07 Aprel 2023 01:02
1145
Oxucu məktubları
A- A+

"İşıq dirəyində qapağın olmaması ilə bağlı müəssisəmizi məlumatlandırdığınız üçün təşəkkür edirik"

 

Sizin Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığınız Binəqədi rayonu Biləcəri qəsəbəsi, 299 nömrəli orta məktəbin qarşısındakı açıq vəziyyətdə qalmış elektrik naqilləri ilə bağlı müraciətiniz tərəfimizdən araşdırıldı.
Bildirmək istəyirik ki, işıq dirəklərinin qapaqları tez-tez naməlum şəxslər tərəfindən açılıb götürülür. Mütəxəssislərimiz tərəfindən belə hallar aşkar edildikdə dərhal tədbir görülür, qapaqlar yerinə bərpa olunur. Binəqədi rayonu Biləcəri qəsəbəsi, 299 nömrəli orta məktəbin qarşısında quraşdırılmış işıq dirəyində qapağın olmaması ilə bağlı müəssisəmizi məlumatlandırdığınız üçün Sizə təşəkkür edirik və sözügedən ünvanda çatışmayan qapaq yerinə bərpa olunmuşdur.

Eldar ELDAROV,
"Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsinin direktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video