Kənd təsərrüfatı naziri İnam Kərimov Salyanda açıq sahədə pambıqçı fermerlərlə görüş keçirib
Pambıqçılığın kənd təsərrüfatının ən gəlirli istiqamətlərindən birinə çevrilməsi fermerlərin bu sahəyə marağını ildən-ilə artırır. Dövlət dəstəyi mexanizmlərinin genişlənməsi nəticəsində pambıqçılıq ənənələrinin güclü olduğu rayonlarda fermerlər bu bitkinin becərilməsinə daha çox üstünlük verirlər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin yekunlarına görə ən yüksək məhsuldar göstərici qeydə alınmış Salyan rayonunda bu il pambıq sahələrinin həcmi artıb. 2020-ci ildə Salyanda 5 min hektar sahədə pambıq əkini aparılıb, fermerlər mövsümün sonunda tədarük məntəqələrinə 20 min tondan artıq pambıq təhvil veriblər. Bu il isə rayonda 6124 hektar sahədə pambıq əkilib. Sahələrdə aparılan monitorinqlər Salyan rayonunun bu il də orta məhsuldarlıq göstəricilərinə görə ilk yerlərdə qərarlaşacağını göstərir.
Kənd təsərrüfatı naziri İnam Kərimov Salyanda pambıqçı fermerlərlə görüşüb, sahələrə baxış keçirib, əkinlərin vəziyyəti ilə maraqlanıb. Rayonun Boranıkənd kəndində açıq sahədə keçirilən görüşdə qrafikə uyğun aqrotexniki qulluq tədbirlərinin aparılması, suvarma məsələləri, fermerlərin gübrə, dərman və texnika ilə təchizatı, bitki mühafizə tədbirləri, pambıqçılığa dövlət dəstəyinin daha da gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, pambıqçılıq fermerlərin gəlirlərinin artmasında mühüm rol oynadığı kimi, kənd əhalisi arasında məşğulluq səviyyəsinin yüksəlməsinə də ciddi təsir göstərir.
Bu il Azərbaycanın 17 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkini aparılıb. Ölkədə pambıqçılığa geniş dövlət dəstəyi mövcuddur. Pambıqçı fermerlər həm əkin, həm məhsul subsidiyası alırlar. Fermerlərə pambıq sahəsinin hər hektarına görə 260 manat (220 əkin subsidiyası +40 manat dizelin bahalaşmasından sonra artırılan subsidiya miqdarı), təhvil verilən pambığın hər tonuna görə 100 manat subsidiya ödənilir. Yetişdirilən məhsul fermerdən keyfiyyətindən asılı olaraq hər tonu 550-650 manata satın alınır. Subsidiya almaq istəyən fermerlər öz əkinlərini digər yazlıq əkinlər kimi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan ediblər.
Fermerlər bu il çiyid səpini aparılmış bütün sahələrdə yaxşı çıxış alındığını, hazırda texnoloji xəritəyə uyğun dərmanlama işlərinin aparıldığını qeyd ediblər. Görüş zamanı fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!