10 Fevral 2025 19:20
346
CƏMİYYƏT
A- A+
Kənd təsərrüfatı naziri bölgələrdə fəaliyyət göstərən şərab istehsalı və quşçuluq müəssisələri ilə tanış olub  

Kənd təsərrüfatı naziri bölgələrdə fəaliyyət göstərən şərab istehsalı və quşçuluq müəssisələri ilə tanış olub  


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bölgələrdə fəaliyyət göstərən şərab istehsalı və quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, İsmayıllı rayonunda “İsmayıllı şərab-2” MMC, Şəkidə “Az-Abrau” MMC, Gəncə şəhərində “Gəncə şərab-1” MMC və Göygöl rayonunda “Göygöl şərab zavodu” MMC şərab istehsalı müəssisələrinə baş çəkən nazirə müəssisələrin mövcud vəziyyəti, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal edilən məhsullar, rəqabətə davamlı şərab istehsalının artırılması, xarici bazarlara məhsul ixracı imkanları barədə məlumat verilib.

Görüşlərdə şərab ixracının artırılması istiqamətində görülən işlər və atılacaq addımlar müzakirə olunub, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, bu sahədə kadr potensialının gücləndirilməsi, Azərbaycan Dövlət Aqrar Universitetinin şərab istehsalı müəssisələri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Daha sonra nazir Məcnun Məmmədov Ucar rayonunda fəaliyyət göstərən “Azerbaijan Poultry Company” MMC-yə baş çəkib, müəssisənin mövcud vəziyyəti ilə tanış olub. Nazirə müəssisədə görülən işlər barədə məlumat verilib, istehsal prosesinin daha da təkmilləşdirilməsi, quş əti istehsalında müasir texnologiyaların tətbiqi məsələləri müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

00:51
22 Mart

Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır

22:51
21 Mart

ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb

22:38
21 Mart

Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür

22:23
21 Mart

Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir

22:11
21 Mart

İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək

22:01
21 Mart

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

21:54
21 Mart

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

21:49
21 Mart

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

21:46
21 Mart

ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

21:27
21 Mart

Lionel Messi "Barselona"ya qayıda bilər

20:49
21 Mart

Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir  

19:59
21 Mart

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

19:53
21 Mart

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir  

18:45
21 Mart

Qar uçqununa düşən hərbi qulluqçuların nəşləri tapılıb – Birgə məlumat

18:00
21 Mart

Martın 21-i Türkiyədə Baharın və Qardaşlığın Bayramı Günü elan edilib 

17:51
21 Mart

Fernandu Santuş: Haiti ilə oyunda qalib gəlmək istəyirik

16:48
21 Mart

Hərbi Prokurorluq işçiləri Novruz bayramı ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissələrində olublar  

15:29
21 Mart

Vladimir Putin: Əminəm ki, birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik  

15:23
21 Mart

Antarktikada dəniz buzunun sahəsi müşahidələr tarixində ən aşağı səviyyəyə çatıb  

15:14
21 Mart

Şimali Kipr Türk Respublikasının XİN rəhbəri: Lefkoşa Türk dünyasının birliyinə inanır

15:03
21 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!