30 Sentyabr 2024 15:41
961
İQTİSADİYYAT
A- A+
“İstisu” mineral su zavodunda istehsal olunan su keyfiyyəti və müasir standartlara cavab verməsi ilə seçilir

“İstisu” mineral su zavodunda istehsal olunan su keyfiyyəti və müasir standartlara cavab verməsi ilə seçilir


“İstisu” mineral su zavodu uzun illər Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edir.

AZƏRTAC-ın bölgə müxbiri “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olub.

Zavod müasir avtomatlaşdırılmış sudoldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemləri ilə təchiz edilib. İstehsal xətləri Almaniyanın “Krones” şirkəti tərəfindən təchiz olunub. Ən son texnologiyaların tətbiqi nəticəsində zavodda yüksəkkeyfiyyətli mineral su istehsal edilməklə yanaşı, suyun təbii xüsusiyyətləri də qorunub saxlanılıb. “İstisu” zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan çoxdur.

Zavodun direktoru Adil Haqverdiyev “İstisu” mineral suyu haqqında məlumat verərək deyib: “Bu su Kəlbəcər rayonunun İstisu qəsəbəsində unikal yeraltı termal-mineral su yatağından gələn, içməli təbii mineral qazlı sudur. 1951-ci ildə “İstisu”yun xüsusiyyətlərinin araşdırılması məqsədilə professor Mirəli Qaşqayın rəhbərliyi ilə Azərbaycan SSR Səhiyyə Nazirliyi və Azərbaycan SSR Elmlər Akademiyasının tədqiqatçıları tərəfindən birgə elmi araşdırma aparılıb. Bu araşdırmanın nəticəsində mineral suların siyahısı hazırlanıb və bu sular arasından içilə bilən və ən faydalı su olaraq indiki “İstisu”yun mənbəyində qazıntı həyata keçirilib. Beləliklə, 1976-cı ildə Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. “İstisu” qısa müddətdə həm Azərbaycanda, həm də qonşu ölkələrdə rəğbət qazanıb. Təəssüf ki, 1993-2020-ci illərdəki işğal dövründə zavodun fəaliyyəti dayandırılıb. 26 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İstisu” mineral su zavodunun təməlini qoyub. 2024-cü ildən “İstisu” mineral suyunun yenidən istehsalına başlanılıb”.


“İstisu”yun heç bir mineral suda olmayan faydalı tərkibi var 


Zavod direktoru “İstisu” mineral suyunun digər mineral sulardan fərqli xüsusiyyətləri haqqında da məlumat verib. Bildirib ki, zavodda istehsal olunan su həm keyfiyyəti, həm də müasir standartlara cavab verməsi ilə seçilir: “Kəlbəcərin unikal zəngin təbiəti “İstisu”ya öz töhfəsini vermişdir. Su 60°C-dən yüksək temperaturda təbii yolla çıxır ki, bu dərəcədə istilik mineralların suda daha rahat həll olmasına kömək edir. “İstisu” bənzərsiz sudur. Çünki heç bir mineral suda olmayan faydalı tərkibi var. İçindəki mineralların hər biri insan sağlamlığına müsbət təsir edir. Hər bir insanın gündəlik mineral qəbul etmə norması var. Bir çox suları içməklə siz sadəcə susuzluğunuzu yatızdırırsınız. Amma “İstisu” insanın gündəlik mineral qəbul etmə normasını rahatlıqla qarşılamağa kömək edir. Qida və sağlamlıq haqqında araşdırmalar göstərir ki, ən çox mineral itkisini qarşılayan sudur. “İstisu” həm insanın susuzluğunuzu yatırır, həm də itirilən mineralların bərpasına kömək edir. Mineral suyun istehsalı zamanı həm faydalı minerallar, həm də mənbədəki unikal xüsusiyyət qorunur”.

Adil Haqverdiyev zavodda istehsal olunan suyun işğaldan əvvəl istehsal edilən “İstisu”dan tərkibinə görə fərqli olduğunu bildirib. Onun sözlərinə görə, “İstisu”yun istehsal prosesi ən müasir avadanlıqlarla həyata keçirilir. Zavodun işğaldan öncəki məhsulunda sutəmizləmə sistemi yox idi və su içindəki ağır metallarla istehsal olunurdu. Tərkibindəki ağır metalların çoxluğuna görə reseptlər yazılır və limitlər qoyulurdu. Bu da təbii idi. Ancaq hazırkı istehsal zamanı suyun bütün faydalı mineralları saxlanılır və zərərli minerallar təmizlənərək, günlük içmə limiti artırılır.

