15 Fevral 2022 00:38
1588
İQTİSADİYYAT
A- A+
Kəndinə gəl...

Kəndinə gəl...

 

Bir ağsaqqalın öyüdü

 

Qabil ailəsini də götürüb Bakıya köçəndən bəri kənddə tək-tək hallarda görünürdü. Yalnız xeyrə-şərə gəlirdi, o da vaxt və imkan tapanda... Əslində  neçə illər əvvəl onun şəhərə gedişini heç “köç” adlandırmaq olmazdı. Çünki Qabil Bakıya işləməyə getmişdi. Sonra görmüşdü ki, Bəyaz  üçün kənddə iki körpə ilə tək qalmaq çətindir. Buna görə onları da şəhərdə kirayələdiyi kiçik, yarızirzəmi mənzilə gətirmişdi.

Dolanışıqları o qədər də ürəkaçan deyildi. Ötən müddət  ərzində Qabil gah tikintidə və daş karxanasında fəhləlik etmiş, gah da Bakı bağlarındakı  şəxsi evlərdə işləyərək     hasar hörmüş, torpaq belləmiş, ağac  əkmişdi.

Şəhərə gələndən sonra Qabilin ailə üzvlərinin sayı da artmış, üçüncü övladı dünyaya gəlmişdi. Odur ki, həyat yoldaşının işləyib ailə büdcəsinə dəstək verməsi çətinləşmişdi. Düzdür, Qabil  çörəyini necə deyərlər, daşdan çıxarır və  ailənin  qazanı qaynayırdı. Yaşadıqları evin kirayəsini ödəyir, imkan olandan-olana uşaqların  əyin-başını təzələyirdilər. Getdikcə  onlar  böyüyür və qayğılar  artırdı. Perspektivdə isə heç nə yox idi.  Məsələn, bu gedişlə Qabil şəhərdə mənzil sahibi ola bilməzdi. 

Lakin  kənddə Qabilin yaxşı bir evi vardı, babasından qalmışdı, atası isə onu təmir etdirmiş, genişləndirmişdi. Neçə ildir qapısı bağlı qalan, darvazasından dəmir qıfıl asılan həmin evin  gülləri solmuş həyətində, ağacları qurumuş bağında o kişilərin narahat ruhu dolaşırdı. Çünki Qabil kəndə gələndə  cəmi bir dəfə qapını açıb  otaqlara və həyətə baş çəkməklə kifayətlənirdi. Kənddə ləngiməli olanda isə əmisigildə gecələyirdi.

Bu dəfə də belə oldu. Uzun bir qış gecəsi  əmi-qardaşoğlu qarşılarında soyumaqda olan kəklikotu çayı, nədənsə, lal-dinməz oturmuşdular. Arada Qiyas əmi   yorğun görünən Qabilin üzünə bir daha diqqətlə baxıb sakit, lakin qətiyyətlə:

- Kəndinə qayıt, bala, - dedi.

Qabil sanki yuxuda imiş kimi az qala dik atıldı, sonra sağ əlini alnına dayayıb gözlərini  bir nöqtəyə zilləyərək   əmisini axıradək belə  dinlədi.

Qiyas kişi bir daha təkrar etdi:

- Tök  daşı ətəyindən, kəndinə gəl, oğul. Yadımdadır, sən buralardan gedəndə vəziyyət  çətin idi.  O vaxtlar rəhmətlik  Heydər Əliyev torpağı kəndliyə  təzəcə  vermişdi. Lakin onu əkib-becərməyənə texnika var idi, nə  də  əldə vəsait.  Ölkə hələ ağır durumda idi, ayağa çətinliklə, tədricən qalxırdı. Çünki əvvəl bərbad günə salınmışdı. Səbəblərini  məndən yaxşı bilirsən.  Heç bağın meyvəsini bazara çıxarmaq mümkün deyildi. Saatlarla yolda qalırdıq, çünki nə yol yol idi, nə də nəqliyyat var idi. Sovetin vaxtında çəkilən qaz xətlərinin içi boş, evlər soyuq idi. Ağaclara qənim kəsilmişdik. Axşamlar elektrik lampalarının  gücü yalnız “közərməyə” çatırdı. Gündüzlər isə heç işıq verilmirdi. Televizora baxmağa həsrət idik.  Cavanlarımızın  bir çoxu bax beləcə  pərən-pərən düşdü. Bəziləri baş götürüb  özgə məmləkətlərə, bəziləri də sənin kimi  Bakıya, Sumqayıta getdi. O illərdə  sizlərə  deməyə sözümüz olmadı.  Ancaq indi kənd  o kənd deyil, oğul. Gör nə qədər təzə evlər tikilib. Biz Asif üçün evi bilirsən nə ilə qaldırdıq? Bax bu məhlənin kartofu, soğan-sarımsağı, göyərtisi ilə. Ata, iki oğul əl-ələ verdik, əkib-biçdiyimizi satdıq, ev tikəndən sonra Asifə toy elədik. Qarı ilə mən isə  gördüyün kimi, Vasifgillə bir  evdə mehribanlıqla baş-başa vermişik.

Deyim ki, indi ya kənd evi olsun, ya da şəhərdəki mənzil - heç təfavüt eləmir. Nədən ki, mətbəximizədək evin içindədir, soyuq su ilə yanaşı, isti suyumuz da var. Hələ üstəlik həyətdə yay mətbəximiz də qalır. Bacarığı olan öz yaşayışı üçün hər cür şərait düzəldib.

