23 Noyabr 2022 14:40
534
DÜNYA
A- A+

İsveç kəşfiyyat orqanları ölkədə qeyri-qanuni kəşfiyyat fəaliyyəti ilə bağlı iki nəfəri həbs edib  

 

İsveç Dövlət Təhlükəsizlik Xidməti (SEPO) ölkədə qeyri-qanuni kəşfiyyat fəaliyyətini göstərən iki nəfəri həbs edib.

AZƏRTAC xəbər verir ki, kəşfiyyatçıların saxlanılması əməliyyatı noyabrın 22-də səhər saatlarında Stokholm bölgəsində həyata keçirilib.

"Biz əməliyyatı səhər tezdən həyata keçirdik və həm Polis Departamenti, həm də Silahlı Qüvvələr bizə kömək edib". Bunu jurnalistlərə SEPO-nun mətbuat ofisinin nümayəndəsi Fredrik Hultgren-Fribberg deyib.

Onun sözlərinə görə, artıq bir müddətdir ki, xüsusi əməliyyata səbəb olan şəxslər barəsində ilkin araşdırma fəaliyyəti həyata keçirilib. Xüsusi xidmətin nümayəndəsi bildirib ki, əməliyyat çərçivəsində saxlanılan şəxslərin evində axtarışlar, dindirmələr, dəlillərin toplanması işləri də aparılıb.

SEPO həbs olunan şəxslərin adları, eləcə də onların fəaliyyətləri ilə bağlı məlumatları açıqlamamaq qərarını verib. Həmçinin qeyri-qanuni kəşfiyyat fəaliyyəti ilə bağlı cinayət şübhələrinin hansı ölkələrə aid olduğu da mediaya açıqlanmayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video