“İstisu” yüksək minerallı qazlı su olduğuna görə bütün istehlakçıları nəzərə alaraq qeyd edirik ki, hər bir insan gün ərzində bu sudan rahatlıqla 1 litrədək içə bilər. Bu limiti ona görə deyirik ki, hər kəs müntəzəm tibbi yoxlamalardan keçmir və sağlamlığı haqqında məlumatlı deyil. Sağlam şəxs isə bu sudan rahatlıqla 1 litrdən də çox içə bilər”, - deyə o əlavə edib.

 

“Məqsədimiz dünya miqyasında qəbul olunan və istehlak edilə bilən yüksək keyfiyyətli mineral su istehsal etməkdir”


Zavodun direktoru “İstisu” mineral suyunun təmizlənməsi prosesindən də danışıb: “İstisu”yun təmizlənmə prosesində əsas meyar faydalı tərkibinə toxunmadan ondakı zərərli mineralları kənarlaşdırmaqdır. Ümumiyyətlə, Avropada mineral su istehsalçısına suyun təmizləmə prosesində fiziki və kimyəvi müdaxiləyə icazə verilmir. İstisna olaraq zərərli minerallardan sayılan dəmir, arsen, manqan və sair mineralları çıxarmağa icazə verilir. Bizim suyun təmizlənmə prosesi məhz bu sahədə 51 illik təcrübəsi olan alman şirkəti tərəfindən həyata keçirilir. Bu sistem dünyada çox az istehsalçıda mövcuddur. “İstisu”yun tərkibindəki hidrokarbonat, sulfat, natrium xloridlər, kalsium, maqnezium və digər faydalı minerallar mənbədə olduğu formada qalır. Məqsədimiz dünya miqyasında qəbul olunan və istehlak edilə bilən yüksək keyfiyyətli mineral su istehsal etməkdir. Ona görə həm suyun təmizlənməsini, həm də ümumiyyətlə zavodun istehsal proseslərini yerli və beynəlxalq standartlara uyğun həyata keçiririk. Zavod AZS 216–2006, ISO 9001:2015, ISO 22000:2018 üzrə sertifikatlaşdırılıb”.

İstehsal prosesi ilə tanışlıq zamanı öyrəndik ki, “İstisu” kimyəvi tərkibinə görə sulfatlı-hidrokarbonatlı, natriumlu içməli təbii mineral sudur. “İstisu”yun tərkib göstəriciləri ən mötəbər beynəlxalq laboratoriyalarda yoxlanılıb. Analiz nəticələri həm Almaniyada, həm də Türkiyədə tanınmış balneoloqlara göndərilir. Onların hazırladıqları balneoloji hesabatlar isə elmi məqalə dəyərindədir. Yəni xarici balneoloqlar da bu suyun tərkibinin insana necə faydalı olduğunu elmi və təcrübədən gələn sübutlarla göstərirlər. Həqiqətən də “İstisu”yun tayı-bərabəri yoxdur. Bu isə imkan verəcək ki, Azərbaycan məhsulu dünyanın məşhur suları arasında tanınsın.


Faydası saymaqla bitmir...


“İstisu”yun faydasına gəldikdə, bildirildi ki, bu su mədə-bağırsaq funksiyasını yaxşılaşdırır, həzmi və turşu-qələvi balansını normallaşdırır, metabolizmi yaxşılaşdırır, şəkərli diabetdə şəkər səviyyəsini normallaşdırmağa, artıq çəki problemlərinin həllinə kömək edir. Həmçinin sümüklərin sağlamlığında dəstəkləyici rol oynayır, oynaq ağrılarının kəskinləşməsinə mane olur, böyrəklərdə və sidik kisəsində daşların yaranmasının qarşısını alır, ürək-damar xəstəlikləri və hipertenziya riskini azaldır, qan təzyiqini normallaşdırır. Qəbizlik və qıcıqlanmış bağırsaq sindromunda, öd kisəsi və kanallarının funksionallığının normallaşdırılmasında, fiziki fəaliyyətdən sonra mineralların bərpasında müsbət rol oynayır, yaşlanma prosesini ləngidir, eləcə də antioksidant xüsusiyyətlərə malikdir.

Zavodda 100 nəfərin işlə təmin olunması planlaşdırılıb. Hazırda burada 75 nəfər işləyir ki, onların da 56-sı Kəlbəcər sakinidir. Daxili bazar ilə yanaşı, ixrac üçün danışıqlar da aparılır. İlk ixracın oktyabrda həyata keçirilməsi gözlənilir.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!