İtaliya-Azərbaycan elektrik enerjisi sahəsində mühüm razılaşmalar əldə edilib
Bu ilin fevral ayında Prezident İlham Əliyev və İtaliyanın şirkətlər və "Made in Italy" naziri Adolf Ursonun iştirakı ilə təməli qoyulan və Azərbaycanın müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyasında işlər "Azərenerji" tərəfindən sürətlə davam etdirilir.
"Azərenerji" ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Mingəçevirdəki "Azərbaycan" İstilik-Elektrik Stansiyasının ərazisində inşa edilən 1280 meqavatlıq yeni elektrik stansiyasına artıq İtaliyanın "Ansaldo Energia" şirkəti tərəfindən istehsal olunan 2 qaz turbini və 2 generator gəmiyə yüklənərək Azərbaycana göndərilib və Bakıdakı limandan ən ağır yüklərin daşınmasını həyata keçirən xüsusi qoşqulu vasitələrlə Mingəçevirə daşınıb. Qeyd edək ki, hər birinin çəkisi 300-400 ton olan turbin və generatorlar yolboyu körpülərin altından xüsusi tədbirlər görülərək keçirilib. Beləliklə, "Ansaldo Energia" şirkəti tərəfindən göndərilən 2 dəst turbin və generatorlar artıq yerinə qoyulub, 2 dəsti isə hazırda sifarişə uyğun olaraq İtaliyada yığılır və gələn ilin ilk aylarında göndəriləcək.
Bu arada İtaliyanın "Ansaldo Energia" şirkətinin rəhbəri Fabbrizio Fabrinin rəhbərlik etdiyi nümayəndə heyəti yeni tikilən elektrik stansiyasına gəlib. Qonaqlar öncə "Azərenerji" ASC-nin rəhbəri Baba Rzayevin iştirakı ilə Mingəçevirdəki "Azərbaycan" İstilik-Elektrik Stansiyasının həyətində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra rekonstruksiya edilən bloklara, tikinti ərazisinə baxış keçiriblər, işin gedişatı ilə tanış olublar. İtaliya-Azərbaycan dostluğu, işin gedişi, tikinti-quraşdırma işləri ilə bağlı keçirilən iclasda "Ansaldo" ilə "Azərenerji" arasında köməkçi avadanlıqların istehsalı, kadr mübadiləsi, ehtiyat hissələrin hazırlanması və digər məqamlarla bağlı geniş fikir mübadiləsi aparılıb.
Səfərin sonunda "Ansaldo Energia" şirkətinin nümayəndə heyəti ADA Universitetində olublar və İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində ADA Universiteti, "Azərenerji" ASC, "Ansaldo Energia" və Turin Universiteti arasında anlaşma memorandumu imzalanıb. Razılaşmaya əsasən, "Azərenerji" ASC-nin Şüvəlandakı "Şimal" Elektrik Stansiyasının ərazisində Tədris və Laboratoriya Mərkəzi yaradılacaq. Burada qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrların hazırlanması təmin ediləcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İran prezidenti Rusiyaya gedir - SƏBƏB
05 Dekabr
ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlanılıb
05 Dekabr
Azərbaycan Gürcüstanın əsas təbii qaz təminatçısı olaraq qalır
05 Dekabr
Baş Prokurorluq: Ağdamda baş verən mina hadisəsi ilə bağlı araşdırma aparılır
05 Dekabr
İcma sədrinin müavini: Qərbi azərbaycanlılar 35 ildir doğmalarının məzarlarını ziyarət edə bilmirlər...
05 Dekabr
Sergey Lavrov Xəzər Şurasının yaradılmasını təklif edib
05 Dekabr
Azərbaycan-Albaniya enerji əməkdaşlığı müzakirə edilib
05 Dekabr
Aydın Kərimov: Şuşaya 2026-cı ilin sonuna qədər iki min ailə köçürüləcək
05 Dekabr
İƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə Bakı Bəyannaməsi qəbul edilib...
05 Dekabr
Avropada və Mərkəzi Asiyada havanın çirkləndirilməsi uşaqların sağlamlığına təhlükə törədir...
05 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!