01 Sentyabr 2024 08:20
64
SİYASƏT
A- A+

İrəvanın eskalasiya istəyi özünə baha başa gələcək

 

"Aprel ayında Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında hərbi paktın imzalanmasından sonra Ermənistan sülh müqaviləsinin bağlanması istiqamətində davam edən prosesləri tamamilə darmadağın etdi. Əvvəlcə Böyük Britaniyada Prezident İlham Əliyevlə görüşdən imtina edən Paşinyan sonrakı dövrdə Ermənistan ordusunun Azərbaycan istiqamətində kifayət qədər aqressiv davranışlarına şərait yaratdı". 
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O qeyd edib ki, Azərbaycan mövqeləri üzərində dəfələrlə PUA uçuşlarını həyata keçirmək cəhdləri, Naxçıvan və Şərqi Zəngəzur istiqamətində atəşkəsin intensiv pozulması həm ABŞ ilə Ermənistan arasında imzalanan sənədlərin, həm də keçirilən birgə hərbi təlimlərin məntiqi nəticəsidir. Hazırda Ermənistan həm ABŞ, həm Fransa, həm də Hindistan tərəfindən intensiv şəkidə silahlandırılır. "Otuzillik işğalçılıq siyasəti yürüdən bir dövlətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə silahlanması və Azərbaycan sərhədləri yaxınlığında yeni hərbi infrastruktur yaratmaq cəhdləri Ermənistanın Azərbaycanla sülh sazişi imzalamaq niyyəti olmadığını göstərir. Digər tərəfdən, Ermənistan sülh sazişi üçün zəruri olan Konstitusiyaya dəyişikliyi növbəti üç il üçün təxirə salmaqla, indiyə qədər 4 il, bundan sonra da azı 3 il olmaqla, ümumilikdə 2027-ci ilə qədər Azərbaycanla sülh sazişi imzalamaq istəmir", - deyə ekspert bildirib. 
Ə.Verdiyev vurğulayıb ki, Ermənistanın eskalasiya yaratmaq istəyi onun milli və dövlət maraqlarına tamamilə zidd addım olacaq. Ermənistan tərəfindən açılan atəş nəticəsində bir Azərbaycan əsgəri yaralanarsa, bu qarşı tərəf üçün dərin peşmanlıq yaşadacaq.

Əsmər QALİBQIZI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video