12 Aprel 2025 11:37
443
DÜNYA
A- A+
İnsanabənzər robotlar arasında boks döyüşü keçiriləcək

İnsanabənzər robotlar arasında boks döyüşü keçiriləcək


Robototexnika sahəsində fəaliyyət göstərən “Unitree Robotics” şirkəti “X” sosial şəbəkəsində “Unitree Fist King: Awakening” adlı tədbirini elan edib. Söhbət, təxminən 1 ay sonra baş tutacaq boks döyüşündən gedir. Bu zaman rinqdə iki insanabənzər robot qarşı-qarşıya gələcək. Döyüş elanı ilə birlikdə şirkət test döyüşü əks etdirən qısa video da yayımlayıb. Kadrlarda “Unitree G1” robotunun əvvəlcə insanla boks etməsi, daha sonra isə eyni modeldəki başqa bir robotla qarşılaşması göstərilir. Robotların hərəkətləri hələ ki, peşəkar boksçunun axıcı və sürətli üslubundan uzaqdır. Yavaş reaksiya, tarazlıqda çətinliklər və zərbələrdən yayınma bacarığının məhdudluğu açıq şəkildə görünür. Real insanla döyüşdə belə bir robotun, çox güman ki, şansı olmazdı. Lakin iki belə robot arasında keçiriləcək döyüşün maraqlı və baxımlı bir şouya çevrilməsi mümkündür.

Robotlar arasında keçiriləcək boks döyüşünün dəqiq tarixi hələ açıqlanmasa da, tədbirin gələn ay canlı yayımlanacağı bildirilib. Şirkət hansı robot modellərinin rinqə çıxacağını da rəsmi olaraq elan etməyib.

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ANAMA Dövlət Məşğulluq Agentliyi ilə birgə təlim və peşə kursları təşkil edib

16:27
23 Aprel

Elektron xəstəlik vərəqəsi (e-bülleten) nədir və əvvəlki kağız versiyadan nə ilə fərqlənir?

15:59
23 Aprel

Çin Ayın səthində nüvə reaktoru inşa edəcək

15:53
23 Aprel

Azərbaycan Atçılıq Federasiyası dünyanın ən yaxşı ənənəvi idman təşkilatı seçilib

15:49
23 Aprel

Prezident İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib YENİLƏNİB

15:48
23 Aprel

İstanbul Valiliyi zəlzələ ilə bağlı açıqlama verib

15:43
23 Aprel

Azərbaycan və Çin arasında kosmosda əməkdaşlıq: strateji tərəfdaşlığa doğru addım

15:42
23 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri ilə görüşüb YENİLƏNİB

15:42
23 Aprel

Trans-Xəzər marşrutu intensiv artım nümayiş etdirir  

15:41
23 Aprel

Azərbaycan dövlətinin dəstəyi ilə İrpen şəhər poliklinikası yenidən qurulub

15:39
23 Aprel

İstanbulda ard-arda bir neçə şiddətli zəlzələ olub  

15:38
23 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev Çin Dövlət Şurasının Baş naziri ilə görüşüb YENİLƏNİB  

15:19
23 Aprel

Avropa İttifaqı “Apple” və “Meta”şirkətlərini 700 milyon avro məbləğində cərimələyib  

15:16
23 Aprel

Çin mediası Azərbaycan Prezidentinin dövlət səfərinə geniş yer ayırıb  

15:14
23 Aprel

İstanbulda güclü zəlzələ baş verib

15:12
23 Aprel

Azərbaycanda sığorta təminatı əldə edən kənd təsərrüfatı təyinatlı ərazilərin həcmi açıqlanıb  

15:11
23 Aprel

Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası keçirilib

15:10
23 Aprel

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

15:09
23 Aprel

Bu ilin birinci rübündə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 1,9 faiz artıb  

15:06
23 Aprel

Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasından iki il ötür

15:03
23 Aprel

İKTA abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti hesabatını dərc edib  

15:00
23 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!