29 Fevral 2024 09:15
498
İQTİSADİYYAT
A- A+
İstixana effektinin azaldılması iqlim dəyişikliyinin qarşısını almaqda ən mühüm məsələlərdən biridir

İstixana effektinin azaldılması iqlim dəyişikliyinin qarşısını almaqda ən mühüm məsələlərdən biridir

 

İqlim dəyişikliyinin başlıca səbəbi son 200 ildə həyatımızda baş verən sənayeləşmədir. XVII əsrin axırları - XVIII əsrin əvvəllərində Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və digər Qərbi Avropa ölkələrində sənaye sahələri yarandı və getdikcə inkişaf edərək genişlənməyə başladı. 
Sənayenin inkişafı nəticəsində istehsalatda getdikcə daha çox yanacaqdan istifadə edildi. Əvvəllər daş kömürdən daha çox istifadə edilirdisə, indi daha çox yanacaq vasitəsi kimi, neft və qaz yandırılır və bunun nəticəsində atmosferə külli miqdarda istixana qazları daxil olur. Bu isə Yer kürəsində istixana effektinin yaranmasına səbəb olur. Günəş şüaları yer səthinə gəlib çatandan sonra geriyə qayıdarkən istixana qazları tərəfindən tutularaq temperaturun daha da artmasına səbəb olur. Onun əsasını karbon qazı, metan və azot-dioksid təşkil edir. İstixana effektinin artmasına isə ən çox səbəb olan karbon qazıdır. Planetin istiləşməsi şübhəsiz ki, bir çox fəsadlara gətirib çıxarır. Onların ən böyüyü Antarktida və Qrenlandiyada buzlaqların əriməsi nəticəsində tədricən dünya okeanında suyun səviyyəsinin yüksəlməyə başlamasıdır. Bunun nəticəsində dəniz sahilində olan şəhər və sahilyanı ərazilərin su altında qalmaq təhlükəsi artır. Digər tərəfdən, temperaturun artması nəticəsində dünyada olan su ehtiyatları azalmağa başlayır. Təbiətdə quraqlıq, yaşıllıq zonalarının azalması halları yaranır, meşə yanğınları intensivləşir, Yer kürəsinin daxili regionlarında su qıtlığı baş verir və bunun nəticəsində ərzaq böhranı yaranır. Buna görə də bütün dünya ölkələri bir araya gələrək iqlim dəyişmələrinin qarşısını almaq üçün tədbirlər görməyə çalışırlar. Bunu AZƏRTAC-a Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov deyib.
O, fikrinin davamı olaraq deyib: "Bu məqsədlə ilk dəfə 1992-ci ildə Kioto protokolu imzalanıb və protokolun əsas müddəalarından biri də 2010-cu ilədək dünyada olan istixana qazlarının səviyyəsinin 1990-cı il səviyyəsindən də aşağı salınması öhdəliyi idi. Təəssüf ki, göstərilən səylərə baxmayaraq, həmin öhdəlik yerinə yetirilmədi və ona görə də 2015-ci ildə Paris COP görüşündə razılaşmalar əldə olundu. Həmin razılaşmalara qoşulanlar arasında Azərbaycan da var. Ayrı-ayrı ölkələr könüllü olaraq müxtəlif öhdəliklər götürdülər. Ölkəmiz 2030-cu ilə qədər istixana qazlarının səviyyəsinin 35 faizə qədər azaldılmasını öhdəyə götürüb. Bu, çox ambisiyalı qərar olsa da, bu sahədə çox böyük işlər həyata keçirilir. Həmin öhdəliyə əməl olunması üçün Azərbaycanda günəş və külək elektrik stansiyaları istifadəyə verilir, "yaşıl enerji"nin artırılması üçün daha çox investisiya qoyulur və atmosferdə istixana qazlarının əldə edilməsi üçün müxtəlif sosial və iqtisadi mexanizmlər hazırlanaraq həyata keçirilir. Ümid etməyə dəyər ki, ölkəmiz həmin vaxtda öz məqsədinə nail ola biləcək".
"Digər ölkələr tərəfindən də belə öhdəliklər götürülüb. Bu ilin noyabrında COP29-un ölkəmizdə keçirilməsi bu sahədə olan fəallığı bir qədər də artırıb. Üstəlik qarşıya belə bir vəzifə də qoyulub ki, ölkəmiz öz ərazisində istehsal etdiyi enerjinin 30 faizə qədərini yalnız "yaşıl enerji" mənbələrindən istehsal etsin. İqlim dəyişmələrinin qarşısının alınması üçün Bakıda keçirilən tədbirdə yeni hədəflər və yeni strategiyalar müəyyən ediləcək. Bakıda keçirilən həmin tədbirdə qəbul edilən qərarlardan sonra bu sahədə daha uğurlu addımlar atılması zamanın tələbinə çevriləcək",- deyə mütəxəssis fikrinə yekun vurub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!