24 Noyabr 2025 18:43
427
SİYASƏT
A- A+
Kəlbəcər sürətlə yenidən qurulur  

Kəlbəcər sürətlə yenidən qurulur  


 Noyabrın 25-i Kəlbəcərin işğaldan azad olunmasını və bölgədə yeni mərhələnin başlanmasını təcəssüm etdirən əlamətdar gündür. Bu hərbi-siyasi uğur Azərbaycan dövlətinin qətiyyətli siyasətini, uzun illər ərzində dağıdılmış tarixi irsin bərpasını, əhalinin doğma torpaqlara qayıdışını ehtiva edir.

Kəlbəcər təbii zənginliyi ilə digər rayonlarımızdan fərqlənir, dağ massivləri, sıx meşələr, çaylar və bulaqlar özünəməxsus relyef və iqlim şəraiti yaradır. 1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcərin işğala qədər əhalisi 53 min nəfərdən artıq idi. Rayonun ümumi sahəsi 3054 kvadrat kilometr təşkil edir və burada 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud olmuşdur.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu proses həm də mülki əhaliyə qarşı ciddi zorakılıq faktları ilə yadda qalıb. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Mədəniyyət müəssisələrinin, məktəblərin, kitabxanaların, tarixi abidələrin dağıdılması bölgənin yüzilliklər boyunca formalaşmış mədəni irsinə ciddi zərbə endirib. Mülki binaların sökülməsi, sərvətlərin talan edilməsi və həyata keçirilən qeyri-qanuni məskunlaşdırma faktları ermənilər tərəfindən beynəlxalq humanitar hüququn pozulduğunu sübut edir. BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi işğalın dərhal dayandırılmasını tələb etsə də, bu tələblər yerinə yetirilməyib.

2020-ci ilin 44 günlük Vətən müharibəsi bölgədə yeni geosiyasi reallıqların formalaşmasına səbəb oldu. Kəlbəcərin şimal hissəsində yerləşən yüksəkliklər üzərində nəzarətin bərpa olunması müharibənin gedişinə ciddi təsir göstərdi. Bu yüksəkliklər düşmənin manevr imkanlarını məhdudlaşdırdı və logistik təchizat xətlərini iflic vəziyyətinə gətirdi. Basarkeçər-Kəlbəcər yolunun bağlanması həm hərbi balansı dəyişdirdi, həm də Ermənistan Silahlı Qüvvələrinin bölgədə möhkəmlənməsinin qarşısını aldı. Bu əməliyyat Kəlbəcərin strateji əhəmiyyətini bir daha nümayiş etdirdi.

10 noyabr 2020-ci il tarixində imzalanan Üçtərəfli Bəyanat Kəlbəcərin döyüşsüz qaytarılmasını təmin etdi və bu tarix bölgədə sülhün bərqərar olması baxımından dönüş nöqtəsinə çevrildi. Şəhərin və ətraf yaşayış məntəqələrinin azad olunması dağıntıların miqyasını üzə çıxardı. Kəlbəcəri tərk edən ermənilər vandallıq aktları ilə yadda qaldılar, onlar evlərə və meşələrə od vuraraq öz vəhşi xislətlərini nümayiş etdirdilər.

2020-ci il noyabrın 26-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

“Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” bölgədə həyatın bütün sahələr üzrə yenidən qurulmasını nəzərdə tutur. Plana görə şəhər ərazisi genişləndiriləcək, əhali üçün müasir yaşayış fondları yaradılacaq, sosial infrastruktur tamamilə yenilənəcək və şəhər mühiti ekoloji baxımdan dayanıqlı model əsasında formalaşdırılacaq. Yaşıllıq zolaqlarının genişləndirilməsi, piyada və nəqliyyat yollarının yenidən təşkili, təhsil və səhiyyə müəssisələrinin tikintisi müasir şəhər konsepsiyasının əsas elementləridir.

İlk mərhələdə inşa olunan 524 ailəlik yeni məhəllə əhalinin təhlükəsiz və rahat mühitdə məskunlaşdırılmasını təmin edir. İkinci mərhələdə daha 323 ailənin yerləşdirilməsi planlaşdırılır. Kəlbəcər şəhərinə qayıdan ailələrin artması bölgədə sosial həyatın canlanmasına şərait yaradır. Zallar, Yansaq və Zar kəndlərinin yenidən qurulması geniş miqyaslı tərəqqi proqramının əsas istiqamətlərindən biridir. Hər bir kənd üçün müasir məktəblər, uşaq bağçaları, kommunal xidmət obyektləri və yeni fərdi yaşayış evləri inşa edilir.

Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu bölgənin inkişafında aparıcı rol oynayacaq layihələrdən biridir. Çoxsaylı tunellərdən ibarət bu yol Murovdağ massivinin keçilməz sayılan hissələrini birləşdirərək regionu vahid logistik məkana çevirir. 11,7 kilometrlik Murovdağ tuneli Cənubi Qafqazın ən uzun tuneli olmaqla yanaşı, Kəlbəcərin turizm və iqtisadi imkanlarının genişlənməsinə mühüm töhfə verir.

Kəlbəcərin enerji potensialı da bərpa dövründə əsas prioritetlərdən biri kimi dəyərləndirilir. Rayon ərazisində ardıcıl şəkildə istifadəyə verilən su elektrik stansiyaları bölgənin enerji müstəqilliyini təmin edir. Bu stansiyalar təbii ehtiyatların daha səmərəli istifadəsinə, ekoloji tarazlığın qorunmasına və yerli istehsal sahələrinin formalaşmasına mühüm təsir göstərir.

25 noyabr Kəlbəcər tarixində həm də yenidən qurulmuş həyatın başlanğıcıdır. Bu əlamətdar günün qeyd olunması bölgənin qədim irsinə hörmətin, bərpa strategiyasının ardıcıllığının və yeni sosial mühitin formalaşmasının göstəricisidir. Tarixi irsi, strateji mövqeyi, təbiət sərvətləri və genişmiqyaslı şəhərsalma layihələri ilə Kəlbəcər müasir dövrün kompleks inkişaf modelinə çevrilir.


Mahir Süleymanlı,

Milli Məclisin deputatı



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!