25 İyul 2023 10:20
1084
İQTİSADİYYAT
A- A+
Kimlər peşəkar mühasib sayılırlar?

Kimlər peşəkar mühasib sayılırlar?

 

İstənilən fəaliyyət sahəsində yerinə yetirilməsi vacib məsələlərdən biri mühasibat uçotunun düzgün aparılmasıdır. Daha konkret ifadə etsək, mühasibat uçotu hər bir fəaliyyət subyektinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsidir. 
Hər bir müəssisənin effektiv fəaliyyəti müxtəlif iqtisadi amillərlə yanaşı, həm də mühasibat uçotunun düzgün aparılmasından, bütövlükdə mühasibatlıq sisteminin fəaliyyətinin effektiv qurulmasından asılıdır. Başqa cür ifadə etsək, mühasibat uçotunun aparılması elə bir fəaliyyət növüdür ki, bu işin nəticəsində müəssisə gəlir də əldə edə bilər, zərər də görər.
Əlbəttə, hər bir müəssisə dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində rol oynayan subyekt olduğundan, büdcə gəlirlərinin formalaşmasında, məşğulluğun təmin edilməsində iştiraka görə mühasibatlıq sahəsinə dair bir sıra tələblər var ki, bunlardan biri də mühasiblərin peşəkarlığıdır. Peşəkarlıq isə yalnız mühasibatlığın fəaliyyətinin düzgün həyata keçirilməsi və ya mühasibin öz işini nəzəri və praktiki baxımından bilməsi kimi qavranılmamalıdır. Peşəkarlıq həm də mühasibin yeni biliklər əldə etməsi və peşəkarlığının qiymətləndirilməsi üçün sertifikasiyadan keçməsidir.
Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzinin məlumatına əsasən, mühasiblərin sertifikasiyası beynəlxalq səviyyədə qəbul edilmiş bir tələbdir, normadır. Bu baxımdan heç də təsadüfi deyil ki, mühasiblərin peşəkarlıq sertifikasiyasına cəlb olunması hər bir ölkənin  milli qanunvericiliyi ilə təsbit olunur. Azərbaycanda mühasiblərin sertifikasiyası "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu qanunda da qeyd olunduğu kimi, peşəkar mühasib müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını almış şəxsdir. Peşəkar mühasib sertifikatı isə peşəkarlıq səviyyəsinə uyğunluğu təsdiq edən sənəddir.
Nazirlər Kabinetinin təsdiq etdiyi "Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması" qaydalarına əsasən, peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. 
Peşəkar mühasib sertifikatının qüvvədəolma müddəti beş ildir. Peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxs peşəkar mühasib sertifikatının qüvvədəolma müddətinin sonuncu ilində növbəti sertifikatı almaq üçün yenidən imtahanlarda iştirak etməli və peşəkar mühasib sertifikatı almalıdır. Peşəkar mühasib sertifikatı alaraq fəaliyyətə başlayan şəxs sonradan iki dəfə eyni standart üzrə sertifikat aldıqda, sonuncu sertifikat ömürlük verilir və həmin şəxs sertifikatda qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmur.
Göründüyü kimi, yalnız müvafiq sertifikata malik olan mühasiblər peşəkar mühasib sayılırlar. 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!