İntensiv bağçılıq təsərrüfatında istehsal olunan məhsul yerli bazarla yanaşı, xaricə də göndərilir
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Rayonda aqrar sektorun digər sahələri ilə yanaşı, bu istiqamətdə də inkişafa nail olunub. Son illərdə rayon ərazisində meyvə bağlarının sahəsi artırılaraq 1510 hektara çatdırılıb.
Hazırda rayonun digər bağlarında olduğu kimi, "Aqropat” MMC tərəfindən Tərtərin Xoruzlu kəndində yaradılmış intensiv bağçılıq təsərrüfatında da meyvə yığımı davam edir. MMC-nin direktoru Elçin Maqsudov AZƏRTAC-a bildirib ki, xarici bazarlara çıxarmaq üçün rəqabətqabiliyyətli məhsul istehsal etmək məqsədilə ilkin olaraq 128 hektarda yaradılan və sonradan sahəsi 250 hektara çatdırılan təsərrüfatda İspaniya və Türkiyədən gətirilmiş yüksək məhsuldar meyvə tingləri müasir texnologiya əsasında əkilib. Bağçılıq təsərrüfatının yaradılmasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən də istifadə edilib. Burada almanın, armudun, gilasın, əriyin, gavalının, şaftalının müxtəlif sortları, həmçinin alça, nar, xurma və badam ağacları müasir texnologiyalar əsasında becərilir.
Bağın salınmasında xaricdən dəvət olunmuş mütəxəssislərdən məsləhət alınıb. Rayonun beş illik iqlim şəraiti nəzərdən keçirilib. Meyvə ağaclarının küləkdən qorunması üçün bağın kənarlarında şam ağacları əkilib. Təsərrüfatda yollara asfalt örtük salınıb, bağın daxilindəki yollar çınqıl tökülərək hamarlanıb. Bağın suvarma suyu ilə təmin olunması üçün 45 min və 21 min kubmetr tutumu olan iki su anbarı inşa edilib. Tərtərçaydan anbarlara vurulan su motorlar vasitəsilə filtrlərə ötürülür, sonra isə bağa verilir. Bağda ağacların suvarılması mərkəzləşdirilmiş qaydada - elektron sistemlə, damlama üsulu ilə həyata keçirilir. Ənənəvi üsulla suvarmadan fərqli olaraq damlama üsulu ilə suvarma zamanı suya qənaət edilir, torpağın keyfiyyəti qorunur, məhsuldarlıq artır.
İntensiv bağçılıq təsərrüfatında işçilər üçün istirahət otaqları, yeməkxana, ofis binası inşa edilib. Bu il, həmçinin soyuducu anbarın tikintisi nəzərdə tutulub. Gələcəkdə bağın genişləndirilməsi davam etdiriləcək.
Ötən il ilk barını verən ağaclarda bu il bol məhsul yetişib. Artıq alça, ərik, yastı şaftalı və armudun yaylıq sortunun yığımı başa çatıb. Hazırda şaftalının nektarin sortunun yığımı həyata keçirilir. Hər hektarın məhsuldarlığı orta hesabla 15-20 tondur. Yığılan məhsul çeşidlənir, qablaşdırılır, soyuducu anbarda çəyirdəyi müəyyən olunmuş temperaturda soyudulur, sonra satışa çıxarılır. Təsərrüfatda istehsal edilən məhsul yerli bazarlarla yanaşı, Rusiya bazarlarına da göndərilir. Avqust ayının 20-dən sonra armudun digər sortunun və badamın yığımına başlanılacaq.
Təsərrüfatda işlə təmin olunan sakinlərdən biri də Gülşən Ağayevadır. "Bağçılıq təsərrüfatı yaranandan burada işləyirik. Bağın salınmasında, ağacların becərilməsində iştirak etmişəm. Keçən il meyvələrin ilk barı olub. Bu il karantin dövrünün tələblərinə uyğun olaraq işləyirik. Məhsulumuz boldur, meyvələr gözəldir”, - deyə G.Ağayeva bildirib.
İntensiv bağçılıq təsərrüfatında 70 nəfər daimi, 200 nəfərə yaxın sakin isə mövsümi işlərə cəlb olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!