İnkişaf, quruculuq və yüksək rifah siyasəti
İlham ƏLİYEV: "Bu gün bu qədər müstəqil, bu qədər azad dövlət Azərbaycan tarixində olmamışdır”
Həyata keçirilən çevik islahatlar qısa tarixi dövr ərzində Azərbaycanda iqtisadiyyatın dinamik inkişafına təkan verib və makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin edib. Bu gün iqtisadi sahədə qarşıda duran əsas vəzifələr xüsusən qeyri-neft sektorunun daha da artımına nail olmaq, ixrac və rəqabət imkanlarının genişləndirilməsini və şaxələndirilməsini sürətləndirməkdir.
İqtisadiyyata yeni nəfəs verən dövlət proqramları
16 il əvvəl başlanan regionların inkişafı proqramları Azərbaycanın sosial-iqtisadi həyatına yeni nəfəs gətirməklə bu istiqamətdə dövlət siyasətinin yeni müstəviyə qədəm qoymasını təmin edib. Xüsusilə qeyd edilməlidir ki, bu dövlət proqramlarının icrasının və yaradılmış potensialın nəticəsidir ki, dünyada iqtisadi geriləmənin yaşandığı və hər bir dövlət üçün sınaq dövrü olan illərdə Azərbaycan böhrandan layiqincə çıxıb və həyata keçirilən yeni iqtisadi islahatlarla öz inkişafının yeni mərhələsinə qədəm qoyub.
Bu günlərdə Prezident İlham Əliyevin Kürdəmir rayonuna səfəri bir daha göstərdi ki, regional inkişaf dövlət proqramları çərçivəsində qarşıya qoyulan vəzifələr ölkədə qeyri-neft sektorunun kompleks inkişafına və sosial rifaha xidmət edir. Bir daha təsdiq olundu ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində və əhalinin rifah halının yaxşılaşdırılmasında müstəsna rol oynamaqdadır.
İqtisadi inkişafı şərtləndirən vacib məsələlərdən biri bütün sahələr üzrə müasir infrastrukturun olmasıdır. Reallıq da göstərir ki, dayanıqlı inkişaf ilk növbədə infrastrukturun yeniləşməsindən keçir. Dövlət başçısı İlham Əliyev davamlı yüksəlişin, tərəqqinin yolunu digər amillərlə yanaşı, infrastrukturun daim yenilənməsində və müasirləşməsində, bu sahədə beynəlxalq standartların tətbiqində, qabaqcıl biliklərin, texnologiyaların mənimsənilməsində görür və əməli tədbirlərin həyata keçirilməsini daim önə çəkir.
İnkişafa xidmət edən yeni infrastruktur
Prezident İlham Əliyevin Kürdəmir səfərində diqqəti çəkən əsas məqamlardan biri məhz mövcud infrastrukturun yenilənməsi və təzəsinin yaradılması ilə bağlı layihələrin uğurla başa çatdırılmasıdır. Bu səfər zamanı Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi, eyni zamanda rayonda icra olunan digər layihələr bütövlükdə ölkədə yol-nəqliyyat infrastrukturunun sürətlə yenidən qurulmasının göstəricisidir. Cənab İlham Əliyevin Kürdəmirlə bağlı "Dördüncü proqram başa çatanda bir dənə də təmirsiz yol qalmamalıdır” deməsi isə dövlət başçısının bu sahəni xüsusi diqqət mərkəzində saxlamasından xəbər verdi. Xatırladaq ki, məhz bu diqqətin nəticəsidir ki, son 16 ildə Azərbaycanda 17 min kilometrə yaxın avtomobil yolu tikilib. Təkcə 2019-cu ildə ölkə üzrə 1300 kilometr avtomobil yolu salınıb ki, bu da planın artıqlaması ilə yerinə yetirilməsi deməkdir. Hazırda avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 27-ci yerdədir və bir çox inkişaf etmiş ölkələri qabaqlayır.
Ötən il ölkədə 84 məktəb, 60 tibb müəssisəsi tikilib və təmir edilib, 800 meqavat elektrik enerjisi əldə olunub, 80 min hektar torpağa su verilməsi təmin edilib, 300-dən çox subartezian quyusu qazılıb. Bütün bunların hamısı regional inkişafa dair dövlət proqramı çərçivəsində qarşıya qoyulan vəzifələrdən biri olan infrastrukturun sürətlə yenilənməsindən xəbər verir.
Kürdəmirdə "Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının yaradılması da aqrar sferada yeni infrastruktur olmaqla inkişafa xidmət edən mühüm layihədir. Qeyd edək ki, respublikada 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. 153 min hektar ərazidə ümumi dəyəri 1,1 milyard manat dövlət dəstəyi göstərilmiş 33 aqropark və iri fermer təsərrüfatı birinci mərhələ üzrə fəaliyyətə başlayıb. 109 min hektar ərazidə ümumi dəyəri 1,3 milyard manat olan dövlət dəstəyi göstərilmiş 18 aqropark və iri fermer təsərrüfatında isə layihələndirmə və ya tikinti-quraşdırma işləri aparılır.
Tarixin ən qüdrətli Azərbaycanını yaradan nailiyyətlər
Ümumiyyətlə, son 16 ildə Azərbaycanın hər bir sahə üzrə inkişaf göstəriciləri qürurvericidir. Belə ki, bu dövrdə iqtisadiyyatımız 3,4 dəfə artıb. Bu isə dünyada rekord göstərici hesab olunur. İqtisadiyyatın əsas sahələrindən olan sənaye istehsalında artım 2,7, kənd təsərrüfatında 2 dəfə olub.
Bu illərdə inşa olunan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, 33 yeni elektrik stansiyası, Taxtakörpü və Şəmkirçay su anbarları, Oğuz-Qəbələ-Bakı su kəməri məhz inkişafa və sosial rifaha xidmət edən yeni infrastrukturlardır.
Orbitə 3 peykin çıxarılması, altısı beynəlxalq olmaqla, yeddi aeroportun tikilməsi, Xəzərdə ən böyük liman olan Ələt Beynəlxalq Dəniz Limanının salınması müasirləşən və modernləşən Azərbaycanın nümunələridir.
Bu illərdə yoxsulluğün 50 faizdən 4,8 faizə düşməsi, əməkhaqqının 11 dəfə, pensiyaların 8 dəfə artması məhz iqtisadi inkişafdan irəli gələn sosial reallıqlardır. Ən əsası bütün bunlar tarixin ən qüdrətli Azərbaycanını yaradan möhtəşəm nailiyyətlərdir. Kürdəmirdə "ASAN xidmət” mərkəzinin açılışı zamanı könüllülərlə görüşdə Prezident İlham Əliyev bu barədə deyib: "İndiki müstəqil Azərbaycanı heç bir dövrlə müqayisə etmək olmaz, heç bir dövrlə. Bu gün bu qədər müstəqil, bu qədər azad dövlət Azərbaycan tarixində olmamışdır”.
Azərbaycanda qarşıda duran əsas məqsəd və vəzifələrdən biri son illərdə qazanılan sosial-iqtisadi uğurların miqyasını daha da genişləndirməkdir. Prezidentin Kürdəmir səfəri göstərdi ki, bu vəzifə hər bir istiqamətdə sürətlə yerinə yetirilir. Təbii ki, əsas işlər qarşıdadır. Əlverişli iqtisadi mühit, həyata keçirilən sosial-iqtisadi siyasət yaxın illərdə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri cərgəsinə qoşulmasını təmin edəcək.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!