Sözün müxtəsəri, heç nədən korluq çəkmirik. Dövlətin kəndliyə göstərdiyi qayğıkeşlik sayəsində camaat  getdikcə torpağa daha çox bağlanır. Çətinliyə düşəndə asanlıqla kredit götürüb işimizə davam edirik.

O biri rayonlarda da vəziyyət yaxşıdır. Vəsilə yadındadır də, dayım qızını deyirəm. Onu qonşu rayona gəlin apardılar, həmin vaxtdan da orada yaşayır. Cavanlıqdan bir əli dörd balasının başını sığallayanda o biri əlini torpaqdan üzmədi. Əri Hüseynlə birlikdə çalışıb gözəl ev-eşik düzəltdilər, güzəran qurdular. Həyat yoldaşı rəhmətə gedəndən sonra da Vəsilə özünü itirmədi. İndi övladları ilə birlikdə işləyir. Nə desən əkib-becərirlər - kələm, çuğundur, yerkökü... Bu tərəflərdə “qış armudu” deyilən gecyetişən bir armud sortu var, artıq itib-getməkdə idi. Vəsilə həmin armud ağaclarından yığcam bir bağ da salıb. Bir sözlə, əməlli-başlı sahibkar olub. Amma elə əvvəlki səmimi Vəsilədir, zarafatından da qalmır. Deyir ki, bibioğlu, mən işləyəndə nökər kimi işləyir, xərcləyəndə bəy kimi xərcləyirəm. İndi yollar rahat olduğundan dədə-baba yurduna tez-tez gəlir. Gələndə də hamımıza pay-parça gətirir.

Yol demişkən, indi o sarıdan da rahatıq.    Yüngül maşınla rayon mərkəzinə 10-15 dəqiqəyə çatırıq. Oradan Bakıya günün istənilən vaxtında avtobuslar yola düşür. Şəhərə yol əvvəlkindən az qala iki saat az vaxt aparır. Bu yaxınlarda qəzetdə oxudum ki,  son 18 ildə Azərbaycanda 19 min kilometrdən çox yeni yol çəkilib. Vallah  möcüzədir!

Var olsun Prezidentimiz İlham Əliyev! Neçə dəfə rayonumuza da gəlib, camaatın qayğıları, dərd-səri ilə maraqlanıb. Əvvəl əkin yerlərini su ilə doyura bilmirdik. Bu məsələni də həll elədi. Rayon mərkəzində xalça fabriki  açdı. Elə əmin qızı Cəmilə də orada işə düzəlib. O gün nəvələrim könlümə düşmüşdü, Cəmiləgilə getmişdim, işindən çox razılıq etdi.

Bala, qayıdıb kəndə gəlsən, Bəyaz gəlinim də işsiz qalmaz. İndi dövlət kəndlilərə elə evinin içində pul qazanmağa şərait yaradır. Buna özünüməşğulluq deyirlər. Qohum-qonşuda qadınlar bu yolla toyuq-cücə bəsləyirlər. Eşitmişəm ki, bəzi yerlərdə qadınlara tikiş maşını, şirniyyat bişirmək üçün işıqla işləyən soba  da veriblər. İşsiz, qazancsız qalmasınlar deyə.

Sənin uşaqların təhsilindən də nigarançılığın olmasın. Sabah vağzala gedəndə yolunu kəndin təzə məktəbinin yanından salarsan. Mehriban xanımın nəzarəti ilə tikilib. Belə gözəl məktəbə bəlkə heç Bakının özündə də rast gəlməzsən.

Üzünü kəndə çevir, oğul, biz dədə-babadan torpaq adamı olmuşuq. Torpaq isə deyər ki, öldür məni, dirildim səni. Gəl, çırağını yandır, torpağını göyərt...”

Qiyas kişi gecədən xeyli keçdiyini xatırlayıb sözünə ara verdi. Sonra qardaşı oğluna yandakı otağı göstərib dedi: “Yaxşı, qalx, uzanıb dincəl, sübh tezdən yola çıxacaqsan”.

Qabil Bakıya dərin düşüncələrlə, qəlbinin dərinliyində baş qaldıran xoş ümidlərlə qayıtdı. Şəhərə  günortaya yaxın çatdı. Sonbeşik oğlu ikinci növbədə oxuduğundan hələ məktəbə getməmişdi. Altıncı sinif şagirdi olan Elxan coğrafiya dərsinə hazırlaşırdı. Mətnin sonundakı sualları yazılı cavablandırmışdı. Dəftəri atasına göstərdi. Təsadüfə bax ki, suallardan birində şagirddən soruşulurdu ki, şəhərdə, yoxsa kənddə yaşamaq istər? Hər iki halda səbəbi izah etmək də tapşırılmışdı. Elxan yazmışdı ki, kənddə yaşamaq istər. Səbəbini də belə ifadə etmişdi: “Kənddə həyətlər geniş, hava saf, ətraf çox gözəldir. Kənd yollarında tıxac yoxdur. Yeməklər təzə, təmiz və  çox dadlıdır. Ən başlıcası, kənddə işsiz qalmaq mümkün deyil. Çünki hər kəsin torpağı var. Əkib-becərərsən, məhsulunu həm özün yeyərsən, həm də satıb pul qazanarsan”.

Qabil baxışlarını 12 yaşlı Elxanın muncuq kimi düzdüyü sətirlərdən ayırmadan düşündü ki, lazım olan qərarı onun özündən əvvəl oğlu verib!.. 

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!