06 Avqust 2024 09:10
454
İQTİSADİYYAT
A- A+
İqlim dəyişikliyinə kosmosdan baxış

İqlim dəyişikliyinə kosmosdan baxış

 

"Azərkosmos" ekoloji fəsadlarla mübarizəyə və COP29-a öz töhfələrini verir


COP29-a hazırlıq işləri yüksək səviyyədə davam edir. Dövlət qurumları və QHT-lərin, könüllülərin də qoşulduğu proseslərə fəzanın yuxarı təbəqələrindən - kosmosdan da dəstək verilir. Belə ki, bu sahədə hələlik yeganə qurum olan "Azərkosmos" Yerin müşahidəsi və CİS həllərinin tətbiqi vasitəsilə iqlimdəki dinamik dəyişikliklərin təhlilini aparır və onların potensial təsirləri haqqında məlumat təqdim edir. 


Mütəxəssislərin diqqəti Xəzər dənizində suyun səviyyəsinin dəyişməsinin monitorinqi, çayların keyfiyyətinin qiymətləndirilməsi, ekoloji cəhətdən həssas ərazilərə nəzarət və hidrosfer, litosfer, biosferin təhlili daxil olmaqla, xüsusi sahələrə yönəlib. Qurum COP29 zamanı bilik, təcrübə və innovativ ideyalarla elmi müzakirələrdə iştirakı və əməkdaşlıq üçün yeni imkanlar yaratmağı hədəfləyir.
Bir müddət öncə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "İqlim dəyişikliyinə kosmosdan baxış" platforması geniş ictimaiyyətə təqdim olunub. Hazırda dünya üzrə 160 peyk məhz iqlim dəyişikliyinin monitorinqi ilə məşğuldur. Azərbaycan Respublikası Kosmik Agentliyinin İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, iqlim dəyişmələri ilə bağlı məlumatların 60 faizdən çoxu kosmosdan gəlir: "Biz də bu tendensiyaya qoşulmaq üçün töhfəmizi vermək qərarına gəldik. Elektron platformamızın məlumatlarının əsas mənbəyi "Azersky" peykidir. Ötən il "Azersky" öz missiyasını başa vurub. Ancaq fəaliyyətdə olduğu müddətdə həmin peyk Azərbaycan ərazisi üzrə çox qiymətli məlumatlar əldə edib. Bu məlumatların hamısı "Azərkosmos" tərəfindən arxivləşdirilib. Nəticə etibarilə həmin məlumatların iqlimə aid olan hissəsini yeni portalda da paylaşırıq".
S.Əsədov həmçinin bildirib ki, 2026-cı ildə "Azərsky 2" peykimiz hazır olacaq və orbitə buraxılacaq. Bu işin davamı olaraq "Azərsky 2A" və "Azərsky 2B" şərti adı verilən peyklər də orbitə göndəriləcək. Faktiki olaraq Azərbaycan regionda çox əhəmiyyətli aparıcı kosmik qüvvələrdən birinə çevrilib. Davamlılığı qorumaq məqsədilə həm ölkəmiz, həm region, həm də dünya üçün "Azərkosmos" öz fəaliyyətini genişləndirəcək.
Agentlik Azərbaycanda keçiriləcək COP29 tədbirində çox aktiv iştirak etməyi nəzərdə tutur. Məlum olduğu kimi, hazırda kosmos iqlim dəyişikliyi ilə mübarizədə əsas vasitələrdən biridir. Son illərdə, bizdən əvvəlki COP tədbirlərində kosmosla məşğul olan insanlar, kosmik agentliklər, kosmik sənayenin nümayəndələri aktiv təmsil olunublar. Bu il Azərbaycanda reallaşacaq COP29-da da bunun davam etdirilməsi planlaşdırılır. Belə ki, COP29 çərçivəsində "Azərkosmos" çox böyük tədbir keçirməyi nəzərdə tutur.
