30 Avqust 2022 00:54
9171
Oxucu məktubları
A- A+

İkiqat savab

 

Mən Abşeron rayonunun Saray qəsəbəsində yaşayıram. 44 günlük Vətən müharibəsində bütün vətənsevərlər kimi, oğlum Azər Salmanov da cəbhəyə yollandı. Qisməti şəhidlik imiş.
Oğlumla bərabər bu gün Saray Şəhidlər xiyabanında neçə oğul uyuyur. Düzü, ilk günlər fikir verməmişdik ki, xiyabana gedən yol bərbaddır. Sonra fikir verdik və problemin həlli üçün qəsəbədəki rəhbərlərə müraciət etdik. Lakin xeyri olmurdu. 
Rayon rəhbərliyinin səyyar qəbulunda qəsəbənin şəhid valideynləri adından məsələni yenidən qaldırdıq. Rayon icra hakimiyyətinin rəhbərliyi bizimlə birgə xiyabana gəldi. Vəziyyətlə yerində tanış olan rayon rəhbərliyi əlaqədar təşkilatlara  tapşırıq verdi.
Şəhid ailələri bu gün xiyabana təmirli, rahat yolla gedib-gəlir. Övladlarımız bu torpağın azadlığı uğrunda şəhid olublar. Onların son mənzillərinin yolu da abad olmalıdır. Həm də yol çəkmək savabdır. Həmin yol Şəhidlər xiyabanına gedirsə, bu, ikiqat savabdır.  

Vəfadar SALMANOV,
şəhid atası 
Abşeron rayonu
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video