02 Fevral 2026 16:37
583
CƏMİYYƏT
A- A+
Ədliyyə Nazirliyi yanvar ayında bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirib  

Ədliyyə Nazirliyi yanvar ayında bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirib  


Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir.

Bu barədə AZƏRTAC-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvar ayı ərzində nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə nazirliyin Penitensiar xidməti, Bələdiyyələrlə iş baş idarəsi, İcra xidməti, Notariat, qeydiyyat və reyestr baş idarəsi, Cəzaların icrasına nəzarət baş idarəsi və İnsan resursları idarəsinin rəhbərliyi tərəfindən İmişli, Gəncə, Şirvan, Bərdə, Şəki, Lənkəran, Göyçay, Xaçmaz, Şəmkir, Sumqayıt regional ədliyyə idarələri və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.

Videoqəbullarda nazirliyin fəaliyyət istiqamətləri üzrə 62 vətəndaşın müraciəti dinlənilib, onlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Vurğulanıb ki, regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski və Tramp arasında telefon danışığı olub  

00:23
26 Fevral

Britaniya Parlamentində Xocalı soyqırımı ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürülüb  

23:26
25 Fevral

Prezident İlham Əliyevin sosial media hesablarında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib

22:55
25 Fevral

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb YENİLƏNİB

22:45
25 Fevral

Prezident İlham Əliyev Xocalının Xanabad kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB 

22:21
25 Fevral

Azərbaycan ilə Malayziya arasında iqtisadi əlaqələr müzakirə olunub

22:13
25 Fevral

Peru Konqresi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat qəbul edib  

21:33
25 Fevral

Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı aparılan hazırlıq işləri yekunlaşıb 

21:08
25 Fevral

Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

20:57
25 Fevral

Səfir: Ukrayna Azərbaycanın tranzit imkanlarından istifadə etməklə Qazaxıstan neftini almaqda maraqlıdır

20:01
25 Fevral

Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub YENİLƏNİB

19:50
25 Fevral

Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB

19:49
25 Fevral

Somalinin ilk rezident səfiri etimadnaməsinin surətini nazirə təqdim edib  

19:43
25 Fevral

Nyu-Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub

18:50
25 Fevral

Vaşinqtonda Xocalı soyqırımını əks etdirən LED ekranlı maarifləndirici aksiya keçirilib

18:49
25 Fevral

TDT: Xocalı soyqırımının günahsız qurbanlarını dərin ehtiramla yad edirik

18:48
25 Fevral

Xocalıya köçürülmüş sakinlərdən 1137 şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

18:43
25 Fevral

Ərəb mediasında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı məqalə dərc olunub

18:42
25 Fevral

Xocalı soyqırımı qurbanları Pakistanda da yad edilib  

18:42
25 Fevral

Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə soyqırımı qurbanlarının xatirəsi anılıb  

18:41
25 Fevral

ADA Universitetində “Kəşf et. Əlaqə qur. İnkişaf et” adlı açıq qapı tədbiri keçirilib  

18:39
25 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!