"Azərkosmos"un sədri   peyk xidmətləri istiqamətində həyata keçirilən yeniliklər barədə də informasiya verib: "Hazırda qlobal səviyyədə peyk xidmətlərinin göstərilməsi bazarının konyunkturası dəyişir. Peyk qruplaşmalarının buraxılması Starlink kimi və sair konyunkturanı yeniləyir. İstər kiçik operatorlar (peyklərin sayı az olan kosmik agentliklər), həmçinin böyük operatorlar fərqli xidmətlər göstərməklə bazarda rəqabətədavamlı olmağa çalışırlar. "Azərkosmos" peyk xidmətlərinin satışının genişləndirilməsi istiqamətində həm yeni peyklərin orbitə buraxılmasını, həm də "Azerspace" peyklər qrupunun davamlılığının təmin edilməsini planlaşdırır. "Azerspace 1" peykinin istifadə müddəti bu onilliyin sonunda bitəcək. Bununla bağlı yeni işlərə başlanılacaq. Yeni peykdə fərqli radiotezlik qəbulediciləri və ötürücülər quraşdırmaqla müxtəlif spektrlərdə fəaliyyət, həm biznesə, həm də vətəndaşlara birbaşa xidmətlər göstərilməsi nəzərdə tutulur".
Qurumun ekspertləri tərəfindən peyk texnologiyaları vasitəsilə qlobal iqlim dəyişikliyinin təsirləri monitorinq edilərək hidrosfer, litosfer, biosfer və kriosfer üzrə cari vəziyyət qiymətləndirilir. Monitorinq nəticələri İqlim hesabatında toplanılır və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verilməsinə xidmət edir. "Azərkosmos"a həm ötən il Azərbaycanda keçirilən beynəlxalq astronavtika konqresində, həm digər beynəlxalq tədbirlərdə iştirak təcrübəsi, həm də iqlim dəyişikliyi ilə bağlı olan təcrübəsi imkan verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına öz proqramı ilə qatılsın. 
Azərbaycan Kosmik Agentliyinin İdarə Heyətinin sədr müavini Dunay Bədirxanovun sözlərinə görə, iqlim dəyişmələri ilə mübarizədə kosmik vasitələrin xüsusi rolu var. Belə ki, kiçik ərazilərə baxdıqda bunu gözdən qaçırmaq mümkündür: "Ancaq kosmik vasitələr, təsvirlər, ildən-ilə onların təkrarlanması imkan verir ki, böyük ərazilərdə həmin dəyişikliklər açıq müşahidə olunsun. Son illərdə Azərbaycanda da kosmik təsvirlərin əldə edilməsi, emalı və məlumatların əldə edilməsi olduqca inkişaf edib. Burada "Azərkosmos"un Coğrafi-informasiya sistemləri mərkəzinin xüsusi rolu var. Bu imkanlardan istifadə edərək biz artıq bir neçə ildir ki, kosmik vasitələrdən əldə etdiyimiz təsvirlər vasitəsilə iqlim hesabatını dərc edirik. Həmin məlumatlar ümumi ictimaiyyət nümayəndələri, həmçinin alimlər, bu sahədə araşdırma aparan elmi təşkilatlar, media nümayəndələri üçün nəzərdə tutulub".

Qurban MƏMMƏDOV,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti yenidən uzadılıb

14:53
15 Yanvar

İlon Maska qarşı məhkəmə iddiası

14:52
15 Yanvar

Avropa anbarlarında qaz ehtiyatları 65 faizdən aşağı düşüb

14:37
15 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:24
15 Yanvar

Türkiyə mediası Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində ilk hazır mənzilləri nümayiş etdirib  

14:23
15 Yanvar

Özbəkistan Azərbaycan üzərindən Avropaya tranzit marşrutlarını inkişaf etdirəcək  

14:22
15 Yanvar

Növbəti köç karvanı Xocalıya çatıb

14:13
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNİB 

14:12
15 Yanvar

İstehlak bazarında qiymətlər açıqlanıb

14:10
15 Yanvar

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  

14:09
15 Yanvar

Azərbaycana məxsus şəkər yükü daşıyan gəmi ABŞ-a çatıb

13:41
15 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!