İstanbulda ICESCO-nun Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumu başlayıb
Türkiyənin İstanbul şəhərində İslam Dünyası, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumu (Model Satellite (CanSat) Training Workshop & Aerospace Symposium) keçirilir.
Bakı Dövlət Universitetinin (BDU) də həmtəşkilatçı olduğu tədbirin əsas məqsədi İslam dünyasının ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında kosmik tədqiqatlar sahəsinə marağın artırılması, bu sahədə fundamental və təcrübi bilik və bacarıqların formalaşdırılması, yerli kadrların yetişdirilməsini təmin etməkdir.
Simpoziumun açılış tədbirində ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, İstanbul Texniki Universitetinin (İTU) prorektoru Ali Deniz, İTU-nun Aeronavtika və Kosmonavtika fakültəsinin dekanı Zahit Mecitoğlu və digərləri çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.
Tədbirdə onlayn şəkildə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, astrofizika və kosmos elmləri üzrə fəaliyyət istiqamətlərinə, beynəlxalq əlaqələrə xüsusi önəm verən Bakı Dövlət Universiteti son illər ərzində bu sahədə bir sıra nailiyyətlər əldə edib. BDU-da tələbə və gənc mütəxəssisləri elmi tədqiqatlara, layihələrə cəlb etmək məqsədilə Tələbə Elmi-texniki yaradıcılıq Mərkəzi yaradılıb, beynəlxalq səviyyəli tədbirlər, məktəblər keçirilib: "BDU ilə İslam ölkələrinin müvafiq ali təhsil müəssisələri və elmi qurumları arasında Günəş fizikası, Günəş sistemi cisimlərinin tədqiqi, kosmik hava sahələrində, Yerin müşahidəsi, monitorinqi və müxtəlif tətbiqlər vasitəsilə kosmik məlumatların emalı istiqamətində əməkdaşlığın möhkəmləndirilməsi zəruridir. Ölkəmizin ICESCO və ona üzv ölkələrlə birgə layihələrin həyata keçirilməsində, əməkdaşlıq təkliflərinin reallaşdırılmasında BDU əhəmiyyətli rol oynamağa başlayıb. Bu istiqamətdə BDU bütün səylərini səfərbər edəcək. BDU-nun da həmtəşkilatçısı olduğu simpoziumun beynəlxalq əlaqələrin inkişafında növbəti mərhələ olacağına, kosmik sənaye üzrə tərəfdaşlığın genişləndirilməsi üçün qarşılıqlı səylərin davam etdirilməsinə geniş imkanlar yaradacağına əminəm".
Simpozimda həmçinin qeyd edilib ki, BDU-nun ICESCO və İstanbul Texniki Universiteti ilə də əməkdaşlığı uğurla inkişaf edir. Qurumlar arasında elm və təhsil sahələrində münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə, genişlənəcəyinə əminlik ifadə olunub. BDU-nun müvafiq kadrların hazırlanması sahəsində birgə fəaliyyətə, əməkdaşlığın qurulmasına hazır olduğu bildirilib. BDU-da Biotibbi materiallar İCESCO kafedrası fəaliyyət göstərir və yeni bir kafedranın açılması istiqamətində işlər gedir.
Simpoziumun panel müzakirəsində qarşılıqlı əməkdaşlıq perspektivləri ilə yanaşı, pilotsuz robot kosmik gəmilərin Yer atmosferindən kənarda kosmosun öyrənilməsindəki rolundan, elmi məqsədlər üçün buraxılan missiyaların əhəmiyyətindən danışılıb, insanın uzaq kosmosa müvəffəqiyyətli uçuşuna nail olmaq üçün astrofiziki hadisələri dərindən dərk etməyin zərurəti vurğulanıb və kosmik mühitin resurslarından insanların rifahı üçün istifadə olunması üzrə beynəlxalq layihələrdən əldə edilən faydalara diqqət yönəldilib.
Tədbirdə ölkəmizi təmsil edəcək BDU komandası tərəfindən hazırlanan “CANSAT1919” və “CubeSat” model peykləri də sərgilənir. Havada olan qazların miqdarını, nisbətini, havanın nəmlik dərəcəsini ölçə bilən bu model peyk sistemləri eyni zamanda səmada çəkiliş edərək bütün məlumatları anlıq olaraq Yer idarəetmə stansiyasına (YİS) ötürmək qabiliyyətinə malikdir. Elektrik enerjisi ehtiyacını üzərində olan monokristal günəş panellərindən təmin edən “CANSAT1919” və “CubeSat” avtomatik olaraq yerə eniş edə, üzərində olan məsafə sensorları sayəsində peyk passiv enmə sistemini (paraşütü) və stabilləşdirici ayaqları avtomatik hərəkətə gətirə bilir.
Simpozium və təlimlər avqustun 5-dək davam edəcək.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin edilib
24 Sentyabr
Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir
24 Sentyabr
İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatırılması üçün müq...
24 Sentyabr
TƏBİB: Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub
24 Sentyabr
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
24 Sentyabr
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
24 Sentyabr
Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib
24 Sentyabr
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib VİDEO
24 Sentyabr
DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək...
24 Sentyabr
Sabah Bakıda və bölgələrdə yağış yağacaq
24 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!