Kölgə iqtisadiyyatına qarşı mübarizə necə aparılır?
Son illərdə həyata keçirilən islahatlar həm də gizli iqtisadiyyatın qarşısının alınmasında müsbət nəticələr doğurub
Dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün şəffaflığın təmin edilməsi əsas şərtdir. Bu istiqamətdə vacib amillərdən biri də kölgə iqtisadiyyatının qarşısının alınmasıdır. Kölgə iqtisadiyyatı rəsmi statistika tərəfindən uçota alınmayan, qeyri-formal, ictimai qaydalardan kənar qurulmuş iqtisadi münasibətlərdir. Təsadüfi deyil ki, "gizli iqtisadiyyat"ın ümumdaxili məhsulda payının yüksək olması dünyada iqtisadi təhlükəsizliyin mənfi təzahürlərindən biri kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, bu, ölkələrin beynəlxalq iqtisadi münasibətlərinə də mənfi təsir göstərir.
Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə dövlət siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyev kölgə iqtisadiyyatının yaratdığı fəsadların aradan qaldırılması, vergidən yayınma hallarının qarşısının alınması və bazarda sağlam rəqabətin təmin edilməsi istiqamətində kompleks tədbirlərin görülməsi ilə bağlı müvafiq göstərişlər verib. Dövlət başçısı bu ilin altı ayının yekunlarına həsr edilmiş müşavirədə iqtisadi inkişafa mane olan kölgə iqtisadiyyatına qarşı mübarizədə müsbət nəticələrə nail olmağın zəruriliyini qeyd edərək deyib: "Kölgə iqtisadiyyatı, əlbəttə, hər ölkədə var, əsas məsələ onun həcmidir, dövlətin, hökumətin buna münasibətidir. Dövlətin və hökumətin buna münasibəti belədir ki, bu, Azərbaycanda olmamalıdır".
Dövlət başçısı hesab edir ki, texnologiyalar inkişaf etdikcə yeni nəzarət imkanları yaranır. İnstitusional tədbirlər - dövlət nəzarəti, ictimai nəzarət və kadrların düzgün seçilməsi kölgə iqtisadiyyatının qarşısını alır.
İqtisadi leqallaşma büdcə gəlirlərini artırır
İqtisadçıların fikrincə, həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə kölgə iqtisadiyyatının həcmi xeyli azalıb.
Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, kölgə iqtisadiyyatının minimallaşdırılması büdcəyə daxil olan vəsaitlərin həcminin artmasına səbəb olub. Son illərdə büdcəyə daxil olan vəsaitlərin proqnozlaşdırılandan 2 milyard manat çox olması kölgə iqtisadiyyatının həcminin azaldılması ilə birbaşa əlaqədardır. Əgər bu istiqamətdə görülən tədbirlər intensivləşdirilərsə, büdcəyə qeyi-neft sektorundan daxilolmalarda milyardlarla manat artım müşahidə ediləcək.
Deputat bildirib ki, kölgə iqtisadiyyatının qarşısının alınması "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın əsas istiqamətlərdən biri kimi müəyyən edilib: "Bu sahədə 2018-ci ildən sonra aparılan islahatlar ölçüləbilən və daha real nəticələrin əldə edilməsinə şərait yaradıb. Xüsusilə son dövrlərdə 200 mindən çox yeni əmək müqaviləsinin bağlanması kölgə iqtisadiyyatının ümumdaxili məhsuldakı payının azalmasına imkan verib. Bu, ölkədə həyata keçirilən iqtisadi siyasətin ümumi hədəflərinə uyğundur. Unutmaq olmaz ki, kölgə iqtisadiyyatının həcminin azaldılması Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş əsas tapşırıq və göstərişlərdən biridir. Ona görə də dövlət başçısı sonuncu müşavirədə də "gizli iqtisadiyyat"ın qarşısının alınması ilə bağlı işlərin davam etdirilməsinin zəruriliyini bildirib, bununla bağlı tapşırıqlar verib. Ölkədə bunun üçün siyasi iradə var və möhkəmdir".
Vüqar Bayramovun sözlərinə görə, bu sahədə müsbət nəticələrin əldə olunması xüsusən kiçik və orta sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradır. Kölgə iqtisadiyyatının həcminin azaldılması sahibkarlığın inkişafı, vətəndaşların məşğulluğunun təmin edilməsi, eyni zamanda sağlam rəqabətin gücləndirilməsi hesabına istehlak bazarında qiymətlərin optimallaşdırılması baxımından çox vacibdir. Ona görə də kölgə iqtisadiyyatına qarşı aparılan mübarizə təkcə sahibkarlara deyil, bütün vətəndaşlara faydalıdır.
