İstanbuldakı sərgiyə 90 ölkədən 30 mindən çox dantist gəlib
İstanbul Ağız boşluğu və diş sağlamlığı, cihaz və materialları sərgisi (IDEX 2023) 90 ölkədən 30 minə yaxın ziyarətçini bir araya gətirib. Tədbir İstanbul Sərgi Mərkəzində 18-ci dəfədir keçirilir.
Bu barədə tədbirin təşkilatçısı olan Stomatoloji Məhsullar İstehsalçıları və Sahibkarları Assosiasiyası (DİŞSİAD) məlumat yayıb.
Sərgi kapitalı 1 milyard dollara qədər olan dünyanın aparıcı stomatoloji şirkətləri üçün ən böyük platforma hesab olunur.
Ötən il sərgi rekord sayda - 25 min nəfərə qədər xarici iştirakçıya evsahibliyi edib.
Bu il tədbirdə 122-si xaricdən olmaqla 500-dən çox şirkət iştirak edir.
Dörd gün davam edəcək sərgi çərçivəsində dünyanın aparıcı stomatoloqlarının iştirakı ilə ustad dərsləri və təqdimatlar təşkil olunacaq. DİŞSİAD rəhbəri Erkan Uçarın dediyinə əsasən, stomatologiya sektorunda yerli istehsalın səviyyəsi son dörd ildə 8 faizdən 20 faizə yüksəlib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib...
01 Iyun
İraqın şimalında PKK terrorçuları təslim olub
01 Iyun
İlon Mask yenidən dünyanın ən varlı adamı oldu
01 Iyun
Məşhur aktyor məşəl yandırdı – FOTO
01 Iyun
İsveç antiterror qanunlarını sərtləşdirir
01 Iyun
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
01 Iyun
DSX: May ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 48 nəfər saxlanılıb
01 Iyun
Milli Kulinariya Komandamız beynəlxalq yarışmada gümüş və bürünc medallar qazanıb
01 Iyun
BP gələcəkdə də Azərbaycanda həyata keçiriləcək neft və qaz layihələrinə investisiyalarını davam etd...
01 Iyun
“Azərbaycan qabaqcıl enerji infrastrukturuna və zəngin bərpaolunan enerji ehtiyatlarına malikdir” - ...
01 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!