03 Oktyabr 2023 16:37
470
İQTİSADİYYAT
A- A+
KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib

KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda KOBİA-nın 2022-ci il və 2023-cü ilin birinci yarımilliyində fəaliyyəti üzrə görülmüş işlərə dair məlumat verilib, 2024-cü il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri, KOB-ların inkişafına və dəstəklənməsinə yönəlmiş tədbirlər və gündəlikdə duran digər məsələlər müzakirə edilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müvafiq dövr ərzində Agentliyin fəaliyyətinə dair təqdimatla çıxış edərək, KOB-ların inkişafı, bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi, KOB maraqlarının müdafiəsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Qeyd edilib ki, hesabat dövründə 22 KOB inkişaf mərkəzi tərəfindən 12 minə yaxın KOB subyektinin və biznesə başlamaq istəyən şəxsin faydalandığı 1000-dən çox təlim keçirilib, 2200-dən çox KOB-a məsləhət xidməti göstərilib, 500-dən çox biznes plan hazırlanıb. Mikro və kiçik sahibkarlar üçün innovativ fəaliyyət üzrə vergi güzəştlərini nəzərdə tutan 51 “Startap” şəhadətnaməsinin verilməsi ilə bu sənədi alan KOB-ların sayı 105-ə çatıb. 40 KOB-un təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinə 747 min manat qrant ayrılıb. Sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü ilə 18 daxili bazar araşdırması aparılıb. 23 sərgidə 1133 KOB subyektinin iştirakına dəstək göstərilib. Hesabat dövründə ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən 25 KOB subyekti yararlanıb. KOB-lara yerində dəstək və xidmətləri təmin edən 20 KOB dostu ofisinin fəaliyyətə başlaması ilə mövcud ofislərin sayı 45-ə çatıb. 2023-cü ildə sahibkarlara vahid məkanda dövlət və özəl qurumlar tərəfindən xidmətlərin göstərildiyi “Bakı KOB evi”nin sahibkarların istifadəsinə verilməsi ilə KOB evlərinin sayı 3 olub. İldən-ilə KOB evlərinin xidmətlərindən istifadə edən sahibkarların sayında müsbət artım dinamikası müşahidə edilməkdədir. KOB evləri tərəfindən sahibkarlara 2022-ci ildə 73 mindən çox, 2023-cü ilin I yarısında isə 197 mindən çox xidmət göstərilib. Hesabat dövründə 3300-dən çox KOB-un iştirakı ilə 14 sorğu keçirilib.

Cari ildən tətbiqinə başlanan KOB klaster mexanizmi üzrə 6 KOB-dan müraciət daxil olub və bu istiqamətdə müvafiq işlər görülməkdədir.

İclasda qeyd olunan istiqamətlər və digər məsələlərlə bağlı Müşahidə Şurası üzvlərinin fikirləri dinlənilib, müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

İclas çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və Müşahidə Şurasının üzvləri “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub, KOBİA-nın kollektivi ilə görüşüblər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!