında bir həftədən artıqdır ki, etiraz aksiyaları və iğtişaşlar davam edir. Korsikanın müstəqillik tərəfdarları Kortda, Ajaççoda və Bastiyada zorakılığın baş verməsinə səbəb olan çoxsaylı nümayişlər təşkil ediblər. Səbəb adanın müstəqillik tələb etməsidir. Adaya yollanan Fransanın daxili işlər naziri Jerald Darmanen məsələni müzakirə etməyə hazır olduqlarını deyib. Fransa Prezidenti Emmanuel Makron isə seçkiqabağı proqramını təqdim edərkən bildirib ki, Korsikanın statusu Konstitusiyada əks olunacaq.

 

Millətçilərin mübarizəsi nəticə verəcəkmi?

 

Korsikada iğtişaşlar Arl şəhərinin həbsxanasında 61 yaşlı millətçi İvan Kolonna vəhşicəsinə döyüldükdən sonra başlayıb. O, Fransanın adadakı nümayəndəsi, prefekt Klod Erinyakın qətlinə görə ömürlük həbs cəzası alıb. 1998-ci il fevralın 6-da o, Korsika milli azadlıq cəbhəsinin (FLNC) digər üzvlərinin köməyi ilə Ajaççodakı Kolonna-d'Ornano küçəsində dövlət məmurunu güllələyib. Terrorçu hadisə yerindən qaçaraq bir neçə il gizlənib, lakin 2003-cü ildə tutulub və ömürlük həbsxanaya göndərilib.

Həbsxanada olarkən İvan Kolonna evlənib və uşağı dünyaya gəlib. Millətçi dəfələrlə azadlığa buraxılmaq və ya Korsikaya köçürülmək barədə ərizə verib. Lakin martın 2-də terrorçu başqa bir məhbus - 36 yaşlı Fransa vətəndaşı və Kamerun əsilli Frank Elonq Abenin hücumuna məruz qalıb. Qəribədir ki, Məhəmməd peyğəmbəri təhqir edən millətçi-terrorçu İvan Kolonnanın müsəlman məhbus tərəfindən döyülməsi faktı da sonradan terror aktı kimi tanınıb.

Ağır vəziyyətdə olan İvan Kolonna Arldakı hospitala gətirilib, sonra Marseldəki xəstəxanaya aparılıb və o zamandan bəri həyatla ölüm arasındadır.

Fransa həbsxanasında baş vermiş hadisə barədə xəbər korsikalıların hiddətinə səbəb olub. Kortda, Ajaççoda, Bastiyada və Kalvidə iğtişaşlar başlanıb və bir çox hallarda polislə sərt toqquşmalara çevrilib. Etirazçılar Bastiyada prefekturanı ələ keçirməyə cəhd göstəriblər, nəticədə 44 polis və 23 nümayişçi yaralanıb.

2017-ci ildən etibarən Fransa təsirinin maksimum məhdudlaşdırılmasının tərəfdarı olan millətçilərin nəzarətinə keçən adanın sakinlərini fransız həbsxanalarında saxlanılan İvan Kolonna və onun iki silahdaşı- Pyer Alessandri və Alen Ferrandinin taleyi ciddi narahat edir. Milli Assambleyada bir qrup korsikalı deputat dəfələrlə bu üç məhkumun vətənə köçürülməsini xahiş edib, lakin onlara Borqoda yerli həbsxananın belə təhlükəli cinayətkarların saxlanması üçün uyğunlaşdırılmaması bəhanəsi ilə imtina olunub.

Hücumdan və baş verən etirazlardan sonra Fransanın Baş naziri Jan Kasteks terrorçuların üzərindən Korsikaya köçürülmələrinə mane olan “xüsusi mühafizə” statusunu ləğv etməyə məcbur olub.

İvan Kolonna sağlamlıq vəziyyətinə görə şərti azadetmə hüququnu alıb. Ancaq bu barədə hələ yalnız millətçinin yaxınları bilir, özü isə koma vəziyyətindədir.

Daxili işlər naziri Jerald Darmanen etiraf edib ki, dövlət onun müdafiəsi altında olan insanlara, o cümlədən həbs yerlərində cəza çəkənlərə görə məsuliyyət daşıyır. Adanın gənclərinin iştirak etdiyi şiddətli etirazlarla qarşılaşan nazir təcili olaraq bütün seçilmiş vəzifəli şəxslər və fəal qüvvələrlə müzakirələr aparmaq üçün Korsikaya uçub. Bir gün əvvəl o, ciddi şəkildə Korsikanın muxtariyyət ala biləcəyini söyləyib.

Fransada bir sıra “dəniz əraziləri” bu cür hüquqlara malikdir. Məsələn, Yeni Kaledoniya 1998-ci ildən Fransa dövləti çərçivəsində xüsusi ərazi  statusuna malikdir. Metropoliya isə özündə, həyati əhəmiyyətli sahələrdə olsa da, minimum səlahiyyət saxlayıb: müdafiə, daxili təhlükəsizlik, ədliyyə və pul tədavülü.

 

Emmanuel Makron fikrini dəyişib

 

Danışıqların tərəfdaşları korsikalı siyasətçilər - ada üçün tam müstəqillik istəyən Jan-Gi Talamoni və Korsikanın muxtariyyətinin tərəfdarı olan Jil Simeonidir. Onların tələbləri arasında fransız dili ilə yanaşı, adada korsikan dilini ikinci dövlət dili etmək, ev və torpaq mülkiyyətində imtiyazı olan ada sakinlərinin statusunu müəyyənləşdirmək və işə  qəbul zamanı onlara üstünlük vermək məsələləri var.

2014-cü ildə korsikalı millətçilər silahlı mübarizədən imtina etdikdən sonra onlar yalnız radikalları deyil, həm də mötədilləri  öz tərəfinə çəkdilər. Ancaq indi Korsika milli azadlıq cəbhəsi (FLNC) hərbi taktikaya qayıtmaq ehtimalı barədə danışır.

Hökumətin ən yaxın vəzifəsi aydındır. Onlar danışıqlara başlamalıdırlar, amma prezident seçkisinədək danışıqları bitirməməlidirlər. Beləliklə, ada sakinləri onların gələcəyinin hazırkı prezidentin əlində olduğunu hiss edəcəklər. Hazırkı dövlət başçısı Emmanuel Makron əvvəllər Korsikanın muxtariyyətinə qarşı qəti fikir bildirsə də, indi fikrini dəyişib - həm son hadisələrin təsiri altında, həm də yeni seçilmə planlarının xeyrinə...

Bu günlərdə özünün seçkiqabağı proqramını təqdim edərkən Fransa lideri deyib: “Korsikanın statusu Fransa Konstitusiyasında əks olunacaq”. Makron həm də əmin edib ki, islahatlarda adanın respublikada vəziyyətinin spesifikliyi öz əksini tapacaq.

 

Rizvan HİLALOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!