İqtisadiyyat naziri “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibləri ilə görüşüb
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibləri ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri qalibləri təbrik edib, müsabiqənin intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri, bilik və bacarıqları yüksək olan şəxslərin müəyyən edilməsi, yeni nəsil idarəçilərin hazırlanması və rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılmasında mühüm rolunu vurğulayıb. Qeyd olunub ki, İqtisadiyyat Nazirliyinin iqtisadi tənzimlənmədə rolu getdikcə artır və bu səlahiyyətlərin səmərəli idarə edilməsi vacibdir. Bunun üçün isə idarəetmənin orta səviyyəsində liderlər, yeni nəsil idarəedicilər gərəkdir. Nazir idarəçi rəhbərlər üçün tələblər, idarəçilik bacarıqlarının inkişafı baxımından zəruri olan amillər, idarəetmədə səmərəli nəticələr əldə etmək üçün peşəkar yanaşma tərzinin formalaşması, strateji və taktiki planlaşmanın aparılması ilə bağlı fikirlərini bölüşüb, bilik, təcrübə və komanda işinin vəhdəti ilə göstərilən fəaliyyətin idarəçilikdə uğurun əsası olduğunu qeyd edib.
Nazir “Uğur yolu” Karyera İnkişaf Proqramının qaliblərindən və finalçılarından gözləntilərini ifadə edib, əldə olunmuş təcrübə və bacarıqların gələcəkdə uğurla tətbiq ediləcəyinə əminliyini bildirib.
Tədbirdə “Uğur yolu” Karyera İnkişaf Proqramının təşkilatçıları və layihəyə cəlb olunmuş ekspertlər çıxış edib, layihənin ərsəyə gəlməsi, hər bir mərhələsinin uğurla irəliləməsi üçün görülmüş işlər barədə fikirlərini bölüşüblər.
Sonra iqtisadiyyat naziri görüş iştirakçılarının suallarını cavablandırıb. Tədbirin sonunda “Uğur yolu” Karyera İnkişaf Proqramının qaliblərinə sertifikatlar təqdim olunub.
İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yaradılan “Uğur yolu” Karyera İnkişaf Proqramı intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, onların hərtərəfli inkişafı və peşə hazırlığının dəstəklənməsi, yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün kadr ehtiyatı bankının formalaşdırılmasını təmin etmək məqsədilə təsis olunub. Bu il Proqramın ilk müsabiqəsi keçirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır
27 Aprel
Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb
27 Aprel
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!