Elə ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatına rast gəlinməsin
Son illər dünyada baş verən bir sıra hadisələr Azərbaycanın iqtisadiyyatına da təsirsiz ötüşməyib. Koronavirus pandemiyası, iqlim dəyişikliyi, təchizat zəncirindəki yaranmış problemlər, enerji, maliyyə, qida və digər bazarlardakı dalğalanmalar ölkə iqtisadiyyatında ciddi çağırışlar yaradıb.
Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev qeyd edib ki, Azərbaycan hökuməti həmin təsirlərin neytrallaşdırılması, iqtisadiyyatın artım sürətinin saxlanması üçün zəruri olan bütün addımları atıb: "Kölgə iqtisadiyyatının minimallaşdırılması üçün iqtisadi idarəetmədə çevik qərarlar qəbul edilib. Ümumiyyətlə, kölgə iqtisadiyyatı hətta inkişaf etmiş Avropa ölkələrində də müşahidə edilir. Məlumatlara əsasən, bunun həcmi İtaliyada 40 faiz, Fransada, İspaniya, Portuqaliya və digər inkişaf etmiş ölkələrdə 30 faizdən çoxdur. Yəni təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünya ölkələrində kölgə iqtisadiyyatı ilə daimi mübarizə aparılır.
Deputatın dediyinə görə, şəffaflığa keçidin təmin olunması üçün atılan zəruri addımlar sübut edir ki, dövlətin kölgə iqtisadiyyatının minimallaşdırılması ilə bağlı qəti siyasi qərarı var. Kölgə iqtisadiyyatının miqyasının azaldılması büdcə gəlirlərinin əsas artım mənbəyi hesab edilir. Ona görə də dayanıqlı inkişafın təminatı üçün real iqtisadiyyata maksimum yaxınlaşmaq lazımdır. Amma elə ölkə yoxdur ki, orada, ümumiyyətlə, kölgə iqtisadiyyatına rast gəlinməsin.
İqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, kölgə iqtisadiyyatı həm ümumilikdə ölkənin iqtisadi inkişafı, həm də vətəndaşlar üçün problem yaradır. Bəzi şirkətlər vergidən yayınmaq üçün işçilərinə əməkhaqlarının ya hamısını, ya da böyük hissəsini qeyri-rəsmi şəkildə verir: "Belə müəssisələr maliyyə göstəricilərini dövlətdən qismən gizlədərək vergidən yayınırlar. Rəsmi şəkildə az məbləğdə maaş alan işçilərin Dövlət Sosial Müdafiə Fonduna ödədiyi məbləğ az olduğu üçün, onların pensiya kapitalı lazımi qədər yığılmır. Həmin vətəndaşların gəliri rəsmi formada az göründüyü üçün onlar bankdan kredit və ya ipoteka krediti götürmək istəyəndə də problemlə üzləşirlər. Belə ki, vətəndaşın əslində normal aylıq gəliri rəsmi görünmədiyindən o, bankla razılığa gələ bilmir".
İqtisadçının sözlərinə görə, maaşı qeyri-rəsmi formada qeyd edilən işçilər daha sonra başqa müəssisədə işə düzələndə də onların peşəkarlığı qeyr-müəyyən qalır. Çünki maaş göstəricisi işçinin peşəkarlığına dəlalət edir. Yəni, işçi yüksək maaş alırsa, deməli onun müəssisəyə faydası da çoxdur.
Ə.Həsənov kölgə iqtisadiyyatının digər vətəndaşlar üçün yaratdığı problemlərdən də danışıb. "Hər şeydən əvvəl vətəndaşlar "gizli iqtisadiyyat"dan əsasən istehlakçı kimi ziyan görürlər. Gəlirləri qeyri-rəsmi olan şirkətlərin satdığı mal-məhsulda, göstərdiyi xidmətlərdə problem olarsa, istehlakçı bir çox hallarda hüquqlarını müdafiə etməkdə çətinlik çəkir. Çünki müəssisənin fəaliyyəti qeyri-rəsmidir. Ən böyük problem isə həmin şirkətlərin vergidən yayınaraq dövlət büdcəsinə ödənişləri azaltmalarındadır. Bu da bütün vətəndaşların müəyyən mənada ziyan görməsinin əsas səbəblərindən biridir. Kölgə iqtisadiyyatının həcmini hesablamaq çox çətindir, lakin son illərdə həyata keçirilən tədbirlər sayəsində müsbət nəticələr əldə edilib", - deyə o qeyd edib.
Kölgə iqtisadiyyatında cəmlənmiş dövriyyələrin "ağarması" prosesi sürətlənib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, kölgə iqtisadiyyatının miqyası azaldıqca büdcə gəlirləri artır. Əldə olunan fiskal nəticələrdə şəffaf iqtisadi münasibətlərin qurulması, kölgə iqtisadiyyatının miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımların böyük rolu olub. Belə ki, rəqabətin təmin edilməsi, qanunsuz sahibkarlığın qarşısının alınması, leqal fəaliyyətin vergi stimullaşdırılması mexanizmlərinin tətbiqi şəraitində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir, leqal fəaliyyət göstərməyə, sağlam rəqabət şəraitində işləməyə çalışır.
