14 Noyabr 2025 16:10
390
SİYASƏT
A- A+
Keyfiyyət dəyişikliyinə yönəlmiş yeni mərhələnin başlanğıcı  

Keyfiyyət dəyişikliyinə yönəlmiş yeni mərhələnin başlanğıcı  


Azərbaycan Prezidenti cənab İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı çıxışı ölkəmizin dövlət idarəçiliyində keyfiyyət dəyişikliyinə yönəlmiş yeni mərhələnin başlanğıcıdır.Bu, təkcə təyinatlar deyil, bu, bir çağırışdır! Xalqla arasında məsafə qoyan, kabinetlərə qapanan, vətəndaşla hesablaşmayan məmur üçün artıq heç bir bəhanə yoxdur. 

Cənab Prezidentin açıq mesajı ortadadır. Məmur xalqın içində olmalıdır, xalqa xidmət etməlidir, bu xalqı yuxarıdan aşağıya yox, hörmətlə, diqqətlə dinləməlidir. Korrupsiyaya qarşı barışmaz mövqe bir daha göstərildi. Dövlət etimadını doğrultmayan heç bir məmura güzəşt yoxdur və olmayacaq! 

Bu, yeni nəsil idarəçiliyin başlanğıcıdır.Artıq nəinki təcrübə, həm də vicdan, məsuliyyət və xalq sevgisi ilə işləyən kadrlar irəli çəkilir. Mərkəzdə olduğu kimi regionlarda da idarəetmədə şəffaflıq, hesabatlılıq, səmərəlilik əsas prinsip kimi tətbiq olunur. Cənab Prezidentin “xalqın məmuru olmalısınız” fikri bu gün hər bir məmurun fəaliyyət şüarına çevrilməlidir. Əgər bir məmur xalqdan uzaqdırsa, demək, dövlətin hədəfindən də uzaqdır. Cənab Prezident xalqla bir yerdədir, o zaman hər kəs də xalqla bir yerdə olmalıdır! 

Yeni təyinat alan nümayəndələr və icra başçıları bu etimadı sözlə deyil, əməllə doğrultmalıdırlar. Bu vəzifələr post deyil, bu xalq qarşısında öhdəlikdir. Biz də millət vəkilləri olaraq bu dəyişikliklərin arxasındayıq, cənab Prezidentimizin siyasi xəttini dəstəkləyirik. Qarşıda böyük işlər, ciddi məsuliyyətlər var. 

Dövlətimizin gücü onun vətəndaşına olan münasibəti ilə ölçülür. Biz güclü dövləti və güclü vətəndaşı bir yerdə görmək istəyirik, bunu isə birlikdə bacaracağıq!


Fatma YILDIRIM,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNƏCƏK  

15:41
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur  

15:30
06 Dekabr

Sabah hava yağmursuz keçəcək  

15:29
06 Dekabr

Gənclər texnoloji və yaradıcılıq imkanları vasitəsilə şəhərləri formalaşdırırlar  

15:27
06 Dekabr

Baş katib: Azərbaycanın D-8-ə qoşulması ilə iqlim sahəsində fəaliyyətlərimizi daha da genişləndirmişik

15:24
06 Dekabr

Kiyev vilayətinə hava zərbələri endirilib, dağıntılar var  

15:21
06 Dekabr

Azərbaycanın təhsil naziri Gürcüstanın aparıcı ali təhsil müəssisələrində olub  

15:14
06 Dekabr

Nazir: Əminəm ki, gənclər D-8 Gənclər Dialoqunda fəal iştirak edəcəklər  

15:13
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

14:53
06 Dekabr

Aktiv ƏDV ödəyicilərinin sayı 9,8 faiz artıb  

13:47
06 Dekabr

Elm və təhsil naziri Gürcüstan Parlamentinin Təhsil, elm və gənclərlə iş komitəsinin sədri ilə görüşüb  

13:17
06 Dekabr

Türk İnvestisiya Fondunun əməliyyat fəaliyyətinə başlaması ilə bağlı qərar qəbul olunub  

12:02
06 Dekabr

Finlandiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Stubba  

11:56
06 Dekabr

“Asienbrücke” Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə edilib  

11:29
06 Dekabr

Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır 

10:23
06 Dekabr

Umerov: Ukrayna və ABŞ nümayəndə heyətləri davamlı sülh üçün zəruri tədbirləri müzakirə ediblər  

10:20
06 Dekabr

Andrey Sibiqa: Ukrayna artıq boş vədlərə etibar etmir  

10:20
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!