18 Noyabr 2022 16:10
752
CƏMİYYƏT
A- A+
Koreya səfirliyi qaçqınlar və məcburi köçkünlər üçün dəstək tədbirləri həyata keçirir  

Koreya səfirliyi qaçqınlar və məcburi köçkünlər üçün dəstək tədbirləri həyata keçirir  

 

Ərazisi işğaldan azad olunmuş rayonlardan olan 100-ə yaxın məktəbli Koreya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə keçirilən rəsm müsabiqəsində iştirak edib. Koreya Respublikasının ölkəmizdəki səfirliyi tərəfindən onların hər birinə dərs ləvazimatları dəsti hədiyyə olunub. Səfirliyin “2022-ci il - qaçqınlara və məcburi köçkünlərə dəstək” layihəsi çərçivəsində təşkil olunmuş müsabiqədə seçilən 10 rəsm əsəri noyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində nümayiş etdirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, qurumun sədri Rövşən Rzayev və Koreya Respublikasının ölkəmizdəki səfiri Li In Yonq sərgiyə baxdıqdan sonra layihənin icrası vəziyyəti və əhəmiyyəti barədə ətraflı söhbət aparıblar.

Görüşdə qonağa dövlətimizin qaçqınlıq və məcburi köçkünlük problemlərinin həlli ilə bağlı gördüyü işlər, ərazilərin Ermənistanın işğalından azad edilməsindən sonra həyata keçirdiyi bərpa-quruculuq tədbirləri və Böyük Qayıdışa hazırlıq barədə məlumat verilib.

Qaçqınların və məcburi köçkünlərin hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğu, onların sosial problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xüsusi həssaslıqla yanaşdığı diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizin rəhbərinin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair birinci Dövlət Proqramı” və onun Tədbirlər Planı xalqımızın və dövlətimizin Ermənistanın 30 ilə yaxın müddətdə işğalda saxladığı, yaşayış məntəqələrini, infrastrukturunu dağıtdığı Qarabağ və Şərqi Zəngəzuru sürətlə dirçəltmək, həmin ərazilərin yüksək inkişafına nail olmaq istəyinin və əzminin nümayişidir. Tədbirlər Planında nəzərdə tutulan bir sıra layihələrin icrasına 44 günlük müharibədə Zəfər qazandıqdan dərhal sonra başlandığı vurğulanıb. O cümlədən, Böyük Qayıdış çərçivəsində Dövlət Komitəsi tərəfindən bu il Zəngilan rayonunun “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə 66 ailənin köçürüldüyü və köçürülmənin davam etdiriləcəyi qeyd olunub.

Koreyalı diplomata məcburi köçkünlərin Böyük Qayıdışa hazırlanması ilə bağlı vacib məsələlər, onların həlli istiqamətində mümkün əməkdaşlıq istiqamətləri barədə də məlumat verilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Li In Yonq vaxtilə öz ölkəsinin də qaçqınlıq və köçkünlük problemi ilə üzləşdiyini xatırladıb, buna görə də Azərbaycanın istək və məqsədlərini koreyalıların yaxşı anladığını bildirib. Məcburi köçkün məktəblilərin Koreya ilə dostluq əlaqələrini vəsf edən rəsmlərdən təsirləndiyini deyən diplomat Böyük Qayıdışla bağlı məsələlərin dəstəklənməsində də səfirliyin iştirakını önəmli saydığını vurğulayıb. O, həmçinin bu il səfirlik tərəfindən qaçqın və məcburi köçkün məktəblilər üçün texniki avadanlığın təqdim edilməsinin nəzərdə tutulduğunu qeyd edib. Həmin avadanlıqların təhvil verilməsi həyata keçirilib.

Xatırladaq ki, Koreya Respublikasının ölkəmizdəki səfirliyi 2014-cü ildən bəri Azərbaycanda Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün və qaçqın düşmüş şəxslər üçün dəstək tədbirləri həyata keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!