02 Fevral 2026 13:51
208
İQTİSADİYYAT
A- A+
Körfəzdəki gərginlik və bazarın reaksiyası: OPEC hasilatı olduğu kimi saxladı  

Körfəzdəki gərginlik və bazarın reaksiyası: OPEC hasilatı olduğu kimi saxladı  


Yanvar ayının əvvəlindən başlayaraq dünya bazarında neftin qiymətində artım müşahidə edilib. Ay ərzində “Brent” markalı neftin bir barelinin qiyməti 14, WTI markalı neftin qiyməti isə 12 faiz artıb.

AZƏRTAC xəbər verir ki, ABŞ ilə İran arasında münasibətlərin gərginləşməsi fonunda bazarda qeyri-müəyyənlik davam edir. Londonun “ICE Futures” birjasında aprel sifarişləri üçün bir barel “Brent” markalı neftin qiyməti 69,59, WTI isə 65,14 dollara kimi artıb. Bu gün isə “Brent” 65,23, WTI isə 61,16 dollaradək azalıb.

OPEC-in Vyanada keçirilən növbəti iclasında qərara alınıb ki, OPEC+ ölkələri hasilatı əvvəlki kimi saxlasınlar. Yalnız Qazaxıstan Trans-Xəzər Boru Kəmərinin Rusiya-Ukrayna müharibəsi səbəbindən nəqli müvəqqəti dayandığından və elektrik enerjisi kəsintisinə görə "Tenqiz" yatağından 10 gün müddətində hasilatın dayanmasına görə hasilatı qismən artıra bilər. Digər OPEC+ ölkələri üçün sutkada 1,65 milyon barel hasilat qüvvədə qalır.

OPEC-in fevralın 1-də keçirdiyi iclas dünya bazarında neftin qiymətinə heç bir təsir göstərmədi. “Bloomberg”in məlumatına görə, iclasın məqsədi də elə ondan ibarət idi ki, bazardakı qiymətlər toxunulmaz olaraq qalsın. OPEC-in növbəti iclası martın 1-də keçiriləcək.

“JP Morgan” investisiya bankının analitikləri bildiriblər ki, qiymət artımı müvəqqəti xarakter daşıyır. ABŞ hərbi əməliyyatlara başlasa bu uzun zaman davam etməyəcək. Rəsmi Vaşinqton bir neçə dəqiq zərbə endirərək İranın nüvə obyektlərini məhv edəcək ki, bu da bazarın fəaliyyətinə təsirsiz ötüşəcək. Neft nəqliyyatı infrastrukturuna da zərər dəyməyəcək.

“Citi” bankının ekspertləri hesab edirlər ki, rəsmi Tehran məcburiyyət qarşısında qalaraq ABŞ tərəfindən irəli sürülən bütün şərtləri qəbul edəcək və hərbi əməliyyatlardan yayınacaq. Lakin Körfəz ölkələri İranın Hörmüz boğazını bağlayacağından ehtiyat edirlər. Körfəzdən Hörmüz boğazı ilə dünya bazarının neft tələbatının 20 faizi daşınır. ABŞ-ın ikisi təyyarə daşıyan olmaqla, Körfəzə 6 hərbi gəmi göndərməsi də boğazın bağlanmasının qarşısını almaq üçündür. İran İslam İnqilabı Keşikçiləri Korpusunun “İran dənizin altını da, üstünü də nəzarətdə saxlayır” - bəyanatından və ABŞ-ın hərbi gəmilərini dronlarla izlədiyini televiziya ilə nümayiş etdirdikdən sonra Amerika gəmiləri Körfəzə daxil olmadan yaxın ərazidə dayandılar.

“Barclays” bankının proqnozuna görə, hərbi əməliyyatlar başlayarsa neftin qiyməti 80 dollara kimi yüksələ bilər. Lakin bu qiymət artımı uzun müddət davam etməyəcək. Bank 2026-cı ildə neftin dünya bazarında qiymətinin 60 dollar ətrafında olacağını bildirib. İran neftinin bazara daxil olmasının qarşısı alınarsa onu Venesuela nefti əvəzləyəcək və qiymətlərdə kəskin artım müşahidə edilməyəcək.

Bunlarla yanaşı, beynəlxalq bazarlarda təbii qazın qiymətində də artım müşahidə edilir. Ötən həftə qazın qiyməti Böyük Britaniyada 10, Niderlanda 10, Almaniyada 8,1 faiz artıb.

“Gas-Union” treyding qrupunun mütəxəssisi Tobis Meyer “Bloomberg”ə bildirib ki, Körfəzdə baş verənlərin fonunda qazın qiymətinin artması təəccüblü deyil. Qiymət artımı bazarın geosiyasi vəziyyətə reaksiyasının nəticəsidir. Hazırda Avropada təbii qazın 1000 kubmetrinin qiyməti 413 dollara satılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair ilk iclas keçirilib  

16:45
02 Fevral

“Rəqəmsal dövlət maliyyəsi” sistemi ilə bağlı qanunlara dəyişikliklər parlamentdə birinci oxunuşda təsdiqlənib  

16:44
02 Fevral

WUF13-lə əlaqədar vergi güzəştləri tətbiq olunacaq 

16:43
02 Fevral

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib  

16:42
02 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

16:41
02 Fevral

Eldar İbrahimov yenidən Milli Məclisin İntizam komissiyasının sədri seçilib  

16:41
02 Fevral

Avropanın qaz ilə təminatı gərgin vəziyyətdədir  

16:40
02 Fevral

Emal edilməmiş almazın idxalı, ixracı və izlənməsi ilə bağlı dövlət nəzarəti mexanizmi yaradılır  

16:39
02 Fevral

Ədliyyə Nazirliyi yanvar ayında bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirib  

16:37
02 Fevral

Cəbrayıl və Xankəndinin elektrik şəbəkəsi yenilənir  

16:23
02 Fevral

Özəl tibb müəssisələri tərəfindən onkoloji yardım həyata keçiriləcək  

16:14
02 Fevral

Qazaxıstan əhalisinin sayı 20,5 milyon nəfəri ötüb

16:07
02 Fevral

BMMT ilə KƏŞ arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib  

16:01
02 Fevral

“Enerji atəşkəsi” başa çatıb - Rusiya yenidən Ukraynanın energetika infrastrukturuna zərbələr endirir  

15:46
02 Fevral

Minimum əməkhaqqı ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir  

15:45
02 Fevral

Ankarada Türkiyə-Qazaxıstan əməkdaşlığının dərinləşdirilməsi yolları müzakirə olunur  

15:39
02 Fevral

Əməyin təhlükəsizliyinə dair Konvensiyanın təsdiqi barədə qanun layihəsi müzakirə olunur  

15:37
02 Fevral

Azərbaycan Gənclərinin XI Forumunda strateji baxış və prioritetlər mövzusu müzakirə edilib  

15:33
02 Fevral

Kreml Ukrayna ilə bağlı danışıqların ikinci mərhələsinin 4-5 fevral tarixlərində keçiriləcəyini təsdiqləyib  

15:17
02 Fevral

“SOCAR İstiqrazları”nın 17-ci kupon ödənişi edilib

15:01
02 Fevral

Kibergigiyena və kibermaarifləndirmə təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub  

14:33
02 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!