29 Mart 2024 08:40
250
SİYASƏT
A- A+

İmperializmin təzahürü

 

ABŞ-Aİ-Ermənistan görüşünün məqsədi bəllidir

 

Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlarla barışmayan ABŞ və bəzi Avropa ölkələri yeni münaqişə ocağının yaranması üçün üç ildən çoxdur ki, əllərindən gələni edirlər. Əgər əvvəllər Azərbaycan və Ermənistan arasında sülhü dəstəklədiklərini, münasibətlərin normallaşmasının tərəfdarı olduqlarını dilə gətirərək gözdən pərdə asmağa çalışırdılarsa, artıq işğalçının və təcavüzkarın müdafiəsinə çıxdıqlarını açıq şəkildə nümayiş etdirirlər.
Təbii ki, burada əsas məqsəd Ermənistanın arzusunu yerinə yetirmək deyil, öz maraqlarını qorumaq üçün bu ölkədən vasitə kimi istifadə etməkdir.
Aprelin 5-də keçiriləcəyi gözlənilən ABŞ-Aİ-Ermənistan görüşü də Hayastana açıq dəstəyi nümayiş etdirmək və Cənubi Qafqazla bağlı planların müzakirə olunması məqsədini daşıyır. Təbii ki, Ermənistanın təxribatlara təhrik edilməsi, silahlandırılması yalnız Azərbaycan üçün deyil, ümumilikdə region ölkələri üçün təhlükə mənbəyinə çevrilir. Avropa İttifaqı və ABŞ bir müddət öncə Rusiya-Ukrayna məsələsində qurduqları ssenarini indi də Cənubi Qafqazla bağlı yazmağa çalışırlar. Bununla da regionda Azərbaycanla Ermənistan arasında münaqişənin alovlandırılması ilə yanaşı, Rusiyaya qarşı digər cəbhənin açılmasına can atırlar.
Milli Məclisin deputatı Kamilə Əliyeva qəzetimizə açıqlamasında deyib ki, ABŞ və Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülhü dəstəklədiklərini bəyan etsələr də, əslində, Cənubi Qafqaz regionunda yeni münaqişə ocağı yaratmağa cəhd göstərirlər. Qərbin Ermənistanı silahlandırması da bu məqsədə qulluq edir: "ABŞ və Avropa İttifaqının xarici siyasətini müəyyənləşdirən Fransa Ermənistan hakimiyyətinə böyük vədlər verir. Beləliklə, Ermənistanın Avropa İttifaqına üzvlüyünün mümkünlüyü barədə fikirlər səsləndirilir. Vaxtilə ABŞ Gürcüstana, Moldovaya, sonra isə Ukraynaya da bu cür vədlər vermişdi. ABŞ və Fransa bu dövlətlərin arxasında sona qədər duracaqlarını söz versələr də, belə olmadı. Bu dövlətlərin sonrakı aqibətləri hər kəsə məlumdur. İndi isə Qərbin növbəti qurbanı Ermənistandır". 
Deputat qeyd edib ki, ABŞ-Aİ-Ermənistan 5 apreldə keçiriləcək görüşdə Ermənistan silahlı qüvvələrinə silah tədarük olunmasını müzakirə edəcək. Bu isə birbaşa Azərbaycana qarşı yönəlmiş təxribatdır. Azərbaycanla Ermənistan arasında sülhün yaranmasında müəyyən irəliləyişlərin olduğu vaxtda Qərbin bu cəhdləri imperializmin təzahürüdür. 
Fransa və Hindistanın Ermənistanı silah-sursatla təchiz etdiyini deyən K.Əliyevanın sözlərinə görə, Prezident İlham Əliyev Vətən müharibəsində Ermənistanın 5 milyard dollarlıq və antiterror tədbirlərində 1 milyard dollarlıq silahlarının Azərbaycan Ordusu tərəfindən məhv edildiyini bildirib. Hazırda isə Qərbin və Hindistanın Ermənistana verdiyi silahlar bu ölkənin məhv edilmiş silah arsenalının yerini belə doldura bilməz. ABŞ və Avropa İttifaqının, xüsusən Fransanın Ermənistanı silahlandırmaları cəhdləri mənasızdır.
Deputat sonda vurğulayıb ki, Ermənistanın siyasi və iqtisadi inkişafının yeganə yolu region dövlətləri, xüsusən Azərbaycanla normal münasibətlər qurmasından keçir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video