07 Noyabr 2025 02:12
7870
Fərmanlar
A- A+
"Investin Azerbaijan" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında

"Investin Azerbaijan" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılmasını və "bir pəncərə" prinsipi əsasında təqdim olunmasınıtəmin etmək məqsədilə qərara alıram:

1. "Investin Azerbaijan" informasiya sistemi yaradılsın.

2. "Investin Azerbaijan" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Müəyyən edilsin ki:

4.1. "Investin Azerbaijan" informasiya sistemi (bundan sonra - Sistem) investorlar tərəfindən elektron qaydada müraciətlərin təqdim edilməsini, habelə Azərbaycan Respublikasında investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan bütün məlumatların, o cümlədən investisiya mühiti, investisiya layihələri, mövcud tələblər, imtiyaz və güzəştlər barədə məlumatların əldə olunmasını təmin edir;

4.2. Sistemin sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO həyata keçirir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

5.1. Sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün;

5.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq "Hökumət buludu"nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla,"Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 6 noyabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib YENİLƏNİB

20:30
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər  

19:53
16 Mart

UNESCO İran, Livan və İsraildə mədəni irsə dəyən ziyanı qiymətləndirir

19:43
16 Mart

Rusiyadan Azərbaycana turist axını ötənilki azalmadan sonra bərpa oluna bilər

19:39
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər

19:36
16 Mart

Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub  

19:21
16 Mart

BƏƏ-də neft hasilatı iki dəfədən çox azalıb

18:34
16 Mart

Əlcəzair, Avstraliya və Hindistan vətəndaşları İrandan təxliyə olundu

18:33
16 Mart

DİN-də sıra baxışı - 129 nəfər növbəti mərhələyə buraxılıb

18:32
16 Mart

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edib

18:16
16 Mart

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb

17:53
16 Mart

Kosmosda ulduzların “ölümü” ilə müşayiət olunan parıltı müşahidə edilib

17:51
16 Mart

Ukrayna yeni ballistik raketin sınaqlarına başlayır

17:31
16 Mart

Xocavəndin Qırmızı Bazar qəsəbəsində yerləşən günəbaxan yağları zavoduna baxış keçirilib  

17:29
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:29
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Xocavəndin Quzeyxırman kəndində aparılan təmir-bərpa işləri ilə tanış olublar

17:28
16 Mart

BMT-nin iqlim rəsmisi: Müharibə və yüksək enerji qiymətləri bərpaolunan mənbələrin əhəmiyyətini artırır  

17:02
16 Mart

Avrokomissar: Rusiyadan enerji idxalını dayandıracağıq

17:01
16 Mart

Donald Tramp NATO müttəfiqlərinə xəbərdarlıq edib: Hörmüz boğazında təhlükəsizlik təmin edilməsə, daha pis proseslər baş verə bilər  

16:59
16 Mart

SOMDA-nın əməkdaşları peşə bayramını qeyd ediblər

16:58
16 Mart

Peter Siyyarto: Ukrayna “Drujba” kəməri ilə bağlı görüşdən imtina edib

16:57
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!