"Təhlillər göstərir ki, kölgə iqtisadiyyatında cəmlənmiş dövriyyələrin "ağarması" prosesi sürətlənib. Bu, bəyan edilən dövriyyələrin, daxili istehsal və ticarət göstəricilərində, ticarət əməliyyatlarındakı sənədləşmə səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü büruzə verir. 2021-ci ildə əvvəlki illə müqayisədə qeyri-neft sektoru üzrə dövriyyənin 27,4 faiz, ƏDV üzrə dövriyyənin 27,8 faiz, elektron qaimə faktura üzrə dövriyyənin həcminin isə 24 faiz artması həmin sektordakı şəffaflaşmadan xəbər verir", - deyə məlumatda bildirilir.
Əmək münasibətləri şəffaflaşdırılır
Kölgə iqtisadiyyatının miqyasının azaldılmasına yönəldilmiş islahatlar sırasında əmək münasibətlərinin şəffaflaşdırılması xüsusi yer tutur. 2019-cu ildə gəlir vergisi üzrə qeyri-neft özəl sektor üçün tətbiq edilmiş vergi güzəştləri ötən müddətdə ciddi irəliləyiş əldə edilməsinə imkan verib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, güzəştin tətbiqi və şəffaflaşma üçün yaradılan fiskal stimullar nəticəsində əmək müqavilələrinin sayı, eləcə də əməkhaqqı fondunun həcmi xeyli çoxalıb. 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 283 minə yaxın artıb. İslahatların aparıldığı qeyri-neft özəl sektorda bu göstərici 233 mindən çoxdur ki, bu, ötən müddət ərzində 43,2 faiz artım deməkdir. 2021-ci ildə qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı cəmi əmək müqavilələrinin 45,9 faizini təşkil edir. Bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 7,4 faiz çoxdur. Qeyri-neft özəl sektorda əməkhaqqı fondu ötən ilə nisbətən 11,5 faizdən çox artıb. Gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsi qeyri-büdcə təşkilatlarında məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə daxilolmaların hər il davamlı şəkildə artmasında özünü göstərir. Məsələn, 2021-ci ildə bu göstəricilər üzrə artım 15,3 və 17,7 faiz təşkil edib.
Görünən odur ki, son illərdə aparılan islahatların başlıca istiqamətlərindən birini kölgə iqtisadiyyatının qarşısının alınması, dövlət-biznes münasibətlərində şəffaflığın təmini təşkil edib. Bütün bunlar nəticə etibarilə dövlət büdcəsinin gəlirlərinin artmasına səbəb olub. Bu gəlirlərin artması isə dayanıqlı iqtisadiyyat, sosial rifah və firavan cəmiyyət deməkdir.
Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir
04 Iyul
Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib YENİLƏNİB...
04 Iyul
Türkiyəli ekspert: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazın qlobal nüfuzunu artıracaq ...
04 Iyul
Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir
04 Iyul
“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Şuşada işgüzar görüşü keçirilib ...
04 Iyul
İlk “ağıllı” avtomobil yolu layihəsinə start verilib
04 Iyul
Britaniyada seçkilər başlayıb
04 Iyul
“Microsoft” Çində bütün mağazalarını bağlayıb
04 Iyul
Hava şarı ilə kosmos səyahəti
04 Iyul
Prezident İlham Əliyevin ŞƏT-in Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər dünya mediasının di...
04 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
![](/uploads/img/posts/2024/06/27/1719473706217621927_1200x630jpg-1719477132.jpg)
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/17193913105429036540_1200x630jpg-1719393315.jpg)
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/manwetttjpg-1719265024.jpg)
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/1647332818_ef00f73450eae074135fcd9c4cacf6d8 Копированиеjpg-1718925466.jpg)
Qurtuluş missiyası15 Iyun 2024
![](/uploads/img/posts/2024/06/15/saytjpg-1718404077.jpg)
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
![](/uploads/img/posts/2024/06/29/1583835201167192134jpg-1719605770.jpg)
Sülh uğrunda müharibə26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/1656311658_e346c3b9742c001ff2f42ef9aa7170cajpg-1719357575.jpg)
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/4jpg-1719265162.jpg)
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
![](/uploads/img/posts/2024/06/23/babaaajpg-1719094277.jpg)
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
![](/uploads/img/posts/2024/06/22/17190365625934912960_1200x630jpg-1719036839.jpg)
Adın nədir - Daşdəmir...21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/susajpg-1718926127.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!