30 Yanvar 2025 10:51
326
İQTİSADİYYAT
A- A+
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının internet informasiya ehtiyatı istifadəyə verilib  

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının internet informasiya ehtiyatı istifadəyə verilib  

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının rəsmi internet informasiya ehtiyatı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində qeydiyyata alınaraq ona https://itkk.gov.az domen adı ayrılıb və “AzStateNet” şəbəkəsinə qoşulmaqla təhlükəsizliyinin gücləndirilməsi təmin edilib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasında informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edən infrastruktur obyektlərinin informasiya sistemləri və ehtiyatlarının kiberhücumlardan qorunması, belə təhdidlərin qabaqlanması, qarşısının alınması və araşdırılması sahəsində fəaliyyət göstərən dövlət qurumlarının işinin əlaqələndirilməsini təmin etmək məqsədilə yaradılıb.

İnformasiya təhlükəsizliyi, habelə ölkədə kibercinayətkarlıqla bağlı əsas təhdid və risklərin müəyyən olunması, qiymətləndirilməsi və gələcək təhdidlərin proqnozlaşdırılması sahəsində mütəmadi təhlillər aparmaq, təkliflər hazırlamaq və bu sahədə aparılan işlərin əlaqələndirilməsini həyata keçirmək komissiyanın əsas vəzifələrindəndir.

Qeyd edək ki, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayevdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq rayonlarda 11 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

16:44
20 Fevral

Ağdamda inşa edilən “Hilton Garden İnn” hoteli bölgədə turizmin inkişafına təkan verəcək

15:41
20 Fevral

Avropa Ukraynaya 30 minə yaxın hərbçi göndərə bilər

15:39
20 Fevral

MEDİA: Kütləvi kiberhücumu Azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndiririk

15:38
20 Fevral

Ağdam Muğam Mərkəzində tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir

15:37
20 Fevral

Avropa siyasətçiləri: Müdafiə məqsədlərinə daha çox investisiya qoymağın vaxtı çatıb  

15:32
20 Fevral

“Bakı Metropoliteni” bu il 20, gələn il 10 vaqon alacaq

15:31
20 Fevral

Özbəkistan Milli Kitabxanasına Azərbaycana aid çoxsaylı kitablar hədiyyə edilib

15:30
20 Fevral

Günəş elektrik stansiyalarında istehsalın həcmi artıb

15:28
20 Fevral

Azərbaycanın parlament nümayəndə heyəti ATƏT PA prezidenti ilə görüşüb

15:10
20 Fevral

Ağdam şəhərindəki 2-ci yaşayış kompleksində tikilən binalarda, ümumilikdə 1268 mənzil olacaq  

15:09
20 Fevral

Qrenadanın Baş naziri Aİ rəhbərinə müraciət edib: Üzr istəyin və köləliyə görə təzminat ödəyin

15:07
20 Fevral

Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib YENİLƏNİB

15:04
20 Fevral

Yunanıstanın cənubunda hökm sürən quraqlıq Aİ-nin suya qənaət üzrə böyük problemini nümayiş etdirir

14:36
20 Fevral

Pentaqon 50 milyard dolları Trampın müdafiə prioritetlərinə yönləndirir

14:34
20 Fevral

Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının bağlanış mərasimi keçirilib  

14:06
20 Fevral

Baş katib: Qurulan yaxşı əməkdaşlıq bütün ölkələr arasında yeni parlamentarilər nəslinin yetişməsinə töhfə verir  

14:00
20 Fevral

“Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu çap olunub

13:48
20 Fevral

Qarşıdakı 5 gün Bakı və Abşeron yarımadasında bu qışın ən uzunmüddətli soyuq dövrü olacaq  

13:46
20 Fevral

AMEA rəhbəri: Akademiyada azərbaycançılıq üstündə köklənmiş dövrləşdirmə konsepsiyası hazırlanıb  

13:32
20 Fevral

Paytaxtda qar yağacaq, bəzi yollar buz bağlayacaq - Proqnoz

13:29
20 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!