İsveçin Sahil Mühafizə Xidməti “Şimal axını” kəmərlərində yeni qaz sızması aşkarlayıb
İsveçin Sahil Mühafizə Xidməti zədələnən “Şimal axını 1” və “Şimal axını 2” kəmərlərində daha bir qaz sızması aşkarlayıb.
AZƏRTAC “Svenska Dagbladet” qəzetinə istinadla xəbər verir ki, baş verən dörd sızmadan ikisi İsveçin, digər ikisi isə Danimarkanın iqtisadi zonasında qeydə alınıb.
Bir müddət öncə Böyük Britaniyanın Sky News telekanalı Müdafiə Nazirliyindəki mənbəyinə istinadla qaz kəmərlərində təxribatın uzaqdan işə salınan partlayıcı qurğulardan istifadə etməklə həyata keçirilməsi ehtimalı barədə məlumat yaymışdı.
Qeyd edək ki, sentyabrın 26-da “Nord Stream AG” kompaniyası “Şimal axını 1” və “Şimal axını-2” qaz kəmərlərində böyük dağıntıların baş verdiyinə dair məlumat yayıb. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen hadisəni təxribat kimi dəyərləndirərək qeyd edib ki, “Avropanın energetika infrastrukturunun istənilən məqsədyönlü pozulması qəbuledilməzdir və ən qəti cavab tədbirlərinə səbəb olacaq”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Su ehtiyatlarımız məhdud olsa da...
18 Aprel
Fransa paytaxtını genişmiqyaslı etiraz aksiyaları bürüyüb
18 Aprel
Makron hökuməti terrorizmi dəstəkləyir
18 Aprel
Parisin bütün əməlləri sülhə qarşıdır
18 Aprel
Fransanın acizliyi
18 Aprel
Qətiyyətli və uzaqgörən siyasətin ifadəsi
18 Aprel
"Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı qaldırmaq mümkün deyil"
18 Aprel
Fransa çirkin məqsədinə çatmaq üçün Ermənistanı müharibəyə hazırlayır
18 Aprel
Azərbaycan yaxın gələcəkdə "yaşıl hidrogen" də ixrac edəcək
18 Aprel
İlham Əliyev Avropanın ümidinə çevrilir
18 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!