23 Sentyabr 2023 02:11
1093
İDMAN
A- A+
Kikboksinq üzrə XXVII Azərbaycan Çempionatının və Birinciliyinin təntənəli açılış mərasimi olub

Kikboksinq üzrə XXVII Azərbaycan Çempionatının və Birinciliyinin təntənəli açılış mərasimi olub

 

22 sentyabr tarixində Bakı İdman Sarayında Kikboksinq üzrə XXVII Azərbaycan Çempionatının və Birinciliyinin təntənəli açılış mərasimi keçirilib. 
Milli Məclisin Gənclər və idman komitəsinin deputatları, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, idman ictimaiyyətinin iştirakı ilə keçirilən açılış mərasimi Dövlət himninin səsləndirilməsi ilə başlanıb. 
Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Milli Məclis Sədrinin müavini, Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev bugünkü qüdrətli Azərbaycanın məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olduğunu, Ümummilli Liderin siyasəti xəttinin bütün sahələrdə layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini qeyd edib.
Ölkəmizdə ordu quruculuğuna, bədən tərbiyəsinə ayrılan yüksək diqqət və qayğı nəticəsində bu gün rəşadətli ordumuzun Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyilə bizlərə qazandırmış olduğu tarixi qələbədən bəhs edən Adil Əliyev  Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə qanunsuz erməni silahlı dəstələrinə qarşı uğurla həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə əlaqədar məlumat vermiş və 24 saatdan az vaxtda separatçıların təslim olmaq məcburiyyətində qaldıqlarını vurğulamışdır. O bildirmişdir ki, məhz bu gün qazanılmış uğurlara görə dövlət başçısına, rəşadətli ordumuza, xüsusən də bu yolda canını qurban vermiş şəhidlərimizə borcluyuq. Qələbəmizin memarları olan qəhrəmanlar Vətən yolunda canlarını fəda edərək bizə tarixi qələbə bəxş ediblər.
Bu gün Azərbaycan Kikboksinq Federasiyasının 30 illiyinin təntənəli qeyd olunduğunu bildirən vitse-spiker federasiyanın keçdiyi tarixi yoldan danışıb.
Daha sonra çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev federasiyanın qazandığı uğurlardan, ölkəmizdə idman siyasətinə ayrılan yüksək diqqət və qayğıdan bəhs edib. Habelə yarışlar barəsində məlumat verərək göstərilmiş yüksək nəticələri diqqətə çatdırıb.
Tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov idman siyasətinin uğurlarından danışaraq keçirilən yarışları yüksək qiymətləndirib.
Görüşdə Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Şahin İsmayılov, Etibar Əliyev, Mahir Abbaszadə, Könül Nurullayeva, Cavid Osmanov, Vüqar İskəndərov  və Müşfiq Cəfərov iştirak ediblər.
Daha sonra yarışlara start verilib və idmançılar müxtəlif çəki dərəcələrində öz güclərini göstəriblər.

"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!