05 Mart 2022 01:10
679
İQTİSADİYYAT
A- A+
İnzibati rayon kimi 30 yaşı olsa da...

İnzibati rayon kimi 30 yaşı olsa da...

 

Samuxlular bu il də yüksək nailiyyətlər qazanmaq əzmindədirlər

 

Son illər regionlarımızın siması tamamilə dəyişmişdir. Kənd yolları təmir edilmiş, ən ucqar kəndlər qazlaşdırılmış, müasir rabitə sistemləri qurulmuş, bir sözlə, infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində şəhərlə kənd arasında fərq xeyli azalmışdır.

Yeni iş yerlərinin açılması isə əhalinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Xüsusilə dövlətin aqrar sektora verdiyi dəstək bu sahədə çalışan insanlarda işgüzarlığı daha da artırmışdır.

Samuxun inzibati rayon kimi cəmi 30 yaşı var. Elə bu günlər rayon sakinləri həmin münasibətlə keçirilən yubiley tədbirində görülən işlərə nəzər salmış, onları təhlil etmişlər. Qeyd edilmişdir ki, hər ili yüksək göstəricilərlə yola salan samuxlular son bir ildə daha yüksək nailiyyətlər qazanmışlar.

Keçən il samuxlular bütün sahələr üzrə əvvəlki ilin göstəricilərini üstələmişlər. 13 min ton tərəvəz istehsal edən fermerlər hər hektardan 182,7 sentner məhsul götürmüşlər. İstehsal olunan tərəvəzin 2109 tonu kənd təsərrüfatı müəssisələrində, 10838 tonu isə fərdi təsərrüfatlarda yetişdirilmişdir. Təsərrüfatlarda həmçinin 6414 ton pomidor, 1319 ton badımcan, 1901 ton xiyar da istehsal edilmişdir.

Rayonda meyvə istehsalı da əvvəlki illərdəkindən xeyli çox olmuşdur. Hazırda Samuxda 2122,3 hektar meyvə və giləmeyvə bağı var. Bu bağların 1452 hektarı bar verəndir. Keçən il bağlardan 6 min ton meyvə və giləmeyvə yığılmışdır. Lakin rayon sakinləri bunu son hədd hesab etmirlər. Onlar cari ildə bu göstəriciləri bir qədər də artıracaqlarına əmindirlər.

Taxılçılıq samuxluların ata-baba peşəsi olduğundan bu sahəyə maraq azalmır. Keçən il 10293,9 hektardan ümumilikdə 38577 ton məhsul yığılmışdır. İstehsal olunan taxılın 22674 tonu buğda, 15903 tonu arpa olmuşdur. Hər hektardan orta hesabla 37,5 sentner məhsul götürən təsərrüfat sahibləri bu il daha yüksək məhsuldarlıq uğrunda çalışacaqlarını qarşılarına məqsəd qoymuşlar.

Keçən il rayon heyvandarlarının da uğurları çox olmuşdur. Belə ki, diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 0,5 faiz artaraq 5793, süd istehsalı 3,8 faiz artaraq 32546 tona çatmışdır.

Hazırda rayonda cari ilin məhsulları üçün zəmin yaradılır. Son məlumata görə, rayon üzrə 14295,7 hektarda şum qaldırılmış, həmin sahələrdə 11420,7 hektar payızlıq səpin aparılmışdır ki, onun da 6160 hektarı buğda, 4490,7 hektarı arpa, 770 hektarı  xəsildir.

Əsasən kənd təsərrüfatı rayonu olan Samuxda əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Təkcə keçən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən rayon sahibkarlarına 8 layihə üzrə 185 min manat güzəştli kredit verilmişdir ki, bunun da hesabına 200-dək yeni iş yeri açılmışdır.

Bundan başqa, “DOST İş Mərkəzi” MMC vasitəsilə 155 nəfərə ictimai işlərə göndəriş verilmişdir. Onlardan 6 nəfəri şəhid ailəsi, 1 nəfər qazidir. 279 nəfər işə düzələnin 124-ü müəssisələr tərəfindən işə götürülmüşdür. Onlardan 3 nəfəri şəhid ailəsi və 5 nəfər əlilliyi olan şəxslərdir.

Əsas tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamının icrası ilə əlaqədar görülən işlərdir. Belə ki, bu sərəncamın icrası çərçivəsində işaxtaran vətəndaşlardan 25 nəfəri (aztəminatlı ailələrdən biznes ideyası, bacarığı olanlar seçilib təlimə cəlb edilməklə) işlə təmin edilmişdir. Onlardan 2-si şəhid ailəsinin üzvü, 1-i isə Qarabağ müharibəsi əlilidir.

Rayonda əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılmışdır. Müxtəlif güclü 15, həmçinin Samux Rayon Suvarma Sistemləri İdarəsinin su quyularına xidmət edən 11 transformator əsaslı təmir olunmuş, rayon üzrə 105 yeni dayaq quraşdırılmış, SİP naqillərlə 2505 metr elektrik xətti çəkilmişdir.

Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüşdür. Hazırda 30 yaşayış məntəqəsində mavi yanacaqdan istifadə olunur ki, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir. Samux şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün isə 3,24 hektar sahədə təmizləyici qurğu və 2,22 hektar sahədə su anbarı inşa edilmişdir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri daim diqqət və qayğıkeşliklə əhatə olunmuşlar. Hazırda onlar üçün inşa olunan 9 fərdi evdə son tamamlama işləri görülür.

Təhsil sahəsi də diqqətdən kənarda qalmamışdır. “İnstitut” qəsəbəsində 960 şagirdlik tam orta məktəb binasının tikintisi başa çatdırılmış, Çobanabdallı kəndində isə 624 şagirdlik tam orta məktəb binasının tikintisinə başlanılmışdır.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!