22 Aprel 2025 08:50
498
İQTİSADİYYAT
A- A+
İlin ilk rübünün makroiqtisadi göstəriciləri açıqlanıb

İlin ilk rübünün makroiqtisadi göstəriciləri açıqlanıb


İqtisadiyyatın qeyri-neft-qaz sektorunda 2,5, muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqında 10,2 faiz artım qeydə alınıb


İlin ictimai-siyasi hadisələrlə zəngin olan ilk rübü geridə qalıb. Ölkəmiz üçün daha çox Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinin, keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönmələrinin davam etməsi ilə əlamətdar olan bu dövrdə həmçinin sosial-iqtisadi sahələr üzrə nəzərdə tutulan proqnozlar doğrulub. 

Dövlət Statistika Komitəsinin (DSK) cari ilin yanvar-mart aylarına olan məlumatına görə, ölkə üzrə 29,9 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Əlavə dəyər istehsalı iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 2,5 faiz artmış, neft-qaz sektorunda 3,8 faiz azalmışdır. 

DSK-nın hesabatına görə, yanvar-mart aylarında ÜDM-in 37 faizi sənaye, 10,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 3,1 faizi kənd və meşə təsərrüfatları, eləcə də balıqçılıq, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 21,6 faizi digər sahələrdə istehsal olunmuşdur. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,7 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə isə 2922,2 manat əlavə dəyər düşmüşdür.    

3 ay ərzində ölkə üzrə 15,8 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir. Ümumilikdə bu dövrdə məhsul istehsalı sənayenin qeyri-neft-qaz sektorunda 3,5 faiz artmış, neft-qaz sektorunda 3,6 faiz azalmışdır. Sənaye məhsullarının 62,4 faizi mədənçıxarma, 30,3 faizi emal, 6,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə əmtəəlik neft hasilatı 5,5 faiz azalmış, əmtəəlik qaz hasilatı 1,1 faiz artmışdır. 

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2 dəfə, əczaçılıq məhsulları istehsalı 43,3, kompüter, elektron və optik məhsulların istehsalı 31,4, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 23,7, maşın və avadanlıqların istehsalı 20,9, toxuculuq sənayesi məhsullarının istehsalı 15,6, qida məhsullarının istehsalı 12,2, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,1, kimya sənayesi məhsullarının istehsalı 1,9 faiz artmış,  içkilərin istehsalı 0,9, rezin və plastik kütlə məmulatlarının istehsalı 1,8, elektrik avadanlıqlarının istehsalı 2,4, tütün məmulatlarının istehsalı 3,1, neft məhsullarının istehsalı 7, metallurgiya sənayesi məhsullarının istehsalı 8, tikinti materiallarının istehsalı 9,5, mebel istehsalı 97,  hazır metal məmulatlarının istehsalı 18,1, kağız və karton istehsalı 31,5, maşın və avadanlıqların quraşdırlması və təmiri işləri 32,8, geyim istehsalı 45,3, poliqrafiya məhsulları istehsalı 55,1 faiz azalmışdır. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,2, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3 faiz artmışdır. 

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, cari ilin yanvar-mart aylarında əsas kapitala 3 milyard 467,7 milyon manat vəsait yönəldilmişdir. Bu, 2024-cü ilin müvafiq dövründəkindən 10,1 faiz azdır. İstifadə olunmuş ümumi vəsaitin 52,3 faizi məhsul istehsalı və 28 faizi xidmət obyektlərinin, 19,7 faizi yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 72,6 faizi daxili sərmayələr olan vəsaitin 77,7 faizi bilavasitə tikinti-quraşdırma işlərində xərclənmişdir. Bu dövrdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 24,2, qeyri-neft-qaz sektoruna sərf edilən vəsaitin həcmi isə 2,4 faiz azalmışdır.   

Sosial sahəyə, daha dəqiq desək, cari ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqına gəldikdə, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə bu göstərici 2024-cü ilin eyni dövrünə nisbətən 10,2 faiz artaraq 1043,6 manata çatmışdır. Əhalinin ümumi gəlirləri isə rüb ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 20,7 milyard manata çatmışdır. 

DSK-nın hesabatında həmçinin bildirilir ki, 3 ayda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 14 milyard 587,2 milyon manatlıq məhsul satılmış, 3 milyard 334,7 milyon manatlıq ödənişli xidmətlər göstərilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,8, əhaliyə göstərilmiş xidmətlərdən əldə olunan gəlir 9,4 faiz artmışdır. 

Yanvar-mart aylarının nəticələrinə əsasən, ölkənin informasiya və rabitə müəssisələri tərəfindən ümumilikdə 823,5 milyon manatlıq müxtəlif xidmətlər göstərilmiş və həmin xidmətlərin 73 faizindən əhali istifadə etmişdir. Bu aylar ərzində göstərilən xidmətlərin həcmi 7,7 faiz artmışdır. Əldə edilmiş gəlirlərin 83,4 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Nəqliyyat sektorunda da göstəricilər müsbətdir: ötən 3 ayda ölkə üzrə 55,9 milyon ton yük, 472,1 milyon nəfər sərnişin daşınmışdır ki, bu da 2024-cü ilin eyni dövründəkindən yük daşınması üzrə 2,3, sərnişin daşınması üzrə 4,2 faiz çoxdur.   

Sonda istehlak qiymətləri barədə: cari ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə istehlak qiymətləri 105,6, o cümlədən qida məhsulları, içki və tütün məmulatları üzrə 105,7, qeyri-qida malları üzrə 102,7, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 107,8 faiz olmuşdur. 


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!